M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


İmtahana görə qiymət ballarının hesablanması



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə93/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   142
Ali mekteb pedaqogikasi-kitab

İmtahana görə qiymət ballarının hesablanması. Balla-
rın maksimum miqdarı 50-dir. Tələbə imtahanda biletə düşən 5 
suala cavab verməlidir. Hər sualın cavabı maksimum 10 balla 
qiymətləndirilir. İmtahanın qiymət meyarları aşağıdakı kimidir: 
10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı 
dəqiq və hərtərəflidir. 
9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı 
dəqiqdir və mövzunun məzmununu aça bilir. 
8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir. 
7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri 
cəhətdən bəzi məsələləri əsaslandıra bilmir. 
6 bal – tələbənin cavabı əsasən düzgündür. 
5 bal – tələbənin cavabında çatışmazlıqlar var, materialı tam 
əhatə edə bilmir. 
4 bal – tələbənin cavabı qismən doğrudur, lakin materialı izah 
edərkən bəzi səhvlərə yol verir. 
3 bal tələbənin mövzudan xəbəri var, lakin fikrini əsas-
landırmağı bacarmır. 
1-2 bal – tələbənin mövzudan qismən xəbəri var. 
0 bal – suala cavab yoxdur. 
Tələbələrin imtahanda aldıqları qiymət balları imtahana 
qədər semestr (tədris ili) ərzində topladığı ballara əlavə olunur. 
Konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə 
tələbənin biliyi aşağıdakı kimi qiymətləndirilir: 
91 - 100 bal – «əla» (A); 81 - 90 bal – «çox yaxşı» (B); 
71-80 bal – «yaxşı» (C), 61-70 bal – «orta» (D); 51 - 60 bal 
«kafi» (E); 50-dən az – «qeyri-kafi» (F). 
Tələbənin semestr ərzində topladığı bal 17-dən az ol-
duqda o, imtahana buraxılmır. İmtahanda aldığı balın miqdarı 
17-dən az olduqda onun imtahan balları semestr (tədris ili) 
ərzində topladığı bala əlavə olunmur; o, həmin fəndən krediti 
toplamamış hesab olunur. Belə tələbələr tədris ilinin sonunda 
(yayda) həmin fəndən tam kursu yenidən keçərək imtahana 
buraxılırlar. Bu dəfə də imtahandan lazımi bal toplaya bil-
məsələr, növbəti ildə həmin fənni yenidən keçməli olurlar. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin