Rayonun MM qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə
qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah rayonun
icra başçısı və onun şöbələrinin idarələrinin və digər təşkilatların işçilərindən təşkil
olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəhbərlik
edir.Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə
yetirirlər. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə
və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin
plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır.
Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ
kəşfiyyat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3
köməkçi); mühəndis – texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2
köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafiə planını işləyib
hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı
istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki
müdafiənin döyüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siqnalları
vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə
olunmasını təmin etmək; kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik
göstərmək və s.
Rayonun (şəhərin) MM xidmətləri.MM tədbirlərini, dəstələrin hazırlığını
və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını
nəzərə alaraq, rayon (şəhər) icra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri
yaradılır.
Rabitə xidməti. Rayon(şəhər) rabitə kntorunun bazası əsasında təşkil olunur.
Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin,
müssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr
təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir,
rayonun bütün obyektləri ilə rabitə yaradır və daim fəaliyyətə hazır saxlayır;
rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrin idarə
olunmasını təmin edirlər.
Tibb xidməti.Tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmət rəisi-
rayonun baş həkimidir). Xidmət: müalicə- profilaktika, epidemiya əleyhinə və
sanitariya – gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını
təmin edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi,
yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.