Distant (məsafədən) təhsil texnologiyaları. Distant
təhsil məsafədən təhsilalma forması kimi müasir dövrdə –
dünya təhsil sistemində inteqrasiyanın genişləndiyi bir vaxtda
mühüm həyati zərurət kəsb edir. Bu sistem insanların təhsil mü-
əssisələrinə getmədən – buna xüsusi vaxt itirmədən yaşayış
yerlərində təhsil müəssisələri ilə əlaqə saxlamaqla müstəqil
təhsil almasına imkan verir. Distant təhsil müasir telekommuni-
kasiya vasitələrinin (kompüter, intenrnet, elektron poçt, sputnik,
televiziya, radio və s.), habelə baza dərsliklərinin və müxtəlif
çap materiallarının köməyi ilə həyata keçirilir. Distant təlim
texnologiyasının mühüm tərkib elementləri aşağıdakılardan
ibarətdir:
- tədris və digər çap materiallarının kompüter telekom-
munikasiya vasitəsilə göndərilməsi;
- milli və regional televiziya və radiostansiyalar vasitəsilə
tədris proqramının translyasiyası;
- səsli poçt, internet, elektron poçtu vasitəsilə müəllim və
tələbə arasında sinxron ünsiyyətin yaradılması: bu yolla tələbə
və müəllim lazımi informasiyaları (suallar, cavablar, məslə-
hətlər, kontrol tapşırıqlar, əlavə materiallar) plyonkalara
yazmaqla sinxron rejimdə bir-birilə ünsiyyət saxlayırlar;
- video distant təhsilin mühüm vasitəsidir. Tələbə vi-
deoplyonka vasitəsilə müəllimlərin mühazirələrini dinləmək
124
imkanı qazanır. İkitərəfli videokonfrans lazımi informasiya
mübadiləsini həyata keçirməyə kömək edir.
Distant təlim texnologiyasında qeyd edilən ünsürlərdən
kompleks şəkildə istifadə olunur.
Sual və tapşırıqlar 1. Təlim metodlarının bütöv təlim prosesindəki rolunu izah edin.
2. Təlim metodlarının təsnifatı ilə bağlı müxtəlif yanaşmalara münasibətinizi
bildirin.
3. Əsas didaktik məqsədlərə görə təlim metodları hansı qruplara bölünür?
Hər qrupun məqsədini izah edin.
4. Təsəvvürləri formalaşdıran metodlar hansılardır?
5. Nəzəri biliyin mənimsənilməsində hansı metodlardan istifadə edilir?
6. Hansı metodlarla bacarıq və vərdişləri formalaşdırmaq mümkündür?
7. Təlimdə nəzarət hansı metodlarla həyata keçirilir?
8. İnteraktiv metodları səciyyələndirin.
9. İxtisas üzrə bir məşğələni müşahidə edərək müəllimin hansı metodlardan
və necə istifadə etdiyini müəyyənləşdirin.
10. Təlim texnologiyalarının metodlardan fərqi nədir? Təlimdə hansı tex-
nologiyalardan istifadə olunur?