M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə74/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 Sual 

 Cavab 

 Mətn2 

 .... 
Tələbə mətnin birinci hissəsini («addımını») («Mətn 1») 
öyrənir, sonra həmin hissəyə aid sual və tapşırıqları («Sual») 
yerinə yetirir. O, öz cavabını verilmiş düzgün cavabla («Ca-
vab») tutuşdurur. Əgər cavab düz gəlirsə, onda mətnin ikinci 
hissəsinə («Mətn 2») öyrənməyə keçir. Cavab səhv olduqda 
tələbə mətnin birinci hissəsinin («Mətn l») üzərinə qayıdır; onu 
diqqətlə oxuyub, yenidən həmin suallara cavab verir və s. İş 
əvvəlki qaydada davam etdirilir. 
Şaxəli proqramlaşdırmada iş belə ardıcıllıqla gedir: 
İzah 1 
Mətn 1 

Sual 

 Cavab 

Mətn 2 

 ... 
İzah 2 
Tələbə mətnin 1-ci hissəsini («addımını») öyrənib sual-
lara düzgün cavab vermədikdə ona səhvin xarakteri ilə bağlı 
izahat (İzah 1) verilir. İzahatla tanış olduqdan sonra tələbə əv-
vəlki suallara yenə yanlış cavab verərsə, ona əlavə izahat (İzah 


121 
2) verilir. Düzgün cavab alınanadək iş bu qaydada aparılır. 
Tələbə suallara düzgün cavab verdikdə mətnin növbəti hissəsini 
(«Mətn 2») öyrənməyə keçir. 
Proqramlaşdırılmış təlim texnologiyası müəyyən üstün-
lüklərə malik olsa da (müstəqil iş, fərdi tepm, əks əlaqə, səhv-
lərlə iş və s.), bu zaman tələbənin zehni fəaliyyətinin gedişi 
müəllimə aydın olmur; mənimsəmə prosesi lazımınca idarə 
olunmamış qalır. Buna görə də proqramlaşdırılmış material 
üzərində tələbinin müstəqil işini müəllimin işi ilə (izah, nəzarət, 
ümumiləşdirmə, istiqamətləndirmə və s.), habelə başqa tex-
nologiyalarla əlaqələndirmək lazımdır. 
Problemli təlim texnologiyası. Problemli təlim hazır in-
formasiyaların verilməsinə əsaslanan ənənəvi təlim texnologi-
yasından fərqli olaraq elmi biliklərin müstəqil surətdə əldə 
edilməsini, yəni problem qoyub onun həlli yollarını tapmağı, 
bilikləri yaradıcı tətbiq etməyi nəzərdə tutur.
Problemli təlimin özünə məxsus texnologiyası vardır. Bu 
texnologiyanın struktur ünsürlərini sxematik şəkildə belə 
göstərmək olar: 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin