175
verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəs-
ləndirən metoddur.
Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlə-
rindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı
təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya ki-
tabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək,
valideynlərə razılıq məktubu göndərmək və s.
Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə
verilən
mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək
məqsədi güdür. Cəza həm də profilaktik xarakter daşıyır: kol-
lektivin digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə
çıxarır, pis hərəkətlərə yol verməməyə çalışırlar.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olu-
nur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə
etmək, insanı müəyyən həzzdən (kinoya, gəzməyə getməkdən,
oyundan və s.) məhrum etmək və s. Bəzi pedaqoqlar təbii nə-
ticə yolu ilə cəza verməyi də lazım bilirlər. Məsələn, verilən
tapşırığı yerinə yetirməyən tələbə dərsdən sonra qalıb tapşırığı
icra edir, tapşırılan işi keyfiyyətsiz
gördükdə onu yenidən
yerinə yetirir və s.
Cəza tədbirini
tətbiq edərkən qəbahətin xarakterini, şə-
raitini, həmin hərəkətə insanı təhrik edən motivləri, onun fərdi
xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə me-
todlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan
vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi
şərtləri gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli
(gəncin hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı ölçülüb-bi-
çilməmiş, tələsik verilən cəza tərbiyə
işinə böyük ziyan vura
bilər. Bu baxımdan V.A.Suxomlinski əxlaq tərbiyəsində ümu-
miyyətlə cəzanın əleyhinə çıxırdı. Onun fikrincə, cəza vicdanı
əzablardan azad edir; qəbahəti etiraf etmək cəza verməkdən
daha yaxşıdır.
Böyük pedaqoqa görə, qoy insan öz günahını
hiss etsin, öz qəbahətini etiraf etsin, öz vicdanı ilə özünü cə-
176
zalandırsın; b) cəza zamanı müəyyən hədd gözlənməli (çox
tətbiq edildikdə təsirini itirə bilər); c) gənclərin yaş və fərdi
xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci
dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz); ç) kollektivin
rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc
bilməlidir ki, bu gün yaxşı hərəkətinə
görə tərifləndiyi kimi,
sabah pis hərəkətinə görə cəza ala bilər).
Rəğbətləndirmə və cəza tərbiyəçidən böyük pedaqoji mə-
harət, psixoloji və pedaqoji hazırlıq tələb edir. Düzgün veril-
məyən, insan şəxsiyyətinə və ləyaqətinə toxunan, ədalətsiz cəza
müəllim-tələbə münasibətlərində gərginlik, münaqişə yarada
bildiyi kimi, cəzanın təsir gücünü,
tərbiyəçinin nüfuzunu zəif-
lədər, tərbiyə və özünütərbiyə işini çətinləşdirə bilər.
Dostları ilə paylaş: