129
bir çox aspektləri – tədris, elmi, tərbiyə, psixoloji və sosial
aspektləri yaradıcı şəkildə özündə
birləşdirən bitkin elmi-
pedaqoji əsər səciyyəsi daşıyır. Mühazirənin quruluşunda
bir
neçə mərhələ ayırd edilir:
Hazırlıq mərhələsi: mühazirənin
səmərə və keyfiyyəti ona
hazırlıq səviyyəsindən çox aslıdır. Bu mərhələnin məqsədi
mühazirənin lazimi nəzəri, didaktik-metodik təminatını
həyata keçirməkdən ibarətdir.
Mühazirənin giriş hissəsi: müəllim auditoriyada qayda-qa-
nuna, davamiyyətə diqqət yetirdikdən sonra mövzunu, onun
planını və ədəbiyyatı tələbələrə çatdırır. Mühazirədə möv-
zunu öyrənməyin vacibliyi, elmi və həyati əhəmiyyəti qeyd
edilir, mümkün olduqda problem situasiya yaradılır. Müəl-
lim habelə
bu məqsədlə parlaq faktlardan, maraqlı epizod-
lardan, heyrətdoğurucu hadisə və kəşflərdən və s. istifadə
edə bilər.
Mühazirənin əsas hissəsində mövzu sistemlə (plan mad-
dələri üzrə) şərh olunur, ən mühüm anlayışlar, qanunlar, nə-
zəri məsələlər izah edilib əsaslandırılır. Tələbələr mövzu-
nun əsas məsələlərini qeyd edirlər (konspekt, geniş plan və
ya tezis şəklində).
Mühazirənin yekun hissəsində müəllim əsas nəticələri qeyd
edir, tələbələrin suallarına cavab verir,
mövzu üzərində
müstəqil işləmək üçün istiqamət, metodik tövsiyələr verir.
Mühazirənin nəzərdən keçirilən quruluşu ümumi səciy-
yə daşıyır; müəllim fənnin və mövzunun xüsusiyyətindən,
məqsəd
və məzmunundan, tələbələrin hazırlıq səviyyəsindən
asılı olaraq mühazirənin quruluşuna yaradıcı yanaşmalıdır.
Mühazirənin yüksək şəkildə keçirilməsi digər təlim
formalarının da təşklinə müsbət təşir göstərir.
3. Praktik məşğələlər
Ali məktəbdə təlimin təşkili formaları içərisində praktik
məşğələlər mühüm yer tutur. Bu məşğələlər mühazirədə əldə
130
edilmiş nəzəri biliklərin dərindən öyrənilməsinə,
tətbiqinə,
bacarıq və vərdişlərin formalaşmasına xidmət edir.
Praktik məşğələlərə seminar və laborator məşğələlər,
praktik işlər daxildir. Onların ümumi cəhətləri ilə yanaşı, hər
birinin özünəməxsus funksiyaları və təşkilati cəhətləri vardır.
Bu formaları ayrılıqda nəzərdən keçirək.
Dostları ilə paylaş: