M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə106/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
3. Tərbiyə metodları 
Tərbiyə metodları anlayışı, onların təsnifatı. Tərbiyə 
metodu tərbiyə prosesinin mühüm ünsürlərindən biridir; o, 
tərbiyənin məqsəd və məzmunu ilə sıx bağlı olub, onların həya-
ta keçirilməsinə kömək edir. “Metod” yunanca məqsədə çatmaq 
yolu deməkdir. “Metod” sözü ərəbcə “üsul” sözünün qarşılı-
ğıdır. Tərbiyə metodları qarşıda duran tərbiyə məqsədlərinə nail 
olmaq üçün istifadə olunan yollara deyilir. 
Pedaqogikada metodla yanaşı vasitə, tərz anlayışları da 
işlədilir. Vasitə dedikdə tərbiyə işində istifadə olunan söz, 
fəaliyyət növləri (oyun, əmək, təlim, idman və s.), bədii-texniki 
vasitələr (kitab, radio, televizor, kinofilm, incəsənət əsərləri və 
s.) başa düşülür. Tərz isə metodun tərkib hissəsidir. Məsələn, 
əxlaqi söhbət metodu zamanı müəllim tarixi şəxsiyyətlərin 
nümunəsindən istifadə edirsə, bu, həmin metodun tərzi sayılır. 
Tərbiyə işinin səmərəsi metodların, vasitə və tərzlərin düzgün 
seçilib tətbiq edilməsindən çox asılıdır.
Tərbiyə metodları çoxdur. Pedaqogikada metodların 
təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl 
vardır. Alimlərin böyük qismi tərbiyə metodlarının təsnifatında 
məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəa-
liyyətin bütövlüyü prinsipindən çıxış edirlər. 
Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın 
fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliy-
yətimiz şüurun, iradə və adətlərin, habelə hisslərin məhsuludur. 
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, 
davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura 


168 
təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaş-
dırmaq lazım gəlir. 
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana 
əxlaqi normaları izah etməklə yanaşı, onun bu normalara uyğun 
davranması, müsbət adətlərə yiyələnməsi də vacibdir. Tərbiyə 
keyfiyyətlərinin böyük qismi adətlərlə bağlıdır. Məsələn, inti-
zam, mədəni davranış, səhiyyə-gigiyenik vərdişlər, həyati tələ-
bat və bacarıqlar adət nəticəsində formalaşır. Xüsusən kiçik 
yaşlarda – şüura təsir göstərmək imkanı məhdud olan dövrdə 
tərbiyə işində adətlər böyük rol oynayır. 
Adət tərbiyəsi ilk zamanlar iradə tərbiyəsi ilə yanaşı 
gedir. Əxlaqi tələblər insandan iradə gücü – çətinlikləri aradan 
qaldırmaq səyi tələb edir. İradəsi zəif olanlar əxlaqi normalara 
əməl etməyə ərinir, tənbəllik edirlər, özlərini müəyyən hərəkət-
lərdən, hisslərdən çəkindirməkdə acizlik göstərirlər. Nəqliy-
yatda yaşlı və qocalara yerini verməyən bəzi yeniyetmə və 
gənclərin hərəkətləri məhz bununla əlaqədardır. 
Deməli, tərbiyə işində insanın iradəsini möhkəmlətmək, 
onda müsbət adətlər yaratmaq və bu yolla düzgün davranış 
təcrübəsi formalaşdırmaq zəruridir. Tərbiyə metodlarının 
müəyyən qrupu məhz bu məqsədə xidmət edir. 
Tərbiyə işində insanın hissi aləmi də mühüm rol oynayır. 
Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm-
eqoizm, həzz-ikrah hissləri davranış və rəftarı stimullaşdırır. 
Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada 
boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. 
Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə 
bir çox nəfs xəstəlikləri (N.Tusi) – paxıllıq, tamahkarlıq, kin, 
qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir. 
Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, 
gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məq-
sədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından 
istifadə edilir. 
İnsan şəxsiyyəti göstərilən psixoloji amillərin kompleksi 


169 
ilə formalaşır. Şəxsiyyətin mənəvi inkişafına ideyaların, hiss və 
həyəcanların, əməli fəaliyyətin vəhdəti ilə nail olmaq olar. 
Görkəmli Ukrayna pedaqoqu V.A.Suxomlinski mənəvi ideya 
ilə emosional tərbiyə və əxlaqi davranış arasındakı əlaqədən 
bəhs edərək göstərirdi ki, ideya ağıl və ürəklə birləşdikdə 
qəlbin sərvətinə, güclü stimula çevrilə bilər. Həqiqi insan yalnız 
o şəxs olur ki, yüksək ideyadan təsirlənərək qəlbində nəcib 
arzular meydana çıxır; bu arzular əxlaqı stimullaşdırır, həvəs və 
hərəkət doğurur. İdeyalar yadda qalan zaman deyil, fikrin və 
hissin canlı həyəcanında, yaratmaqda və hərəkətdə yaşayarkən 
müqəddəs və pozulmaz olur. 
Beləliklə, insana hərtərəfli təsirfəaliyyətin tamlığı 
prinsipindən çıxış edərək, tərbiyə metodlarını dörd qrupa böl-
mək olar (bax: cədvələ, səh.170). 
1. Şüuru formalaşdıran metodlar 
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaş-
dıran metodlar 
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar 
4. Tərbiyədə nəzarət və özünənəzarət metodları 
Hər bir metodun özünəməxsus xüsusiyyətlərini, şəxsiy-
yətə təsir imkanlarını qabarıq göstərmək üçün onları ayrılıqda 
nəzərdən keçirmək lazım gəlir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin