təsdiq edilmişdir
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət Sistemi haqqında
Əsasnamə
1. Bu Əsasnamə Fövqəladə halların qarşısının alınması və belə hallarda
fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin əsas vəzifələrini, təşkilini və iş
qaydalarını müəyyən edir.
2. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət Sistemi
fövqəladə halların qarşısının alınması, belə hallar
yarandıqda isə, əhalinin təhlükəsizliyinin təmin edilməsi və xalq təsərrüfatında
ziyanın azaldılması məqsədilə təşkil edilmişdir.
3. Azərbaycan Dövlət Sisteminin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
Fövqəladə hallar yaranarkən respublikanın ərazisində adamların həyatının və
sağlamlığının, maddi və mədəni sərvətlərin, təbii mühitin mühafizəsi üzrə bir sıra
iqtisadi və hüquqi tədbirlərin həyata keçirilməsi, bunlardan ötrü uzunmüddətli
məqsədyönlü proqramların işlənib hazırlanması və yerinə yetirilməsi, elmi
araşdırmaların və təcrübə-konstruktor işlərinin təşkili;
təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinin müşahidə və
nəzarət üzrə respublika Sisteminin etibarlı işinin təmin edilməsi, müxtəlif
fəlakətlər baş verməsi ehtimalının proqnozlaşdırılması, təhlükə potensiallı
obyektlərin vaxtında aşkar edilməsi, əmək təhlükəsizliyi tələblərini ödəməyən
istehsalatların yenidən qurulması, yaxud bağlanması üzrə lazımi tədbirlər
görülməsi, xalq təsərrüfatı obyektlərində və sahələrində, əhalinin həyat təminatı
sistemlərində işin dayanıqlığının artırılması, maddi-texniki vasitələr, tibbi
avadanlıq və dərmanlar, ərzaq ehtiyatları və digər xüsusi ehtiyatların yaradılması;
Azərbaycan Dövlət sistemi idarəetmə orqanlarının, qüvvə və vasitələrinin
fövqəladə hallarda fəaliyyətə yüksək hazırlığının, baş vermiş hadisələrin
xarakterini, miqyasını və ehtimal olunan nəticələrini düzgün qiymətləndirməklə
çevik fəaliyyətinin, müvafiq dövlət idarəetmə orqanlarını və əhalini fövqəladə
halların törənməsi və ya baş verdiyi barədə operativ xəbərdar edilməsinin, qüvvə
və vasitələrin fəlakət rayonlarına vaxtında yeridilməsinin təmin olunması;
Fövqəladə halların nəticələrini aradan qaldırmaqdan ötrü axtarış-xilasetmə,
qəza-bərpa və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi;
Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması
məsələlərində qarşılıqlı yardım məqsədi ilə digər dövlətlərlə qarşılıqlı fəaliyyətin
və xarici ölkələrlə əməkdaşlığın təşkili.
4. Azərbaycan Dövlət Sistemi respublikada müəyyən edilmiş inzibati-ərazi
bölgüsünə və sahələrarası dövlət birlikləri idarələrinin, dövlət konsernləri və
assosiasiyalarının strukturuna müvafiq olaraq ərazi və xalq təsərrüfatı vəsilələrini
əhatə edir.
Sistemin ərazi və sahə vəsilələrinin konkret strukturları Respublika
nazirlikləri, baş idarələri, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti,
şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur və bu
vəsilələr haqqında Əsasnamələrlə təsbit edilir.
Bu zaman, adətən, hər bir vəsilə rəhbər orqanlardan, gündəlik idarəetmə
orqanlarından, təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini
müşahidə və nəzarət edən qüvvələr və vasitələrdən, fövqəladə halların nəticələrini
aradan qaldıran qüvvə və vasitələrdən, rabitə və xəbərdarlıq sistemindən, digər
maddi-texniki vasitələrdən, həmçinin tədris müəssisələri və elmi-tədqiqat
təşkilatlarından ibarət olur.
5. Azərbaycan Dövlət Sisteminin rəhbər orqanları aşağıdakılardan ibarətdir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə
Komissiyası;
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə
komissiyası;
Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə
komissiyaları;
Xalq təsərrüfatı obyektlərində yaradılan obyekt fövqəladə hallar komissiyası
(OFHK);
Respublikanın nazirlikləri və baş idarələrində yaradılan sahə fövqəladə hallar
komissiyası (SFHK).
Fövqəladə hallar üzrə komissiyalara aşağıdakı şəxslər başçılıq edirlər:
Azərbaycan Respublikasında—baş nazirin müavinlərindən biri;
Naxçıvan Muxtar Respublikasında—baş nazirin müavini;
Respublikanın şəhərlərində və rayonlarında—icra hakimiyyəti başçılarının
birinci müavini;
Xalq təsərrüfatı obyektlərində—baş mühəndislər.
Nazirlik və baş idarələrdə sahə rəhbərlərinin müavini.
Fövqəladə hallar üzrə komissiyalarda ştatlı struktur bölmələr (komissiyanın
aparatı) yaradıla bilər. Belə bölmələrin tərkibi Respublika Nazirlər Kabineti,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, icra hakimiyyəti orqanlarının
başçıları, nazirlik və baş idarələr tərəfindən, işin həcmindən asılı olaraq müəyyən
edilir.
Fövqəladə hallar üzrə obyekt komissiyaları onlara tələbat və təşkili üçün
müvafiq baza olarkən yaradılır.
6. Azərbaycan Dövlət Sisteminin vahid məqsədləri nəzərə alınmaqla
fövqəladə hallar üzrə bütün səviyyələrdən olan komissiyaların əsas funksiyaları
aşağıdakılardan ibarətdir:
tabeliyindəki müvafiq ərazilərdə, sənaye sahələrində, xalq təsərrüfatı
obyektlərində Azərbaycan Dövlət Sisteminin və onun vəsilələrinin fəaliyyətinə
rəhbərlik etmək;
fövqəladə halların qarşısının alınması, müxtəlif qəzaların, təbii fəlakətlərin
vurduğu ziyanın azaldılması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək,
fövqəladə hallarda təhlükə potensiallı istehsalatlarda və xalq təsərrüfatı
obyektlərində işlərin etibarlığını təmin etmək;
tabeliyindəki ərazidə (obyektlərdə) təbii mühitin və təhlükə potensiallı
obyektlərin vəziyyətini daimi müşahidə və nəzarəti, fövqəladə hallar yaranması
ehtimalının və onun nəticələrinin proqnozlaşdırılması və qiymətləndirilməsini
təşkil etmək;
fövqəladə hallar yaranarkən idarəetmə orqanlarının, qüvvə və vasitələrin
fəaliyyətinə daim hazırlığını təmin etmək;
profilaktika tədbirlərinə, qəza-xilasetmə və qəza-bərpa dəstələrinin
saxlanmasına
və təchizatında, fövqəladə halların nəticələrinin aradan
qaldırılmasına və zərərdidələrə yardım göstərilməsinə çəkilən xərclərin
ödənilməsindən ötrü maliyyə və maddi-texniki ehtiyatlar yaratmaq;
tabelikdəki ərazi fövqəladə hallar komissiyalarının fövqəladə halların
qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərini
əlaqələndirmək;
qonşu regionların fövqəladə hallar üzrə komissiyaları ilə hərbi komandanlıqla,
ictimai təşkilatlar və hərəkatlarla fövqəladə hallar barədə məlumatların toplanması
və mübadiləsi, lazım gəldikdə isə belə halların qarşısının alınması üçün qüvvə və
vasitələr göndərilməsi məsələləri üzrə qarşılıqlı fəaliyyəti təşkil etmək;
fövqəladə hallar yaranarkən və genişlənərkən, onların nəticələri aradan
qaldırılarkən fəaliyyətə rəhbərlik etmək;
tabelikdəki ərazilərdə, xalq təsərrüfatı obyektlərində fövqəladə hallar
yaranarkən beynəlxalq yardımı bilavasitə bölüşdürmək və ondan istifadə etmək.
7.Azərbaycan Dövlət Sisteminin gündəlik idarəetmə orqanları aşağıdakılardan
ibarətdir:
fövqəladə hallar üzrə bütün səviyyədən olan ərazi komissiyalarının növbəti
xidmətləri;
nazirliklərin, baş idarələrin, xalq təsərrüfatı obyektlərinin növbətçi-dispetçer
xidmətləri;
bütün səviyyədən olan mülki müdafiə qərargahları;
respublika xilasetmə dəstələrinin və fövqəladə halların nəticələrinin aradan
qaldırılmasına cəlb olunan könüllü ictimai təşkilatların növbətçi xidmətləri.
Azərbaycan Dövlət Sisteminin rəhbər orqanları və gündəlik idarəetmə
orqanları onun idarəetmə sistemini təşkil edir.
8. Təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini müşahidə və
nəzarət qüvvə və vasitələri aşağıdakılardan ibarətdir:
Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin, Azərbaycan
Respublikası Dövlət Geologiya Komitəsinin, Azərbaycan Respublikası Dövlət
Geodeziya
Komitəsinin,
Azərbaycan
Respublikası
Dövlətmədənnəzarət
Komitəsinin, Azərbaycan Respublikası Dövlət Standartlar İdarəsinin qüvvələri;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti
qüvvələri (respublika gigiyena və sanitariya mərkəzi);
Azərbaycan Respublikasının baytar xidməti qüvvələri (Kənd Təsərrüfatı və
Ərzaq Məhsulları Nazirliyi);
müşahidə və laboratoriya nəzarəti xidmətləri (idarələri), həmçinin Azərbaycan
Respublikasının profilli elmi-tədqiqat təşkilatlarının, nazirliklərinin, baş
idarələrinin və Elmlər Akademiyasının təbii mühitə nəzarətlə məşğul olan və
müşahidə və laboratoriya nəzarəti sisteminə (MLNS) daxil edilmiş idarələri;
Azərbaycan Respublikası Hidrometeorologiya Komitəsinin hidrometeoroloji
və geliofiziki təbii hadisələr barədə xəbərdarlıq, təbii mühitin radioaktivliyini və
çirklənməsini
müşahidə
qüvvələri,
Azərbaycan
Respublikası
Elmlər
Akademiyasının seysmik müşahidələr və xəbərdarlıq xidməti qüvvələri və
Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin təbii mühitə zərərli
maddə düşməsi mənbələrinə nəzarət qüvvələri;
Azərbaycan Aerokosmik agentliyinin müşahidə qüvvələri.
Təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini müşahidə və
nəzarət sisteminin əsas vəzifələri bunlardır;
təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini daimi müşahidə və
nəzarət etmək, fövqəladə hallar yaranması ehtimalını, həmçinin onların nəticələrini
proqnozlaşdırmaq və qiymətləndirmək;
təbii mühitin vəziyyəti barədə məlumatlar toplamaq və onu ümumiləşdirmək;
Kor-təbii
hadisələrin
baş
verməsi
və
genişlənməsini,
hmçinin
hidrometeoroloji, geofiziki və ekoloji nəzarəti proqnozlaşdırmaq və müşahidələr
aparmaq;
xalq təsərrüfatı obyektlərinin tikintisi, modernləşdirilməsi və yenidən
qurulması zamanı sənaye və ekoloji nəzarəti proqnozlaşdırmaq və müşahidələr
aparmaq;
xalq təsərrüfatı obyektlərinin tikintisi, modernləşdirilməsi və yenidən
qurulması zamanı sənaye və ekoloji təhlükəsizliyə nəzarət etmək;
seysmik rayonlarda tikinti normativlərinin gözlənilməsinə və tikintinin
keyfiyyətinə nəzarət etmək;
istehsal qüvvələrinin, sənaye sahələrinin və onların obyektlərinin inkişafı və
yerləşdirilməsi üzrə və perspektiv planların və sxemlərin ekoloji ekspertizası;
təbii ehtiyatlardan istifadə olunması və təbii obyektlərin istismarına nəzarət;
təbii fəlakətlərin, texnoloji qəza və fəlakətlərin ekoloji nəticələrini
proqnozlaşdırmaq və qiymətləndirmək;
epizootiyalar və epifitotiyalar yaranması və yayılması ehtimalını
proqnozlaşdırmaq.
9. Fövqəladə halların nəticələrini aradan qaldıran qüvvə və vasitələr
aşağıdakılardan ibarətdir:
nazirliklərin və baş idarələrin hərbiləşmiş və hərbiləşməmiş qəza-xilasetmə,
qəza-bərpa, yanğınsöndürən və digər dəstələri;
Azərbaycan Respublikası fəaliyyətdə olan tikinti, xüsusi və quraşdırma
təşkilatları, nazirlik və idarələrinin tikinti bölmələrinin bazasında yaradılan qəza-
bərpa dəstələri;
respublika Səhiyyə Nazirliyinin, habelə digər nazirliklər və baş idarələrin
təcili tibbi yardım xidməti idarələri və dəstələri;
təcili baytar yardımı və bitkilərin mühafizə xidməti dəstələri;
Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidmətinin
yanğından mühafizə hissələri;
MM-in qoşun hissələri, ərazi və ixtisaslaşdırmış dəstələri; ―Azərbaycan Hava
Yolları‖ Qapalı Səhmdar Cəmiyyətinin müvafiq xidmətləri;
Azərbaycan Dəmir Yol İdarəsinin bərpaetmə və yanğınsöndürmə qatarları;
―Xəzərneftqaz‖ birliyinin, ―Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi‖ Qapalı
Səhmdar Cəmiyyətinin idarəsinin, Azərbalıqsənaye birliyinin qəza-xilasetmə
xidmətləri;
«Azəravtonəqliyyat» Dövlət Konserninin, respublika nazirlik və idarələrinin
nəqliyyat bölmələrinin avtonəqliyyat vasitələri;
digər könüllü ictimai təşkilatların qüvvələri.
Azərbaycan Dövlət Sisteminə daxil edilmiş bütün bu qüvvə və vasitələr
bütövlükdə fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr və vasitələr
sistemini təşkil edir.
10. Azərbaycan Respublikası FHN yanğından mühafizə qurumunun müxtəlif
nazirlik və baş idarələrin hərbiləşdirilmiş mədən-xilasetmə, qaz-xilasetmə
xidmətlərin və digər belə peşəkar xidmətlərin, Azərbaycan Respublikası MM-in
qoşun hissəsinin bazası əsasında, respublika nazirlikləri və baş idarələri ilə
razılaşdırılmaqla, daimi hazırlıqlı qəza-xilasetmə bölmələri yaradılır ki, bu
bölmələr Azərbaycan Dövlət Sistemi tərəfindən həm respublikanın müxtəlif
regionlarında, həm də yardım məqsədilə respublikanın hüdudlarından kənarda
fövqəladə halların nəticələrini operativ surətdə məhdudlaşdırmaq və aradan
qaldırmaq üzrə onların imkanları daxilindəki işlərə cəlb edilə bilər.
11. Azərbaycan Dövlət Sisteminin informasiya idarəetmə sistemi onun işini
informasiya ilə təmin edir və aşağıdakılardan ibarətdir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə
Komissiyasının respublika İnformasiya Hesablama Mərkəzi;
Azərbaycan Respublikasının əhalisinə xəbərdarlıq sistemi;
Naxçıvan MR informasiya-hesablama mərkəzi;
Azərbaycan Respublikası nazirliklərinin və baş idarələrinin hesablama
mərkəzləri;
Azərbaycan Respublikası şəhərləri və rayonlarının hesablama mərkəzləri;
fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr və vasitələrin (qoşun
hissələri, hərbiləşdirilmiş və hərbiləşdirilməmiş dəstələri) idarəetmə məntəqələri;
infoormasiya mərkəzləri (təbii mühitin və təhlükə potensiallı obyektlərin
vəziyyətini müşahidə və nəzarət sisteminin ilkin məlumat toplama mərkəzləri);
rabitə və məlumatvermə vasitələri.
12. Azərbaycan Dövlət Sistemi informasiya-idarəetmə sisteminin əsas
funksiyaları bunlardır:
təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və
nəzarət sistemindən alınan məlumatların kompleks öyrənilməsi, o cümlədən baş
vermiş fövqəladə hallar barədə xəbərdarlıq, belə xəbərlərin seçilməsi və aidiyyatı
üzrə abonentlərə (istifadəçilərə) çatdırılması;
Sistemin abonentlərindən (istifadəçilərindən) alınan məlumatların toplanması
və öyrənilməsi;
Azərbaycan Dövlət Sisteminin müxtəlif vəsilələri arasında, həmçinin bütün
səviyyələrdən olan fövqəladə hallar üzrə komissiyalar və fövqəladə halların
nəticələrini aradanqaldırma qüvvələri və vasitələrinin idarəetmə məntəqələri,
habelə təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və
nəzarət sisteminin idarəetmə məntəqələri arasında məlumat (informasiya)
mübadiləsini təşkil etmək.
13. Azərbaycan Dövlət Sisteminin fəaliyyəti fövqəladə halların qarşısının
alınması və belə hallarda fəaliyyət üzrə tədbirlərin planlaşdırılması, hazırlanması
və həyata keçirilməsindən ibarətdir.
Mövcud şəraitdən asılı olaraq sistemi üç iş rejimi müəyyən edilmişdir:
gündəlik iş rejimi—normal sənaye istehsalı və radiasiya şəraitində, həmçinin
normal kimyəvi, bioloji (bakterioloji), seysmik, hidrometeoroloji şəraitdə,
epidemiya, epizootiya, epifitotiya olmayan hallarda sistemin işi;
yüksək hazırlıq rejimi—sənaye istehsalı və radiasiya şəraiti, kimyəvi, bioloji
(bakterioloji), seysmik və hidrometeoroloji şərait xeyli pisləşdikdə, həmçinin
fövqəladə hallar yaranması ehtimalı haqqında proqnoz alınarkən sistemin işi;
fövqəladə rejim—fövqəladə hallar yaranarkən və onların nəticələri aradan
qaldırılarkən sistemin işi.
Azərbaycan Dövlət Sisteminin, onun vəsilələrinin bu və ya digər rejimə
keçirilməsi haqqında qərar fövqəladə hallar üzrə müvafiq komissiyalar tərəfindən
konkret şərait nəzərə alınmaqla qəbul edilir.
Vəziyyətdən asılı olaraq Azərbaycan Dövlət Sistemi və onun vəsilələri
müxtəlif rejimlərdə işləyə bilər.
Dostları ilə paylaş: |