M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə89/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Məsləhətlər – ali məktəbdə tədris prosesinin zəruri 
tərkib hissəsi, mühüm təşkili forması olmaqla bir neçə funksi-
yanı yerinə yetirir: a) öyrədici funksiya (biliklərin genişləndi-
rilməsi, dərinləşdirilməsi, müstəqil iş bacarıqlarının aşılanması 
və s.); b) stimullaşdırıcı funksiya (elmi biliklərə tələbat, seçilən 
peşə və ixtisasa maraq formalaşdırmaq); s) nəzarət funksiyası 
(tələbələrin bilik və bacarıq səviyyələrini aşkara çıxarmaq). 
Məsləhətlərin müxtəlif növləri vardır: 
- xarakterinə görə: məcburi və könüllü məsləhətlər; di-
daktik məqsədə görə: metodik, problematik və nəzarət məqsədi 
ilə məsləhətlər; təlim prosesinin mərhələlərinə görə: giriş, cari 
yekun məsləhətlər; tərkibinə görə: kollektiv, qrup və fərdi 
məsləhətlər. 


145 
Məsləhətlərin aparılması metodları da müxtəlifdir: sual-
cavab, söhbət, diskussiya və s. Tələbələrin hazırlıq səviyyə-
sindən, qoyulan məsələnin çətinlik dərəcəsindən və s. asılı 
olaraq müvafiq məsləhət metodu seçilib tətbiq edilir. 
Məsləhətin məzmunıı hansı sahə, iş növü ilə bağlı olma-
sından asılıdır. Məşğələdən qabaq – mövzu üzrə hansı mənbə-
lərdən və necə istifadə etmək; imtahandan qabaq – çətin sual-
ların izahı; məruzə, referat, kurs və diplom işindən qabaq – işin 
planlaşdırılması, tədqiqatın metodikası və s. məsələlərə dair 
məsləhətlər verilir. Əvvəlki iki sahə üzrə məsləhətlər, əsasən, 
kollektiv və qrup formasında, sonuncu isə fərdi formada ke-
çirilir. 
Məsləhətlər zamanı tələbələri maraqlandıran suallardan 
aşağıdakılar daha xarakterikdir: tələbələrin biliklərindəki kəsir-
lərlə bağlı suallar; müəyyən məsələlərin dəqiqləşdirilməsinə, 
aydın olmayan məsələlərin, problemlərin aydınlaşdırılmasına 
dair suallar; əlavə informasiyaların alınmasına yönələn suallar; 
biliklərin tətbiqi, tələbələrin müstəqil işinin təşkili ilə bağlı 
suallar və s. 
- Müəllim tələbələrin məsləhət alması üçün müraciət-
lərini həvəsləndirməli, onları bu istiqamətdə fəallaşdırmağa 
çalışmalıdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin