M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət me-



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə110/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət me-
todları. Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nə-
zarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımın-
dan işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdur-
mağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tər-
biyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tən-
zim edir. 
Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: 
gənclərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan 
pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular, fəaliyyət və 
davranışın, habelə gənclərə verilən ictimai tapşırıqların təhlili, 
müxtəlif tərbiyə situasiyalarının yaradılması və s. 
Bu metodların köməyi ilə gənclərin şüur və davranış 
səviyyəsi, tərbiyə keyfiyyətləri və s. məsələlər barədə lazımi 
məlumatlar toplanıb təhlil edilir. 
Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini 
qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: 
tələbələrin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tər-
zi, intizamı, əməyə münasibəti, ünsiyyəti, kollektivdə mövqeyi, 
estetik və fiziki inkişafı, ictimai fəallığı və s. 


177 
Qiymətləndirmə zamanı gənclərin tərbiyə səviyyəsi ilə 
yanaşı, müəllimin tərbiyəçi kimi fəaliyyəti də təhlil olunub qiy-
mətləndirilməlidir. Bu halda onun istifadə etdiyi tərbiyə metod-
larını, onların optimallığını, müəllimin təşkilatçılığını, gənclərə 
fərdi yanaşma bacarığını, onlarla ünsiyyətinin xarakterini və s. 
nəzərə almaq lazımdır. 
Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, tələbələri də 
özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb 
etmək əhəmiyyətlidir. Gənclərə özlərinə düzgün qiymət vermə-
yi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətlən-
dirmə hallarının – özünə həqiqətdə olduğundan yuxarı və ya 
aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir. 
Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana 
edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə et-
mir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin