Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə47/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   43   44   45   46   47   48   49   50   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

1983-cü il. Apple Computers korporasiyası maus manipulyatoru ilə idarə edilən ilk ofis kompüterini - Lisa fərdi kompüterini yaratdı.
Hər şey ondan başladı ki, çoxmərtəbəli tam ədədləri maşında heç olmazsa, toplamaq (cəmləmək) mümkün olsun. 1500-cü ilə yaxın Leonardo da Vinçi 13 mərtəbəli cəmləyici qurğunun eskizini hazırladı. İlk cəmləyici maşını 1642-cii ildə Blez Paskal yaratdı. Bu maşın 8 mərtəbəli ədədləri cəmləyə bilirdi.
ARHM-in tarixi 20-ci əsrin birinci yarısına gedib çıxır və ingilis riyaziyyatçısı və mühəndisi Çarlz Bebbicin adı ilə bağlıdır. Belə ki, 1822-ci ildə Ç.Bebbic ilk ARHM-ın layihəsini verdi və 30 illik təkmilləşdirmə nəticəsində ilk “analitik maşın” yaradıldı. “Analitik maşın”ın yaradılması prinsipləri hesablayıcı texnikanın təməl prinsiplərinə çevrildi. Bu prinsiplər aşağıdakılardan ibarətdir:

  1. Əməliyyatların avtomatik icrası.

  2. İşə buraxılan proqram üzrə işləmək.

  3. Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın3) olması.

Əməliyyatların avtomatik icrası. İrihəcmli hesablamaların icrası üçün təkcə hər bir hesab əməlinin cəld icrası əhəmiyyətli deyil, həm də bu əməllər arasında insan müdaxiləsi tələb edən fasilələr olmamasıdır. Halbuki, müasir kalkulyatorların əksəriyyəti hesab əməllərini kifayət qədər cəld icra etsə də, bu tələbə cavab vermir. Yəni icra edilən əməllər dayanmadan ardıcıl icra edilməlidir.
İşə buraxılan proqram üzrə işləmək. Əməliyyatların avtomatik icrası üçün proqram icraçı qurğuya əməliyyatların icra sürətinə bərabər sürətlə daxil edil­məlidir. Bu məqsədlə Ç.Bebbic proqramın əvvəlcədən perfokartlara4 yazılmasını və sonra maşına daxil edilməsini təklif etmişdi.
Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın5) olması. Bu inqilabi ideyalar onların mexaniki texnika əsasında reallaşdırılmasının mümkün olmaması ucbatından xeyli gözləməli oldu. Belə ki, ilk elektrik mühərriki 50 il sonra, ilk elektron lampası isə 100 il sonra yaradıldı. Ötən 100 il ərzində az qala tamamilə unudulmuş bu ideyalar növbəti 100 illikdə yenidən kəşf edildi.
Releli maşınlar üzərində iş 20-ci əsrin 30-cu illərində başlandı. Bu iş 1944-cü ildə amerika riyaziyyatçısı və fiziki Qovard Aykenin rəhbərliyi altında İBM firmasında Ç.Bebbicin ideyalarına əsaslanan “Mark-1” adlı maşının istehsalınadək davam etdi. Bu maşında ədədləri təsvir etmək üçün mexaniki, idarə etmək üçün isə elektromexaniki elementlərdən istifadə edilmişdi.
Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular üzərində iş 20-ci əsrin 30-cu illərinin sonunda eyni vaxtda ABŞ-da, Almaniyada, İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq edilən elektron lampaları ədədi informasiyanın emalı və saxlanması üçün texniki təməl kimi istifadə edilməyə başladı.
İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə istehsal edlmiş ENIAC oldu. Bu maşının adı ingiliscə “elektron-ədədi inteqrator və hesablayıcı” kimi tərcümə edilən sözlərin baş hərflərindən yaradılmışdı. ENIAC 18 min elektron lampasından və çoxsaylı elektromexaniki elementlərdən qurulmuşdu. Enerji tələbatı 150kvt idi ki, bu da çox da böyük olmayan bir zavodun tələbatı qədərdir.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin