166
limlərin tələblərində; müəllimlərlə
məktəb rəhbərləri və tələbə
təşkilatlarının tələblərində; məktəblə ailənin, məktəbdənkənar
müəssisələr və ictimai təşkilatların tələblərində;
ailədə vali-
deynlərin tələblərində vahidlik gözlənməlidir.
Bu prinsip tərbiyəvi təsirlərdə – tələblərdə müəyyən
sis-
tem və ardıcıllıq gözləməyi nəzərdə tutur. Tərbiyəvi təsirlərdə
(tələblərdə) fasilə yoxdur: insan hər an tərbiyə olunur. Tərbi-
yədə fasilə yaranmış keyfiyyətlərin, vərdişlərin pozulmasına
səbəb ola bilər.
Təsirlərdə (tələblərdə)
ardıcıllıq da gözlənilməlidir, yəni
tərbiyəçi verdiyi tələbin üzərində axıradək durmalı, onun icra-
sına nail olmalıdır. Əks halda tələbələr
bu tələblərə ciddi ya-
naşmaz, müəllimin növbəti tələbləri yerinə yetirilməmiş qalar.
Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi
prinsipi. Bu prinsip insanı təklikdə yox,
kollektivdə, yalnız tər-
biyəçinin təsiriilə yox, həm də kollektiv vasitəsilə tərbiyə et-
məyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv mü-
nasibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz.
O, bu halda öz şəxsi mənafeyi üçün
yaşayan fərdiyyətçi kimi
böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün daha əlverişli
imkan əldə edir,
kollektivçi kimi böyüyür.
Kollektiv fərdin inkişafı üçün təkcə əlverişli sosial mühit
rolu oynamır.
Düzgün təşkil olunmuş kollektiv həm də tərbiyəçi
kimi çıxış edir; öz üzvlərini tərbiyə edir. Bu halda o, tərbiyənin
obyektindən subyektinə çevrilir. Tərbiyə işində tərbiyəçinin
(müəllimin) təsiri – tələbə kollektivinin təsiri ilə birləşdikdə daha
böyuk səmərə verir. Belə
paralel pedaqoji təsir həmişə öz
bəhrəsini verir: kollektivin qəti tələbi ilə insanın daxili aləmində
az vaxtda kəskin dönüş baş verir. Bunu
“partlayış” nəzəriyyəsi
adlandıran A.S.Makarenko kollektivi tərbiyə işinin başlıca for-
ması, şəxsiyyətin tərbiyəçisi hesab edir və deyirdi ki,
düzgün
tərbiyə vahid, qüvvətli, nüfuzlu kollektivlər yaradılması yolu ilə
mümkündür. Bu halda müəllim tələbə kollektivi simasında qüv-
vətli köməkçi əldə etmiş olur.
167
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı
vəhdət təşkil edir. Yalnız
prinsiplərin qarşılıqlı əlaqədə götürül-
məsi tərbiyə işini səmərəli qurmağa, onu düzgün idarə və tənzim
etməyə imkan verir. Müəllim insanın fərdi xüsusiyyətlərindən,
real şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yara-
dıcılıqla tətbiq etməyə çalışmalıdır.
Dostları ilə paylaş: