158
yən olunur. Cəmiyyətin sosial-iqtisadi, mənəvi tələbatları dəyi-
şildikdə tərbiyə də dəyişir, cəmiyyətin
tələblərinə uyğun qu-
rulur.
3.
Tərbiyəvi təsirlərin şəxsiyyətin imkanları ilə şərtlən-
məsi qanunu. Tərbiyə işində insanın yaş, fərdi və cinsi xüsusiy-
yətləri, inkişaf səviyyəsi nə qədər düzgün və dolğun nəzərə alı-
narsa, tərbiyənin səmərəsi də bir o qədər yüksək olar və əksinə.
4.
Şəxsiyyətin inkişafının onun ünsiyyətinin xarakterindən
asılılığı qanunu. Şəxsiyyət daha çox ünsiyyət prosesində for-
malaşır. Tərbiyə işində ünsiyyət, şəxsiyyətlərarası münasibətlər
nə qədər məqsədyönlü və düşünülmüş olarsa, tərbiyə prosesi də
bir o qədər yüksək səmərə verər.
5.
Şəxsiyyətin inkişafının onun rəngarəng fəaliyyətindən
asılılığı qanunu. İnsan şəxsiyyəti
fəaliyyət prosesində forma-
laşır. Buna görə də insanın rəngarəng fəaliyyəti (oyun, idman,
təlim, əmək, elmi-texniki, bədii-estetik, ictimai-siyasi və s.) nə
qədər mütəşəkkil, məqsədyönlü şəkildə təşkil olunarsa, o,
müvafiq keyfiyyətlərə daha tez yəyələnər və tərbiyə prosesi də
bir o qədər yüksək səmərə verər.
6.
Tərbiyədə xarici təsirlərlə şəxsiyyətin daxili fəallığının
vəhdəti qanunu. Böyüklərin təsiri, tələbləri insanın
daxili
mövqeyi ilə uyğun gəldikdə qəbul olunub yerinə yetirilir və
əksinə. Tərbiyə işində böyüklərin (müəllim və valideynlərin)
tələbləri o zaman yerinə yetirilir ki, onlar insanın daxili tələbinə
çevrilsin və onun öz tələbi kimi qəbul olunsun.
7.
Tərbiyəvi təsirlərin xarakteri və qüvvəsi ilə nəticəsi
arasında asılılıq qanunu. Əgər tərbiyəvi təsirlər (tələblər)
vahid, ardıcıl,
sistemli və fasiləsiz olarsa, insanda tərbiyə
keyfiyyətlərini formalaşdırmaq asan olur və əksinə.
8.
Pedaqoji prosesdə kollektiv və fərdin qarşılıqlı təsiri
qanunu. Kollektiv nə qədər pedaqoji cəhətdən düzgün, demok-
ratik əsasda formalaşarsa və tərbiyənin subyektinə çevrilərsə,
fərdin tərbiyəsi və inkişafına bir o qədər müsbət təsir göstərər.
Dostları ilə paylaş: