178
götürür).
-
Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: gəncə
müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi eti-
bar etmək, qəbahəti qrupda müzakirə edib qiymətləndirmək və s.
Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı
vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır.
Tərbiyə
vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və
priyom lazımi
səmərə verə bilməz; o, bir halda yaxşı, başqa
halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin
yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək,
hər bir şərait,
konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları
yaradıcı tətbiq etməlidir. Yalnız bu şərtlə tərbiyədə uğur qa-
zanmaq olar.
Dostları ilə paylaş: