Qeyd etdiyimiz kimi, informatikanın əsas aləti kompüterdır. Kompüter informasiyanın saxlanması, axtarışı, emalı və əks etdirilməsi proseslərini yerinə yetirir. İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə edİr.
Kompüter texnikasının inkişaf inkişaf tarixi 4 əsas dövrə bölünür:
Hesab qurğularının tarixi çox əsrlərlə ölçülür. Aşağıda xronoloji qaydada bu tarixin bəzi ən əhəmiyyətli hadisələri, oniarın tarixi və iştirakçıiarının adları verilir.
Ən qədim say aləti kimi eramızdan 30 min il əvvəl istifadə edilmiş (Çexiyada tapılmış) “vestonis sümükləri” hesab edilir. Eramızın V və VI əsrində qədim Romada istifadə edilən abak da ilk say alətlərindən hesab edilir. “Soroban”1 adlı ədədi informasiya emalı qurğusu 1400-cü ildə Yaponiyada yaradılmışdır. Buna abak da deyilir. “Soroban” orta əsrlərdə Çindən Yaponiyaya gətirilmiş “Suanpan” əsasında düzəldilmiş qurğudur. “Soroban” ən müasir kompüterlərlə təchiz edilmiş Yaponiyada bugün də istifadə edilir. 1500-cü ildə Leonardo da Vinçi Yapon abakının modifikasiyası olan cəmləyici qurğu düzəltmişdir. 10 dişli çarxlardan qurulmuş bu qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi.