Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə120/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   116   117   118   119   120   121   122   123   ...   218
Mülki müdafiə (Mühazirələr)

Nüvə  silahı  
 
Nüvə silahı, məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələyici 
xassəyə  malikdir.  Nüvə  silahından,  müxtəlif  növ  nüvə  reaksiyaları  nəticəsində 
ayrılan enerjidən istifadə olunur. 
 Nüvə  silahının  partlayış  gücü  trotil  ekvivalenti  ilə  xarakterizə  edilir.  Trotil 
ekvivalenti - partlayışın enerjisini bu nüvə sursatının partlaması nəticəsində  alınan 
enerjiyə  bərabər  adi  partladıcı  maddənin  (trotil)  tonla  miqdarına  deyilir.  Müxtəlif 
nüvə sursatlarının gücü bir neçə milyon tona (meqaton) qədər olur. Nüvə partlayışı 
həm  zədələyici  təsir  gücünə,  həm  də  müxtəlif  amillərin  zərərli  təsirinə  görə  adi 
döyüş sursatlarından fərqlənir.  
 
Nüvə silahı 
 
Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ-ın silahlı qüvvələri tərəfindən 
Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə qarşı istifadə olunmuşdur.  
 


 
Xirosimaya və Naqasakiyə atom bombası atılan an 
 
Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, 
sualtı  qayıqlardan,  gəmilərdən,  habelə  artilleriya  toplarından  istifadə  etmək 
mümkündür. Nüvə silahının tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən 
asılı olaraq nüvə sursatları kosmosda, havada, yerin üstündə, yerin altında və suyun 
üstündə,  suyun  altında  partladıla  bilər.  Nüvə  partlayışı  nəticəsində  beş  cür  zərərli 
təsir  meydana  çıxır.  Bunlara  nüvə  partlayışının  zədələyici  amilləri  deyilir.  Bunlar 
aşağıdakılardır: 

 
Zərbə dalğası; 

 
İşıq şüalanması;  

 
Nüfuzedici radiasiya; 

 
Yerin radioaktiv zəhərlənməsi; 

 
Elektromaqnit impulsu. 
 
Nüvə  partlayışı  enerjisi  təqribən  50%-i  zərbə  dalğasının,  35%-i  işıq 
şüalanmasının,  4%-i  nüfuzedici  radiasiyanın  yaranmasına,  10%-i  yerin  radioaktiv 
zəhərlənməsinə  və  1%-i  isə  elektromaqnit  impulsunun  yaranmasına  sərf  olunur. 
İndi isə nüvə silahının zədələyici amillərini nəzərdən keçirək: 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin