M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə91/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi. Təlimdə 
nəzarət, yoxlama müvəffəqiyyətin qiymətləndirilməsi ilə nəti-
cələnir. Qiymətləndirmə təlim prosesini tamamlayan pillədir. 
O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqə ya-
ratmağa, tələbələrin bilik və bacarıqlarındakı uğurlu və zəif 
cəhətləri aşkara çıxarmağa kömək edir. Qiymətləndirmə bir 
neçə funksiyanı yerinə yetirir: tələbələrin biliklərinin səviyyə-
sini, necə dərk edilməsini müəyyən etmək imkanı verir (nə-


149 
zarət funksiyası), elmi bilikləri dəqiqləşdirməyə, mövcud kə-
sirləri aradan qaldırmağa kömək edir (öyrədici funksiya); 
tələbələrdə uğur sevinci yaradır, onları yeni uğurlara həvəslən-
dirir, zəif oxuyanları öz üzərində işləməyə sövq edir (stimul-
laşdırma funksiyası); tələbələrdə məsuliyyət hissi formalaşdırır 
(tərbiyə funksiyası). 
Qiymət çox incə bir pedaqoji vasitədir; o, tələbələri 
həvəsləndirə də bilər, ruhdan sala da bilər. Hər şey qiymətin 
necə verilməsindən, ədalətli olub-olmamasından asılıdır. Qiy-
mətləndirmə zamanı bəzi şərtləri gözləmək lazımdır: 
1) qiymət obyektiv, ədalətli olmalı, tələbənin faktik bilik 
səviyyəsini düzgün
əks etdirməlidir. Qiyməti «şişirtmək» və 
ya «kəsmək», bu zaman «əliaçıqlıq və ya xəsislik» etmək eyni 
dərəcədə zərərlidir: birinci halda tələbələrdə arxayınçılıq, ikin-
ci halda isə öz qüvvəsinə inamsızlıq baş verir. Buna yol ver-
məmək üçün qiymətin müvafiq normalara, meyarlara tam 
uyğun olmasını təmin etmək lazımdır; 
2) verilən qiymət tələbələr tərəfindən dərk olunmalıdır
müəllim qiyməti (rəqəmi) sadəcə elan etməklə kifayətlənməmə-
li, onu əsaslandırmalıdır. Yəni tələbənin nə üçün «kafi», «qeyri-
kafi», «yaxşı» və «əla» qiymət aldığını sözlə xarakterizə etməli-
dir.
Bu halda tələbə öz nöqsanlarını başa düşər, müəllimi ədalət-
sizlikdə təqsirləndirməz; 
3) qiymətləndirmə zamanı tələbənin təkcə nəyi öyrən-
məsini deyil, həm də necə öyrənməsini — şüurlu, yoxsa mexa-
niki öyrənməsini, materialı dərk etdiyini, yoxsa əzbərlədiyini 
nəzərə almaq lazımdır. Bu, tələbələrin təlimə şüurlu yanaşma-
larında, mühüm rol oynayır. Çünki tələbələr müəllimin sorğu 
metodikasına uyğun olaraq təlim materiallarını öyrənir, 
məşğələdə cavab verməyə hazırlaşırlar. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin