138
-
zehni fəaliyyətin xarakterinə görə: nümunə üzrə, yeni-
dənqurma xarakterli işlər, evristik (qismən-axtarış tipli) müs-
təqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər təsnifatlar
da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin tək-
rarını, onlar üzərində əməliyyat aparmağı nəzərdə tutur); idrak-
axtarıcılıq (evristik) işləri (yeni biliklərin mənimsənilməsi);
yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı tətbiqi);
-
fəlsəfi-qnoseoloji əsasa görə: hissi-perseptiv xarakterli
müstəqil işlər (müşahidə, keçmiş təcrübə və biliklərin bərpası,
yeni hallara tətbiqi); zehni xarakterli müstəqil işlər (təfəkkür
əməliyyatları, zehni məsələ ‒ problem həlli, zehni-tətbiqi və zeh-
ni təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-
eksperimental, layihə-konstruksiya və bədii-qrafik işlər).
Göstərilən müstəqil iş növləri və tiplərindən müxtəlif
fənlərdə, yeri gəldikcə istifadə edilməlidir. Bu sahədə R.Mahmu-
dovanın tədqiqat işi faydalı bir mənbə rolunu oynaya bilər (54).
Müstəqil işlərin səmərəli təşkili üçün bəzi
şərtləri gözlə-
mək lazımdır:
1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim forma-
larında sistemli və ardıcıl şəkildə tətbiq olunmalıdır;
2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx
əlaqələndirilməli, yaradıcı işlərə diqqət artırılmalıdır;
3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları)
öyrədilməlidir;
4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata
keçirilməli (məsləhət, nəzarət, kömək, uçot və qiymətləndir-
mə), müəllimlər müstəqil iş nəzəriyyə və metodikasına yiyələn-
məlidirlər.
Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir.
Dostları ilə paylaş: