Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


KOMPÜTERDƏ VERİLƏNLƏRİN TƏSVİR FORMALARI



Yüklə 1,11 Mb.
səhifə35/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   31   32   33   34   35   36   37   38   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

KOMPÜTERDƏ VERİLƏNLƏRİN TƏSVİR FORMALARI
Kompüterdə emal olunan verilənlərin əsas tipləri aşağıdakılardır:

Tam tip – müsbət və ya mənfi işarəli nöqtəsiz ədəddir. Ədədin işarəsi mərtəbə şəbəkəsinin soldan 0-cı (nömrələnmə sıfırdan başlanır) mərtəbəsində yazılır: müsbət işarəsi isə “0” kimi təsvir olunur.
Qalan mərtəblərdə tam ədədin ikilik kodu yazılır. (32 mərtəbəli kompüterlərdə 31 mərtəbə, 64 mərtəbəli kompüterlərdə 63 mərtəbə) (şəkil 1).
32 və 64 mərtəbəli kompüterlərdə təsvir oluna bilən tam ədədlərin diapazonu belə təyin olunur:
32 mərtəbəli kompüterlərdə: -231..+231
64 mərtəbəli kompüterlərdə: -263..+263
Sabit nöqtəli ədədlərdə tam hissəni kəsr hissədən ayıran nöqtənin yeri əvvəlcədən (kompüter layihə olunarkən) birdəfəlik qeyd olunur və məsələlərin həll prosesində dəyişilmir. Tam ədədlərdə olduğu kimi ədədin işarəsi mərtəbə şəbəkəsinin soldan 1-ci mərtəbəsində yazılır (müsbət – “0”, mənfi – “1”). Kompüterin quruluşunu və əməliyyatların icra vaxtını azaltmaq məqsədilə sabit nöqtəli formada yalnız 1-dən kiçik ədədlər təsvir olunur, yəni nöqtənin yeri ədədin işarəsindən bilavasitə sonra qeyd olunur və nöqtə işarəsi aşkar şəkildə yaddaşda yazılmır.

Odur ki, 2-lik say sistemində istifadə olunan sabit nöqtəli ədədlərin təsviri tam ədədlərin təsvirinə uyğundur (şəkil 1.)
Göstərilən üstünlüklərə baxmayaraq, sabit nöqtəli forma ilə işləyərkən hesablama prosesi zamanı verilənlərin, aralıq və son nəticələrin qəbul olunmuş diapazondan kənara çıxmaması tələb olunur. Əks halda mərtəbə şəbəkəsinin dolub daşması baş verir, bu isə səhv nəticələrə səbəb olur. Bu çatışmazlıqlardan azad olmaq üçün ədədlərin sürüşkən nöqtəli formasından istifadə olunur.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin