Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublikada sanitariya və epidemioloji şəraitə nəzarəti təşkil etmək və
həyata keçirmək.
Fövqəladə hallar yaranmış rayonlarda epidemioloji şəraiti proqnozlaşdırmaq
və qiymətləndirmək, epidemiya əleyhinə tədbirlər hazırlamaq və həyata keçirmək.
İxtisaslaşdırılmış təcili tibbi yardım dəstələrinin daimi hazırlığını təmin
etmək, fövqəladə hallar yaranmış rayonlarda təcili tibbi yardım göstərilməsi
işlərini təşkil etmək.
«Azərmeşə» Meşə Təsərrüfatı istehsalat birliyi Respublikanın meşələrində fövqəladə hallar yaranması ehtimalını
proqnozlaşdırmaq.
Respublikanın meşələrində fövqəladə hallar yaranmasının qarşısını almaq və
nəticələrini aradan qaldırmaq tədbirlərinin təşkili və həyata keçirilməsi.
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət Sistemi daimi hazırlıq qüvvələrinin heyətinə daxil edilmiş sahə
qəza-xilasedici bölmələrin qüvvələri ilə qəza-xilasetmə və digər təxirəsalınmaz
işlərin yerinə yetirilməsində iştirak etmək.