1614-cü il. Şotlandiyalı Con Neper loqarifmi kəşf etdi. Bundan bir az sonra R.Bissakar loqarifmik xətkeşi yaratdı.
1617-ci ildə Neper hesab əməllərinin icrasını asanlaşdıran riyazi tirlər yığımı ixtira etmişdir. Tirlərin üzərində 0-dan 9-dək rəqəmlər və bunların hasilləri olan ədədlər yazılmışdır. Vurma əməlini icra etdikdə, üzərində uyğun rəqəmlər yazılmış tirlər yanaşı elə düzülür ki, tirlərin yan üzlərində nəticə görünür. Bu qurğu ilə bölmə və kvadrat kökalma əməllərini icra etmək mümkün idi. 1617-ci ildə Neper hesab əməllərinin icrasını asanlaşdıran riyazi tirlər yığımı ixtira etmişdir. Tirlərin üzərində 0-dan 9-dək rəqəmlər və bunların hasilləri olan ədədlər yazılmışdır. Vurma əməlini icra etdikdə, üzərində uyğun rəqəmlər yazılmış tirlər yanaşı elə düzülür ki, tirlərin yan üzlərində nəticə görünür. Bu qurğu ilə bölmə və kvadrat kökalma əməllərini icra etmək mümkün idi.
1642-ci il.Fransız alimi Blez Paskal hesab maşınmın - dişli çarxları, təkərləri, dərəcələrə bölünmüş dişli taxtaları və s. olan mexaniki qurğunun yaradılmasına başladı. O, ədədləri «yadda saxlamağı» və elementar hesab əməllərini yerinə yetirməyi bacarırdı.
1834-cü il. İngilis alimi Çarlz Bebbic "analitik" maşının layihəsini tərtib etdi. Bu maşına informasiyanın giriş və çıxış qurğuları, ədədlərin saxlanması üçün yaddaş qurğusu, hesab əməllərini yerinə yetirə bilən qurğu və maşının əməliyyatlar ardıcıllığını idarə edən qurğu daxil edilmişdi. Əmrlər perfokartların köməyilə daxil edilirdi. Layihə reallaşmadı.
1876-cı il.ingilis mühəndisi Aleksander Bell telefonu ixtira etdi.
1897-ci il. ingilis fiziki C. Tomson elektron-şüa borusunu icad etdi.
1936-cı il. İngilis riyaziyyatçısı Alan Türinq və ondan asılı olmayaraq E. Post abstrakt hesablama maşınının konsepsiyasını irəli sürdülər və işlədilər. Onlar problemin alqoritmləşməsinin mümkünlüyü şəraitində ixtiyari problemin avtomatlar tərəfindən həll edilməsinin prinsipial mümkünlüyünü sübut etdilər.