Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə147/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   143   144   145   146   147   148   149   150   ...   218
Mülki müdafiə (Mühazirələr)

Qıcıqlandırıcı ZM  
Si-Es və adamsit aid edilir. 
Adamsit  yaşılımtıl  rəngli  bərk  maddədir,  suda  həll  olmur,  üzvi  həlledicilərdə 
(xüsusən qızdırılarkən) və asetonda yaxşı həll olur. Yavaş buxarlanması və pis həll 
olmasına  görə  torpağı  uzun  müddət  zəhərləyə  bilər.  Suda  parçalanmır,  qələvi 
maddələr onun suda hidrolizini sürətləndirir. 
Adamsitin  1,41  mq/l  konsentrasiyası  olan  havada  2  dəqiqə  və  ya  0,28  mq/l 
konsentrasiyalı  havada 20 dəqiqə qalarkən ölümcül zəhərlənmə baş verir. 
 Si-Es  suda  pis  həll  olan  rəngsiz  maddədir.  O,  spirtdə  bir  qədər,  asetonda, 
dioksanda,  metilxloriddə,  etilasetatda,  benzolda  isə  yaxşı  həll  olur.  Aerozol 
şəklində tətbiq olunur. 


 Si-Es  maddəsinin  ümumi  zəhərliliyi  zəifdir,  lakin  o,  qıcıqlandırıcı  təsirə 
malikdir  ki,  bu  da  asqırtıya,  öskürəyə,  gözlərdən  çoxlu  yaş  axmasına,  tənəffüsün 
çətinləşməsinə  səbəb  olur.  Bunlardan  başqa  dəriyə  gicitkən  kimi  qaşındırıcı  təsir 
göstərir, yüksək konsentrasiyası 0,001-0,005 mq/l-dir. 
 Gözyaşardıcı  və  ya  lakrimator (yunanca  lakrime-göz  yaşı)  maddələr  gözlərin, 
burunun  selikli  qişalarını  qıcıqlandırır,  bu  isə  gözdən  yaş  axması,  bəbəklərin 
spazması,  burundan  güclü  selik  axması  ilə  nəticələnir.  Bunlar  tərkibində  haloid 
olan  üzvi  maddələrdir.  Belə  maddələrdən  əsasları  xlorasetofenon  və 
brombenzilsianiddir. 
 Xlorasetofenon bənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Üzvi 
həlledicilərdən  yaxşı  həll  olur.  Suda  hətta  qaynadılarkən  də  dağılmır.  Müsbət 
20°C-də buxarlanır, buxarları havadan 5,3 dəfə ağırdır. 
Yayda ərazidə bir neçə gün təsirini saxlayır. 
Brombenzilsianid  acı,  badam  iyli,  rəngsiz,  yaxud  sarımtıl  kristal  maddədir. 
Suda,  demək  olar  ki,  həll  olmur,  üzvi  həlledicilərdə  isə  yaxşı  həll  olur.  Suda 
hidroliz olunmur, torpaqda bir ayadək qala bilər. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin