M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlim metodları və onların təsnifatı



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə61/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   142
Ali mekteb pedaqogikasi-kitab

3. Təlim metodları və onların təsnifatı 
Təlimin məqsəd və məzmunu metodların köməyi ilə hə-
yata keçirilir. Metod nədir? Təlimdə hansı metodlardan istifadə 
olunur? Konkret məşğələ üçün metodları necə seçmək olar? Bu 
və ya digər metodu necə tətbiq etmək lazımdır? “Hər müəllimin 
öz iş metodu var” fikrinə haqq qazandırmaq olarmı? Təlim 
metodları ilə bağlı bu və ya digər suallar hər bir orta və ali 
məktəb müəllimini düşündürür. Təlim prosesini səmərəli qur-
maq üçün müəllim təlim metodlarını yaxşı bilməli, yerinə görə 
onları düzgün seçib tətbiq etməlidir. Bu məsələdə müəllimin 
səhvi və ya laqeydliyi təlimin və mütəxəssis hazırlığının key-
fiyyətinə mənfi təsir göstərir. Yanlış, qeyri-səmərəli metodlarla 
yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün deyildir. 
Metod” yunan sözü olub (“methodos”), nəyəsə nail ol-
maq yolu deməkdir. Pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb 
sözü olan “üsul” termini də işlədilir. “Metod” beynəlxalq ter-
min kimi qəbul edildiyi üçün onun işlədilməsi məqsədəmüva-
fiqdir (Didaktikanın bir sahəsi olan “metodika” ifadəsi də bu-
radan götürülmüşdür). 
Təlim metodu dedikdə, təlim prosesində qarşıya qoyulmuş 
məqsədə nail olmaq üçün öyrədən və öyrənənlərin birgə fəaliy-
yətinin yolları başa düşülür. Metod öz təbiətinə görə mürəkkəb 
və çoxcəhətli analyışdır. Hər metod özündə müxtəlif priyomları 
(tərzləri) birləşdirir. Priyom metodun tərkib hissəsi, onun bir 
ünsürdür. Müxtəlif priyomlar – müəllim və tələbənin fəaliyyəti 
ilə bağlı priyomlar birlikdə bu və ya digər metodu təşkil edir.
Təlim metodu təlim vasitələri ilə də sıx bağlıdır: metod 
vasitə üzərində aparılan əməliyyatdır. Məsələn, kitab təlim 
vasitəsidir, kitab üzərində iş növləri isə (mətnin oxunuşu, 
təhlili, plan tərtibi və s.) təlim metodudur.
Təlim metodları təlim prosesində çox böyük rol oynayır. 


105 
O, təlimin qanunlarının, prinsiplərinin, məqsəd və məzmunu-
nun reallaşmasına xidmət edir:
qanun → prinsip → qayda 
metod → forma → nəticə
məqsəd → məzmun → vasitə
Sxemdən göründüyü kimi, təlim prosesinin komponent-
ləri içərisində metod mərkəzi yer tutur; o, digər komponentləri 
reallışdırıb yüksək nəticənin alınmasında həlledici əhəmiyyətə 
malikdir. Metodlar həm də təlimin funksiyalarının həyata ke-
çirilməsində böyük rol oynayır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin