M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə92/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Qiymət meyarları. Bilik və bacarıqların qiymətləndiril-
məsi üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təc-
rübəsində müxtəlif bal qiymətləri tətbiq edilir (5 baldan 100 
bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiy-


150 
mət meyarı – 100 bal tətbiq olunur. Azərbaycanın ali məktəb-
ləri də çoxballı qiymət sisteminə keçmişdir. Qiymətləndirmə 
«Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndiril-
məsi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə 
təhsil nazirinin 11.09.2008-ci il 1060 saylı əmri ilə təsdiq olun-
muşdur). 
Biliyin çoxballı sistemdə qiymətləndirilməsi tələbənin 
tədris prosesindəki fəaliyyətinin bütün əsas istiqamətlərini 
əhatə edir. Tələbənin fənn üzrə semestr (və ya tədris ili) ərzin-
də toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir: 
10 bal - dərslərə davamiyyətə görə, 10 bal – tələbənin sərbəst 
işinə görə, 20 bal – seminar və ya laboratoriya məşğələlərində 
tələbənin aldığı qiymətlərə görə (eyni fəndən həm seminar, 
həm də laboratoriya məşğələsi olduğu halda hər birinə 10 bal 
ayrılır), 10 bal – kurs işinin (layihəsinin) müdafiəsinə görə 
(fənn üzrə kurs iş və ya layihəsi nəzərdə tutulmayıbsa, ona 
ayrılan 10 bal seminara və ya laboratoriya məşğələsinə əlavə 
olunur). Tələbə semestr ərzində və imtahanda birlikdə 51 bal 
topladıqda krediti ödəmiş hesab olunur. 
Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymət-
ləndirilərkən müvafiq meyarlardan istifadə olunur. Qiymət 
balları müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə 
nəzərə alınan əsas göstəricilər bunlardır: a) biliyin həcmi (proq-
ram materialları tam və ya qismən mənimsənilib?); b) biliyin 
dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib, tələbə keçil-
miş materialı nə dərəcədə başa düşür, cavabı düzgündürmü, 
fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?); 
c) biliyin tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara 
müstəqil tətbiq edə bilirmi?); ç) biliyin ifadə olunması (tələbə 
fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və 
yazıda səhvlərə yol verirmi?). 
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim forma-
larının, ayrı-ayrı iş sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır. 


151 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin