M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Kurs və buraxılış işləri. Məsləhətlər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə88/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   142
Ali mekteb pedaqogikasi-kitab

6. Kurs və buraxılış işləri. Məsləhətlər 
Ali məktəbdə təlim prosesinin təşkili formaları siste-
mində kurs və buraxılış işləri mühüm yer tutur. 
Kurs işi ixtisas və ya ümumi fənlərə həsr olunur. Onun 
məqsədi müəyyən elm sahəsi (fənn) üzrə nəzəri bilikləri tətbiq 
etmək, tədqiqat aparmaq, faktları təhlil edib ümumiləşdirmək 
bacarıqlarını formalaşdırmaqdan və bu bacarıqları aşkara çıxar-
maqdan ibarətdir. Kurs işi gələcək mütəxəssisin peşə-ixtisas 
hazırlığında böyük əhəmiyyət kəsb edir; tələbələrdə müstəqilli-
yin, elmi axtarış qabiliyyətinin inkişafına kömək göstərir. 
Kurs işinin yazılması müəyyən mərhələlərdən ibarətdir: 
mövzunun seçilməsi, mövzuya daxil olmaq (mövcud ədəbiy-
yatla tanışlıq), plan tərtibi, mövzunun işlənməsi metodlarının 
müəyyən edilməsi, işin icrası (nəzəri təhlil, təcrübi-eksperimen-
tal tədqiqat, alınan materialların təhlili, nəticələrin çıxarılması). 
Kurs işi, adətən, 20-25 səhifə həcmində olur. Hazırlan-
mış kurs işini elmi rəhbər oxuyub rəy yazır. Kurs işini kafed-
ranın yaratdığı xüsusi komissiya qəbul edib qiymətləndirir. 
Buraxılış işləri mütəxəssis hazırlığının yekun mərhələsi 
ilə bağlı olub, təlimin mühüm təşkili formalarından biridir. O, 
bir neçə vəzifəni yerinə yetirir: 
- nəzəri bilikləri konkret sahəyə tətbiq etmək, onları sistem-
ləşdirmək; 
- müstəqil işləmək və tədqiqatçılıq bacarıqlarını inkişaf et-
dirmək; 
- tələbələrin mütəxəssis kimi hazırlıq səviyyəsini müəyyən-
ləşdirmək. 
Buraxılış işinin yazılması mərhələləri kurs işindəki 
mərhələlərə uyğundur. Lakin o, kurs işindən fərqli olaraq daha 


144 
geniş tədqiqatı əks etdirir, həcmcə də genişdir (40-45 səhifə). 
Buraxılış işləri müəyyən tələblərə cavab verməlidir:
- buraxılış işinin mövzusu aktual olmalı, elmi-praktik əhə-
miyyət daşımalıdır; mövcud ədəbiyyat ciddi öyrənilməli, 
təhlil edilərək tənqidi şəkildə qiymətləndirilməlidir; bura-
xılış işi elmi-tədqiqat xarakteri daşımalıdır; kompleks təd-
qiqat metodlarından istifadə edilməlidir; tədqiqatın məqsəd 
və vəzifələri aydın göstərilməlidir; tədqiqatın obyektiv 
aparılması təmin olunmalı, nəticələr aydın və dəqiq olmalı, 
əsaslandırılmalıdır; iş aydın, ədəbi dildə, qrammatik-
orfoqrafik baxımdan düzgün şəkildə yazılmalıdır. 
İş hazır olduqda ona iki rəy yazılır (biri elmi rəhbər 
olmaqla). Buraxılış işi Dövlət Attestasiya Komissiyasının açıq 
iclasında müdafiə olunur və qiymətləndirilir.
Müstəqil elmi işin yüksək forması magistr dissertasi-
yasıdır. O, magistrantın müstəqil tədqiqat işinin, yaradıcı axta-
rışlarının məhsulu olmaqla sırf elmi-tədqiqat xarakteri daşıyır və 
ona, buraxılış işinə nisbətən, daha yüksək tələblər verilir.
Kurs və buraxılış işlərinin hazırlanması, tədqiqatın apa-
rılması və işin yazılması mərhələlərində tələbə elmi rəhbə-
rindən müntəzəm məsləhət alır.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin