Mövzu-: 14.Şifahi işgüzar kommunikasiyanın formaları: monoloji nitq və dialoji nitq



Yüklə 73,36 Kb.
səhifə3/5
tarix24.12.2023
ölçüsü73,36 Kb.
#191159
1   2   3   4   5
Kommunikasiya. Mühazirə-14 (3)

Dialoq, növləri və meyarları. Nitqin dialoji və monoloji formaları var. Nitqin dialoji formasına dialoji nitq də demək olar. Dialoji nitq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyətdir, danışıqdır. Burada danışan şəxs ifadə edəcəyi fikri əvvəlcə daxilən öz-özünə düşünür, sonra onu sözlə ifadə edir. Fikri dinləyən, eşidən şəxs isə əvvəlcə dinləyir, sonra düşünür, düşündüklərini öz nitqi ilə ifadə edir, yəni müsahibinə cavab verir. Monoloji nitqdən fərqli olaraq dialoji nitqdə öncədən hazırlıq görülmür. Ona görə də dialoji nitqdə tərəflər daha fəal olurlar. Ancaq onu da qeyd edək ki, nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqdə də hazırlıq görülə bilər.
Dialoji nitqin bütün formalarında iştirakçılar hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir. Dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Tərəflər qarşılıqlı söhbət zamanı müraciətlər, ara sözlər, ritorik suallar vasitəsilə ümumi bir bütövlük, fikir vəhdəti yaradırlar. Qeyd etmək yerinə düşər ki, dialoq zamanı leksik təkrarlar, cümlədə sözlərin sırasının pozulması, fikrin elliptik qurulması, pauzalar, suala sualla cavabvermə və s. özünü göstərir. Nitqin bu növündə jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur.Dialoji nitqin aşağıdakı özünəməxsus xüsusiyyətləri vardır:

  • dialoji nitq reaksiya tələb edən nitqdir;

  • dialoji nitqdə həmsöhbət deyilənlərə öz münasibətini bildirir: sual verir, təsdiq edir, inkar edir və s.;

  • dialoji nitqdə danışan adamların emosional-ekspressiv rabitəsi mövcud olur. Bu zaman dialoji nitqin iştirakçıları bir-birinin emosional-ekspressiv münasibətini qiymətləndirirlər;

  • dialoji nitq müəyyən şəraitlə və ya obyektlə bağlı olur. Yəni situativ səciyyə daşıyır, söhbətin obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri də dəyişir.

İşgüzar ünsiyyətdə dialoq işgüzar qarşılıqlı əlaqənin ən geniş yayılmış yollarından biridir. Şifahi işgüzar ünsiyyətin dialoq növlərinə işgüzar söhbət, işgüzar danışıqlar, reportajlar, müzakirələr, görüşlər, mətbuat konfransları, beyin hücumları və s. daxildir.
Qeyd: Beyin hücumu hər hansı problemin həlli yollarını aramaq üçün ekspertlərin (iştirakçıların) yaradıcı fəallığının stimullaşdırılmasına əsaslanan operativ metoddur. Beyin hücumunun məqsədi problemlərin həlli üçün ən gərəkli olanları seçməkdir. Hal-hazırda beyin hücumu ifadəsi çox geniş şəkildə işlənir. Əgər bir neçə nəfər yığılıb hər hansı bir problemin müzakirəsində iştirak edirsə, onlar beyin hücumunda iştirak edirlər.
Dialoji janrlar əsasən qarşılıqlı əlaqə formasıdır. İşgüzar ünsiyyətin dialoq janrının hər bir formasının xüsusiyyətləri aşağıdakı meyarları əhatə edir.
• tədbirin məqsədi (niyə?);
• iştirakçıların kontingenti (kim? kimlə? kim üçün?);
• qaydalar (nə qədər?);
• niyyətlərin həyata keçirilməsinin kommunikativ vasitələri (necə?);
• məkan mühitinin təşkili (harada?);
• gözlənilən nəticə (nədir?).
Dialoq formalarının həyata keçirilməsində bu xüsusiyyətlər nəzərə alınmalıdır.

Yüklə 73,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin