çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin
müəyyən edilmiş davranış qaydalarının yerinə yetirilməsinə nəzarət etmək həvalə
olunur.
Xidmət köçürülmə işlərinə, MM siqnalları üzrə əhalinin daldalanmasına
yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma
ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir.
Yanğından mühafizə xidməti. Yanğından mühafizə təşkilatlarının bazası
əsasında yaradılır (xidmətin rəisi- rayonun yanğın müfəttişidir). Bu xidmətin
vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı
profilaktika
tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su
hovuzları tikilməsini təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların
məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür.
Ərzaq və paltarla təchizat xidməti. Rayon istehlak
cəmiyyəti və ticarət
bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu
xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların
zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi
məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş
əhalini və MM dəstələrini
yeməklə təmin edir, onları ən lazımi əşyalarla təzhiz edir;
Heyvanları və bitkiləri mühafizə xidməti. Baytarlıq və aqronomiya
idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və
heyvanların, kənd təsərrüfatı
bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi
zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı
bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vastlərindən
qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən
müəssisələrdə bu xidmət
həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd
təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri
mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq- sanitariya ekspertzasını
təşkil edir, kənd təsrrüfatı müəssisələrində su məhbələrinin və ərzaq ehtiyatlarının
vəziyyətinə nəzarət edir. Tibb xidməti, ərzaq və paltarla
təchizat xidməti ilə
birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda
göstərilənlərdən əlavə başqa xidmətlər də yaradıla bilər.
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin
idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin
edilir.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi
təmin etmək və mülki
müdafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah
(qərargahın heyətinə daxik edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə)
yaradılır.
Dostları ilə paylaş: