Azərbaycan Respublikasının nəqliyyat idarələri və dövlət konsernləri, tərkibində nəqliyyat vasitələri olan konsern və idarələr («AZAL», «Azəravtonəqliyyat», «Azərineft», dövlət konsernləri, Azərbaycan Dəmir Yolu İdarəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Azərbalıqsənaye) Nəqliyyatda qəza və fəlakətlər baş verməsinin qarşısının alınması və onların
nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil etmək.
Fövqəladə halların aradan qaldırılması işləri üçün lazımi qüvvə və vasitələrin,
maddi-texniki ehtiyatların daşınmasını, köçürülmə tədbirlərini nəqliyyatla təmin
etmək.
Fövqəladə hallar baş vermiş rayonlardakı qəza-xilasetmə, qəza-bərpa işləri və
digər təxirəsalınmaz işlərin aparılmasında idarə dəstələrinin qüvvələri ilə onların
taktiki-texniki imkanları daxilində iştirak etmək.