163
müsbət cəhətləri axtarıb tapmaq və onlara əsaslanmaqla insanın
nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.
Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi. Bu
prinsip insana münasibətdə ona həm hörmət etməyi, həm də
tələb etməyi nəzərdə tutur. Tələbəyə hörmət etmək ona bir
insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun
şəxsi ləyaqət hissini gözləmək deməkdir.
nsana hörmət etmək heç də ona güzəşt etmək, nöqsan-
larına göz yummaq demək deyildir. Hörmət tələblə sıx bağlıdır:
tələbkarlıq insanı nöqsanlardan xilas olmağa, daha da təkmil-
ləşməyə gətirib çıxarır, nöqsanların kök salmasına imkan ver-
mir. Bu mənada tələb etmək – tərbiyə etmək deməkdir;
tələb
olmayan yerdə tərbiyə də yoxdur.
Lakin birtərəfli hörmət və birtərəfli tələb lazımi nəticə
vermir: birinci halda insan ərköyün, şıltaq, xudbin böyüyür,
ikinci halda isə onun xarakterində kobudluq, sərtlik, laqeydlik
kimi mənfi keyfiyyətlər formalaşır. Buna görə də tərbiyədə
hörmət və tələbkarlığı birləşdirmək lazımdır: tərbiyədə ana nə-
vazişi ilə ata tələbkarlığı uzlaşdıqda daha yaxşı nəticə əldə
edilir.
Dostları ilə paylaş: