M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə113/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   142
Ali mekteb pedaqogikasi-kitab

lərinə uyğun gələn yeni vasitə və priyomları tətbiq etməkdir
Psixoloji maneəni aradan qaldırdıqdan sonra müəllim və 
qrup kollektivi tərəfindən qarşıya qoyulmuş məqsədləri tələ-
bənin qəbul etməsinə və onun bu istiqamətdə səy göstərməsinə 
nail olmaq lazımdır. Lakin məqsəd qoyuluşu və tələbənin buna 


181 
səy göstərməsi hələ kifayət deyildir, çünki o, məqsədə çatmağın 
vasitə və yollarını bilməyə bilər. Əvvələn, məqsəd çox vaxt 
ümumi, qeyri-diferensiv səciyyə daşıyır (intizamlı olmaq, təli-
mə səylə çalışmaq və s.). Digər tərəfdən, tələbə məqsədə 
çatmağın yol və vasitələrini müstəqil tapmaq imkanına malik 
deyildir (hətta pedaqoji vasitələr sadə və asan olsa belə). Bu 
səbəbdən tələbə bir neçə uğursuz cəhd göstərdikdən sonra onun 
məqsədə çatmaq istəyi və arzusu sönür. Buna yol verməmək 
üçün ümumi məqsədi konkretləşdirmək, konkret fərdi məqsəd 
kimi qarşıya qoymaq lazımdır (məsələn, məşğələlərə hazırlaş-
maq üçün gündəlik vaxt ayırmaq, müəyyən saatlarda tapşırıq-
ları yerinə yetirmək, cavabın planını tutmaq və s.). Belə məq-
səd tələbəyə kollektiv tələb kimi verildikdə daha səmərəli olur: 
ümumi məqsəd bütün fərdi, konkret fəaliyytləri istiqamətlən-
dirir. Lakin istənilən konkret vasitə və metodlar o zaman göz-
lənilən nəticələr verir ki, tələbəyə təklif olunan işlər, davranış 
vasitələri məcburi xarakter daşımasın, tələbə onların faydasına 
inanaraq lazımi səy göstərsin. 
Təlimdə müsbət emosional vəziyyət və özünə inam yarat-
maq da vacib şərtdir. 
Tərbiyədə müsbət emosiyalar böyük rol oynayır: hər cür 
fəaliyyət (təlim, əmək, idman, incəsənət və s.) müsbət emosi-
yalarla (sevinc, inam, təəccüb, heyranlıq, qürur hissləri ilə) mü-
şayiət olunduqda yüksək səmərə verir və əksinə. Hər hansı 
fəaliyyət, o cümlədən təlim fəaliyyəti mənfi emosiyalarla (kə-
dər, qorxu, təşviş, qəzəb hissləri ilə) müşayiət olunduqda isə 
tələbədə lazımi keyfiyyətləri formalaşdırmaq nəinki mümkün 
deyildir, hətta şəxsiyyətin bəzi mənfi keyfiyyətlərinin (itaət-
karlıq, passivlik və s.) yaranmasına səbəb ola bilər. 
Müəllim tələbə ilə birlikdə qarşıya qoyulmuş məqsədin 
yerinə yetirilməsi yollarını müəyyənləşdirdikdən sonra başqa 
bir vacib vəzifəni həll etmək lazım gəlir: tələbənin fəaliyyətinə 
nəzarət və kömək etmək. Hər şeydən əvvəl, tələbənin uğurla-
rını vaxtında görüb qiymətləndirmək mühüm şərtdir. Onu özü-


182 
nənəzarətə cəlb etmək də vacibdir. Bu halda tələbə öz qarşısına 
vəzifələr qoyub, onları həyata keçirməyin vasitə və yollarını 
müstəqil şəkildə müəyyənləşdirir, özünə nəzarət edir: qarşıya 
çıxan nöqsanları, çətinlikləri və onların səbəblərini müstəqil 
təhlil edir, öz davranışını tənzim etməyə çalışır. 
Nəzərə almaq lazımdır ki, tələbənin məqsədə doğru hə-
rəkətində, davranış və rəftarında müsbət nəticə özünü o qədər 
də tez büruzə vermir. Bu dəyişikliklər tədricən baş verir, bəzən 
cüzi şəkildə özünü göstərir. Tələbənin davranışındakı lap kiçik 
dəyişiklikləri rəğbətləndirmək, onu həvəsləndirmək ilk uğurları 
möhkəmləndirməyə kömək edir. Belə rəğbətləndirmə (təriflə-
mək, tələbəyə inam ifadə etmək, onun uğurlarına sevinmək, 
onun haqqında kollektivdə müsbət ictimai rəy yaratmaq) tələ-
bəyə müvəffəqiyyət sevinci bəxş edir, onda özünütəsdiq, ictimai 
etirafa layiq olmaq, kollektiv qarşısında özünü yaxşı cəhətdən 
göstərmək arzusu baş qaldırır. Ən başlıcası isə onda müsbət 
emosiyalar yaranır; bu da istənilən pedaqoji təsirin həyata 
keçirilməsinin çox mühüm şərtidir. 
Göründüyü kimi, fərdi təsir mexanizmi bir neçə mərhələni 
özündə birləşdirir: tələbəni (onun fərdi xüsusiyyətlərini) öyrən-
mək 

onun davranış və əməllərinin motivlərini, səbəblərini 
müəyyənləşdirmək 

tələbə qarşısında konkret tərbiyə məqsə-
di qoymaq 

məqsədə çatmağın vasitə və yollarını müəyyən-
ləşdirmək 

müsbət emosional vəziyyət yaratmaq 

məqsədin 
həyata keçirilməsində tələbəyə kömək və nəzarət etmək 

ilk 
uğurları qiymətləndirmək, həvəsləndirmək 

tələbəni özünə-
nəzarət və özünütərbiyəyə cəlb etmək.
Tələbənin məqsədə doğru hərəkətində uğursuzluq halları 
baş verdikdə onun səbəblərini araşdımaq, bu səbəblərə müvafiq 
olaraq yeni pedaqoji vasitə və yollar tapıb tətbiq etmək lazım 
gəlir. Eyni məqsədin bir neçə tələbə (və ya tələbə qrupu) qarşı-
sında qoyulması da yaxşı nəticə verir (məsələn, təlimə müna-
sibəti dəyişmək, fərdi işləri vaxtında yerinə yetirmək və s.). 
Tərbiyə təcrübəsində hər iki yoldan – fərdi və kollektiv məq-


183 
sədin qoyulmasından istifadə etmək mümkündür. Təcrübə gös-
tərir ki, tərbiyə işində tələbə kollektivinin təsiri olmadan – 
kollektivdən təcrid edilmiş halda ayrı-ayrı tələbələrə istiqa-
mətlənən pedaqoji təsirləri uğurla həyata keçirmək çətindir. Ən 
azı bu və ya digər məsələ ilə bağlı kollektivdə müsbət ictimai 
rəy yaratmaq lazımdır. Əks halda tələbə kollektivi, həmrəylik 
nümayiş etdirərək nəzərdə tutulan tədbirlərin həyata keçirilmə-
sinə mane ola bilər. Müəllimin tələbəyə fərdi təsiri kollektivin 
təsiri ilə uzlaşdıqda lazımi səmərə əldə etmək mümkündür
Kollektiv, xüsusən oradakı sağlam ictimai rəy ayrı-ayrı fərdlə-
rin tərbiyəsində böyük rol oynaya bilər. Kollektiv, öz üzvlərinə 
tələblər verdikdə tərbiyəçi paralel pedaqoji təsir priyomunu tət-
biq etməklə ayrı-ayrı fərdlərə kollektiv vasitəsilə təsir göstər-
mək imkanı qazanır. Tələbə kollektivi tərbiyənin əsas forması, 
onun başlıca vasitəsi kimi çıxış etdikdə təlim-tərbiyə işində 
yüksək nəticələr əldə etmək, gəncləri layiqli şəxsiyyətlər kimi 
formalaşdırmaq asan olur. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin