İnteqral sxemlər. Ventillər ayrıça deyil, İS adlanan modullarda yerləşdirilir. İS 5x5 mm ölçüsündə kvadrat silisium kristalı olub, ventillərdən ibarətdir. Kiçik İS adətən 5-15 mm en və 20-50 mm uzunuluğa malik plastik və ya keramik korpusa yerləşdirirlər. Korpusa uzununa birləşdiricilərə keçirilən və ya plataya lehimlənən 2-cərgə ventillər sirası yerləşdilir. İS-lər həm də giriş və çıxışlrı ilə də fərqlənir. Əksər korpuslar 14, 16, 18, 20, 22, 24, 28,40, 64 və ya 68 çıxışa malikdir.
Hal-hazırda bir mikrosxemə bir prosessor və keş yaddaşın əhəmiyyətli hissəsi yerləşir. Hal-hazırda bir mikrosxemə 10 mln tranzistor yerləşdirmək mümkün olmuşdur.
Multpleksor -çox girişli və bir çıxışlı elektron qurğusudur. Girişlərinə təsir göstərən siqnalı tələb olunan ardıcıllıqla çıxışa ötürmə funksiyasını yerinə yetirir. Bu səbəbdən, həm də selektor qurğusu da adlandırılır.
Demultipleksor qurğusu yerinə yetirdiyi funksiyasına görə multipleksora əks olan qurğudur. Bir girişə və çoxlu sayda çıxışa malikdir.
Kombinasiya sxemləri - Rəqəmli məntiqin bəzi tətbiqləri bir-neçə giriş və bir-neçə çıxışa malik elə sxemlər tələb edir ki, onların çıxış siqnalları çari giriş siqnalları ilə təyin olunsun. Belə sxemlər kombinasiya sxemləri adlanır.
Hesabi sxemlər -8 mərtəbəli sürüşən sxem 8 giriş və 8 çıxışa malikdir. 8 giriş biti D0,..., D7 naqilləri ilə ötürülür. Çıxış verilənləri giriş verilənlərin So,..., S7 naqillərinə bir bit sürüşməsidir. C-idarəetmə xətti sürüşmənin istiqamətini təyin edir: 0-sola, 1-sağa.
Binar cəmləyicinin modeli İkilik say sistemində hesab əməliyyatları məntiqi sxemlər vasitəsilə yerinə yetirilə bilər. İkilik say sistemində iki ədədin cəmi üçün həqiqilik cədvəli göstərildiyi kimidir (Cədvəl 1). Cədvəldən göründüyü kimi, cəmləmədə vahidin bir mərtəbə sürüşdürülməsi halı olur. Cədvəlin son sütununu iki sütunda tərtib edək. Sütunların birini sürüşmənin qiyməti (P) üçün, digərini isə bir dərəcədə cəmləmə (S) üçün tərtib edək (Cədvəl 2).
Cədvəldən göründüyü kimi, P -nin qiyməti üzrə həqiqilik cədvəli məntiqi vurma (AND) əməliyyatıdır, məntiqi formulu P = AB kimidir. S -in qiymətinə uyğun həqiqilik cədvəli isə 2-modul üzrə cəmləmədir (XOR), məntiqi formulu isə S = ABꞋ+ AꞋB kimidir.
Həqiqilik cədvəlinin simulyasiyası üçün tərtib olunmuş məntiqi dövrələr şəkil 1-də göstərildiyi kimidir.
S = ABꞋ+ AꞋB məntiqi formulu üzərində aşağıdakı kimi çevirmə aparaq:
Digər tərəfdən De Morqan qaydasına görə cəm üçün S = (AB)Ꞌ (A + B) məntiqi formulunu alarıq. Formula uyğun simulyasiyanın məntiqi sxemi şəkil 2-dəki kimi təsvir olunar:
Şəkil 2. S = (AB)Ꞌ (A + B) məntiqi formulun əsas bazis elementləri ilə simulyasiyasının sxemi.
Şəkildən göründüyü kimi, toplama üzrə hesablama qurğusu dörd ədəd məntiq elementi əsasında reallaşdırıla bilər. Belə qurğu yarım və yaxud binar cəmləyici adlanır. Binar cəmləyici iki girişə və iki çıxışa malik qurğudur. Binar cəmləyicilər əsasında tam cəmləyici qurğu sintez olunur.