Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüv- vələri. Tərbiyə prosesi dialektik səciyyə daşıyır. İnsan ətraf
aləmlə çoxcəhətli əlaqə və asılılıqdadır. Bu, real tərbiyə pro-
sesinin çevikliyini, dinamikliyini, dəyişkənliyini şərtləndirir:
heç bir tərbiyə sistemi dəyişməz deyildir, heç bir tərbiyə
metodu bütün hallar üçün yararlı ola bilməz.
Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasın-
da özünü göstərir. Ziddiyyətlər və onların həlli tərbiyə pro-
sesinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər
xarici və daxili olmaqla iki qrupa bölünür.
Xarici ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin
imkanları və tərbiyə səviyyəsi arasındakı ziddiyyətlərlə bağ-
lıdır. İnsan cəmiyyətin (məktəbin, ailənin) tələblərini ödəmək
üçün öz imkanlarını (biliyini, bacarığını, psixi qüvvələrini) işə
salır. Nəticədə müəyyən müddətdən sonra cəmiyyətin tələblə-
rinə uyğun hərəkət etməyi öyrənir. Beləliklə, öz inkişafında bir
addım irəli gedir, yeni keyfiyyətlərə yiyələnir.
Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas olan
ziddiyyətlərdir, onun komponentləri arasındakı uyğunsuzluqlar-
dır. Əsas daxili ziddiyyət insanın tələbatları ilə onları ödəmək
imkanı arasındakı ziddiyyətdir. İnsan öz tələbatını ödəmək
üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, əməliyyatlara,
biliyə və bacarığa yiyələnir. Bu zəmində insan tədricən həyatı,
başqa adamları, özünü dərk edir, yeni-yeni təsəvvürlərə yiyə-
lənir. Onun motivləri, münasibətlər sistemi formalaşır, əxlaqi
keyfiyyətləri, mənlik şüuru inkişaf edir.
Tərbiyədə digər ziddiyyətlər də özünü göstərir: tərbiyənin
məqsədi ilə məzmunu və vasitələri arasında ziddiyyət; müəl-
limin məqsədi ilə tələbənin məqsədi arasında ziddiyyət; kol-
lektivlə fərd arasında ziddiyyət və s. Bu ziddiyyətlərin həlli
tərbiyə prosesinin səmərə və keyfiyyətini yüksəltməyə imkan
verir. Tərbiyədə ziddiyyətlərin yaradılması və həlli ahəngdar
şəxsiyyət tərbiyəsinin vacib şərtidir. Əks halda «saqqallı