Mövz Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi


Sistemin gündəlik idarəetmə orqanları



Yüklə 308,03 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.05.2023
ölçüsü308,03 Kb.
#113485
1   2   3   4   5   6   7   8
dM vzu-5-FH-da-D vl t-sisteminin-rolu-v -v zif l ri

Sistemin gündəlik idarəetmə orqanları isə bütün səviyyədən olan ərazi 
fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri; 
-nazirliklərin (dövlət komitələrinin, baş idarələri), təhlükə potensiallı təsərrüfat 
obyektlərinin növbətçi- dispetçer xidmətləri və bütün səviyyələrdən olan mülki 
müdafiə qərargahlarından ibarətdir. 
Müxtəlif səviyyəli fövqəladə komissiyaların vəzifələri ancaq miqyasca 
fərqlənir. Öz səviyyələrində və səlahiyyət dairələrində bu komissiyaların əsas 
vəzifələri bunlardır: 
-ətraf mühitə və təhlükə potensiallı obyektlərə daimi müşahidə və nəzarəti 
təşkil etmək; 
-belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək; 
-fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə 
profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, 
zərər çəkmiş əhaliyə yrdım üçün lazımi maddi – texniki vəsait ehtiyatları 
yaratmaq; 
-fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara, 
fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək; 
-fövqəladə halların aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik 
etmək. 
Qeyd etmək lazımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən 
komissiyalardır. Onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil 
etməlidirlər. 
Fövqəladə komissiyalar öz vəzifələrini yerinə yetirə bilsin deyə, onların 
heyətinə nazirliklər, dövlət komitələri, baş idarələr, şirkətlər, birliklər və s. 
təşkilatlar cəlb olunmuş, onların konkret vəzifələri müəyyən edilmişdir. 
Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri: 
-əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını 
təşkil etmək və ona nəzarət etmək; 
-təhkükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin 
etmək və onlara davranəş qaydaları haqqında göstəriş və məlumatları vaxtında 
çatdırmaq; 


-fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına 
nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə 
olunmasını təşkil etmək; 
- fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə 
olunmuşdur. 
Yerli(şəhərlərin, habelə nazirlik və obyektlərin) daimi komissiyaları da 
özlərinin fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı, bu işə 
cəlb edilən hər bir təşkilatın və məsul şəxsin səlahiyyətini və məsuliyyətini 
müəyyən etməlidirlər. 
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün həm mövcud olan 
qüvvə və vəsaitlərdən: nazirliklərin və idarələrin qəza - xilasetmə, qəza – bərpa və 
çevik yanğınsöndürən dəstələrindən; səhiyyə nazirliyinin təcili yardım xidməti 
qüvvələrindən, FHN – nin qoşun hissələrindən və ixtisaslaşdırılmış dəstələrindən; 
müdafiə nazirliyinin kimyəvi və mühəndis qoşun hissələrindən; dəmir yolu, hava 
yolları, Xəzər donanması idarələrinin müvafiq qəza – xilasetmə qüvvələrindən 
istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış quraşdırma idarələrində 
xüsusi çevik qəza – bərpa dəstələrinin yaradılması nəzərdə tutulur. 
Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə Dövlət fövqəladə fəaliyyət 
sistemi müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif 
rejimdə işləyə bilər: 

Yüklə 308,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin