Mühazirə mətnlərinin tərtibinə görə balların hesab- lanması. Mühazirə mətnlərinin qiymətləndirilməsi aşağıdakı
meyarlar əsasında aparılır:
5 bal – tələbə keçilən bütün mövzuları (plan maddələri üzrə)
tam əhatə edir, verilmiş ədəbiyyatlar əsasında əlavələr edir.
4 bal – tələbə bütün mövzuları (plan maddələri üzrə) əhatə edir. 3 bal – tələbə keçilən mövzuları, əsasən, əhatə edir (70-80%).
2 bal – tələbə mühazirə materiallarını qismən əhatə edir (50-70%).
1 bal – tələbə mühazirə materiallarını müəyyən dərəcədə əhatə
edir (50%-dək).
0 bal – mühazirə mətnləri yoxdur.
Təlimin digər formalarında nəticələrə görə balların hesab-
lanması Əsasnamə tələblərinə müvafiq şəkildə həyata keçirilir.
Hər bir iş formasına müvafiq ballar ayrılır: laborator məş- ğələsinə – maksimum 10 bal, davamiyyətə – 5 bal, fərdi isə –
10 bal, kurs işinə (layihəsinə) – 10 bal, istehsalat və pedaqoji təcrübəyə – 100 bal, buraxılış işinə – 100 bal nəzərdə tutulur.
Sual və tapşırıqlar 1. Təlimin təşkili formalarının təlim prosesindəki rolunu səciyyələndirin.
2. Mühazirəyə verilən tələblər hansılardır?
3. Seminar məşğələlərinin hansı funksiyaları və növləri vardır?
4. Laborator və praktik məşğələlərin fərqi nədən ibarətdir?
5. Tələbə müstəqil işlərinin hansı növləri vardır?
6. Tələbə elmi işləri hansı formalarda təşkil olunur?
7. Ali təhsildə məsləhətlər hansı funksiyaları yerinə yetirir?
8. Təlimdə «nəzarət», «yoxlama», «diaqnostika», «monitorinq» anlayışla-
rının ümumi və fərqli cəhətləri nədən ibarətdir?
9. Ali məktəbdə qiymətləndirmə hansı şərtlər və meyarlar əsasında aparılır?
10. İxtisas üzrə bir mühazirə və seminar məşğələsini dinləyərək pedaqoji tə-
ləblər baxımından təhlil edin.
11. İxtisas üzrə bir məşğələni tələbələrin biliyinin qiymətləndirilməsi baxı-
mından müşahidə və təhlil edin.