M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


 Təlimdə nəzarət və qiymətləndirmə



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə90/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
7. Təlimdə nəzarət və qiymətləndirmə 
Təlim müvəffəqiyyətinə nəzarət. Ali məktəbdə müvəf-
fəqiyyətə nəzarət, biliyin yoxlanması və qiymətləndirilməsi tə-
lim prosesində mühüm yer tutur, bu prosesin vacib bir ün-
sürünü təşkil edir. Nəzarətin məqsədi tələbənin bilik, bacarıq 
və vərdişlərinin keyfiyyətini aşkara çıxarmaqdan, onların qar-
şıya qoyulmuş məqsədə uyğunluq dərəcəsini müəyyən etmək-
dən ibarətdir. 
Bilik və bacarıqların mənimsənilməsinin hesaba alınması 
və müvəffəqiyyətə nəzarət pedaqoji prosesdə böyük əhəmiyyət 
kəsb edir. Müəllim bu yolla tələbələrin mənimsəmə səviyyəsi 


146 
haqqında məlumat əldə edir, onların uğurlarını qiymətləndirir, 
bilik və bacarıqlarındakı kəsirləri müəyyən edib aradan qaldır-
mağa çalışır, həm də öz işinin nəticəsini – tədris metodikasının 
səmərəliliyini üzə çıxarmaqla lazımi düzəlişlər aparır. Tələ-
bələr də öz təlim müvəffəqiyyətləri ilə, bilik və bacarıqla-
rındakı kəsirlərlə tanış olur, öz üzərilərində işləmək imkanı 
qazanır, təlimə səy və məsuliyyət hissi ilə yanaşırlar. Təhsilə 
nəzarət edən dövlət orqanları da bu yolla mütəxəssis hazır-
lığının səviyyəsi və keyfiyyəti haqqında məlumat alır, zəruri 
tədbirləri həyata keçirir. Göründüyü kimi, nəzarət təlimdə əks 
əlaqə yaratmağa, məktəb və dövlət səviyyəsində təlimin idarə 
edilməsi məsələlərinin həllinə imkan verir. 
Nəzarət müvəffəqiyyətin hesaba alınması, yoxlama və 
qiymətləndirmə ilə sıx bağlıdır. Hesabaalma (uçot) nəzarətin 
müəyyən sənədlərdə (jurnallarda, imtahan vərəqələrində və s.) 
əks olunmasıdır. Yoxlama nəzarət prosesi, onun vasitəsidir. 
Qiymət yoxlamanın nəticəsi, müvəffəqiyyətin kəmiyyət gös-
təricisi, onun balla (rəqəmlə) ifadəsidir. 
Nəzarət monitorinq, diaqnostika anlayışları ilə də sıx 
bağlıdır. Monitorinq təlim (yaxud mənimsəmə) prosesinin 
mövcud vəziyyəti və səviyyəsinin öyrənilməsi, əldə olunan nə-
ticələrin qarşıya qoyulmuş məqsədlər baxımından təhlil edilib 
qiymətləndirilməsi (diaqnostika), keyfiyyəti yüksəltmək yolla-
rının müəyyən edilməsi (proqnozlaşdırma) və bu məqsədlə 
lazımi korreksiya işi aparılması proseslərini özündə birləşdirən 
müntəzəm nəzarət deməkdir. Deməli, monitorinqdə nəzarət, 
diaqnostika, qiymətləndirmə, korreksiya və proqnozlaşdırma 
kimi proseslər vəhdət halında çıxış edir. Diaqnostika təlim 
prosesinin başvermə şəraitini, nəticələrini, nöqsanlarmı üzə 
çıxarmaq, onları təhlil edib qiymətləndirmək, sonrakı inkişafını 
proqnozlaşdırmaq kimi elementləri özündə birləşdirən mü-
rəkkəb sistemdir. 
Pedaqoji nəzarət bir neçə funksiyanı yerinə yetirir: yox-
lama funksiyası (mənimsəmə səviyyəsini üzə çıxarmaq); təh-


147 
silverici funksiya (biliklərin genişləndirilməsi, ümumiləşdiril-
məsi); diaqnostik funksiya (səhvləri, çətinlikləri və onların sə-
bəblərini müəyyən etmək); proqnostik funksiya (mənimsəməni 
təkmilləşdirmək yollarını müəyyən etmək); tərbiyə funksiyası 
(təlimə borc və məsuliyyət, özünə inam hissləri formalaş-
dırmaq, tələbələri fəallaşdırmaq), inkişafetdirici funksiya (tələ-
bələrin zehni qüvvələrini, təfəkkürünü inkişaf etdirmək). 
Pedaqoji nəzarət müəyyən prinsiplər əsasında həyata ke-
çirilir. Bu prinsiplər təlim prosesinin obyektiv qanunauyğun-
luqlarından, məqsədlərindən irəli gəlir. Pedaqoji nəzarətin əsas 
prinsipləri bunlardır: a) nəzarətin sistemliliyi prinsipi (nəzarət 
sistemlə, bütün tədris formaları üzrə keçirilməlidir); b) nəzarətin 
fərdiliyi prinsipi (nəzarət fərdi olmalı, hər kəsin müvəffəqiyyət 
səviyyəsi, uğurlu və kəsirli cəhətləri aşkara çıxarılıb düzgün 
qiymətləndirilməlidir); c) nəzarətin hərtərəfliliyi prinsipi (nəza-
rət hərtərəfli aparılmalı, nəticələr həm kəmiyyət, həm də key-
fiyyət baxımından təhlil olunmalıdır); ç) nəzarətin difensivliyi 
prinsipi (nəzarət zamanı ixtisasın, fənnin, mövzunun xüsusiy-
yətləri nəzərə alınmalıdır); d) nəzarətin obyektivliyi prinsipi (nə-
zarət zamanı vəziyyəti tam obyektiv qiymətləndirmək, subyek-
tivizmə yol verməmək vacibdir). 
Ali məktəbdə pedaqoji nəzarət müxtəlif növlərdə olur. 
Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə nəzarətin bir neçə 
növü fərqləndirilir: cari (gündəlik), tematik (iri mövzu və böl-
mələr üzrə), dövri (vaxtaşırı, yarımildə iki-üç dəfə, semestrin 
sonunda), yekun nəzarət (kurs bitdikdə, imtahanlar, kurs işi, 
buraxılış işi və diplom müdafiəsində). 
Nəzarətin əhatə dairəsindən, tələbə tərkibindən asılı ola-
raq fərdi, qrup və frontal nəzarət formalarından istifadə olunur. 
Nəzarət müxtəlif metodların vasitəsilə aparılır. Yoxlama 
və hesabaalma zamani istifadə olunan ümumi metodlara aşa-
ğıdakılar daxildir: şifahi və yazılı sorğular, yoxlama işləri, 
hesabatlar, referat işləri, icmallar, kurs və diplom işləri, yara-
dıcı tapşırıqlar, seminarlar, kollokviumlar, tələbə fərdi işləri, 


148 
qrafik işlər (sxem və çertyojlar), kurs və diplom işləri, məqbul 
(zaçot) və imtahanlar (şifahi və yazılı), maşınlı nəzarət və 
proqramlaşdırılmış nəzarət, test yoxlamaları, özünənəzarət.
Göstərilən metodların vəhdəti pedaqoji nəzarətin və bü-
tövlükdə təlim prosesinin səmərəliliyini təmin etmək baxımın-
dan böyük əhəmiyyətə malikdir. Nəzarət metod və formaları-
nın tətbiqi müxtəlif amillərdən asılıdır. Bu amillərə nəzarətin 
məqsədi, təlimin xarakteri, tədris qruplarının tərkibi, yoxlama-
nın keçirildiyi zaman və məkan və s. daxildir. 
Tədrisin gedişinə, keyfiyyətinə nəzarət müxtəlif forma-
larda həyata keçirilir: 
- açıq (nümunəvi) məşğələlər (müəllimin iş metodikası 
öyrənilir və qiymətləndirilir); 
-məşğələlərə qarşılıqlı gedişlər, dinlənmələr (Təcrübə 
mübadiləsi məqsədi güdür. Təcrübəli və gənc müəllimlərin bir-
birilərinin məşğələlərini müşahidə və təhlil etməsi daha çox 
fayda verə bilər); 
- ekspert nəzarəti (məşğələnin mütəxəssislər tərəfindən 
müşahidəsi və qiymətləndirilməsi məqsədi güdür); 
- anket sorğusu (məşğələnin keyfiyyəti haqqında tələ-
bələrin rəyini öyrənmək məqsədi güdür). 
Mühazirə və məşğələlərin gedişinə nəzarət müxtəlif sə-
viyyələrdə - kafedra və metodşura xətti ilə, dekanlıq və rek-
torluq, habelə nazirlik səviyyələrində həyata keçirilir. Nəzarət 
və yoxlamaların nəticələri müvafiq səviyyələrdə müzakirə 
edilib qiymətləndirilir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin