Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə155/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   151   152   153   154   155   156   157   158   ...   218
Mülki müdafiə (Mühazirələr)

daimi rast 
gəlməsinə 
endemiyalar 
deyilir. 
Heyvanlar 
arasında yolxucu xəstəliklərin  yayılması  –  epizootiya,  bitkilər  arasında 
yayılması  – epifitotiya adlanır.  Heyvanlar  arasında  sibir  yarası,  sap, 
tulyaremiya, taun,  iri buynuzlu  heyvanların  taunu  və  s.  kimi  xəstəliklər  yayıla 
bilər. 

 
Bakterial vasitələrin istifadə edilməsi yolları və üsulları. 

 
Bakterial  silahın  çatdırılma  yolları  müxtəlifdir:  təyyarə  bombaları, 
top güllələri, raketlər  və  içərisinə  maye,  yaxud  quru  halda  mikrob  və  zəhər 
qatıçığı 
(reseptur) 
doldurulmuş 
xüsusi 
konteynerlər 
və 
cihazlar, zəhərlənmiş daşıyıcılar (həratlar, gənələr, gəmiricilər). Bakterial silahı 
işlətmək  üçün  düşmən  aerozol  üsuldan  (havanın  yoluxdurulması),  transmissiv 
üsuldan (qan soran həşəratlar – bit, birə, ağcaqanad vasitəsilə), diversion üsul-
qapalı yerlərin, suyun, ərzağın qəsdən gizli şəkildə yoluxdurulmasından istifadə 
edə  bilər.  Xəstəliyin  yayılmasının  ən  sadə  üsullarından  biri  havanın 
yoluxmasıdır. içərisində bakteria vasitələr olan hərbi sursat partlayarkən havada 
duman  və  ya  tustuşəkıllı aerozol  buludu  əmələ  gəlir  ki,  bu  bulud  külək 
vasitəsilə  yayılır,  torpağa  çökür  və  yoluxmuş  zona  əmələ  gətirir.  Onun 
zədələyici  təsiri  tətbiq  edilən  xəstəliktörədicidən,  ərazinin  relyefindən, 
meteoroloji  şəraitdən  və  s.  asılıdır.  Yoluxma  təkcə  bakterial  vasitələrin  tətbiq 
edildiyi  zaman  deyil,  buluddan  ayrılmış  aerozol  hissəciklərinin  zədələyici 
xüsusiyyətlərini  saxlaya  bildiyi  vaxtdan  asılı  olaraq,  bir  neçə  saat,  gun,  həftə, 
hətta ay  müddətində də baş verə bilər.Yoluxdurulmuş həşəratlar  vasitəsilə sarı 
qızdırma,taun  və s. kimi xəstəliklər  yayılır. Düşmən  geri çəkilərkən  yoluxmuş 
əşyaları: geyim, ərza, sigaret və xəstə insanları saxlamaqla infeksion xəstəliyin 
yayılmasma  nail  ola  bilər.  Bu  zaman  yoluxma  birbaşa  kontakt  vasitəsilə  baş 
verir. 

 
Bakterioloji ocaqda əhalinin davranışı 

 
Düşmən tərəfindən  bakterial  silahın  işlədilməsinin  hər  hansı  əlamətini  təyin 
etdikdə  dərhal əleyhqaz,  respirator,  toz  əleyhinə  parça  maska  və  ya  pambıq  – 
tənzif maska taxmaq, dərinin qoruyan vasitələr geyinmək və yaxmlıqdakı mülki 
–  müdafiə  orqanları  və  ya  tibbi  müəssisəyə  xəbər  vermək  lazımdır.  Sonra  isə 
şəraitdən  asılı  olaraq  mühafizə  qurğularında (sığınacaq, radiasiya  əleyhinə 
daldanacaq  və  ya  sadə  daldanacaq)  saxlanmaq  lazımdır.  Fərdi  mühafizə 
vasitələrindən  vaxtında  və  düzgün  istifadə etmək, mühafizə  qurğularında 
saxlanmaqla  bakterial  vasitələrin  tənəffüs  orqanlarma,  dəriyə  və  paltara 


düşməsinin  qarşısını  almaq  olar.  Əhalinin  infeksion  xəstəliklərə  qarşı 
dözümlülüyünü artırmaq, immurıiteti yüksəltmək üçün sülh dövründə müəyyən 
işlər görülməlidir. Belə ki, sistematik bədən tərbiyəsi və idmanla məşğul olmaq, 
peyvənd 
və zərdablarla spesifik 
profilaktika 
aparmaq 
lazımdır. 
Zədələnmə olduqda  Aİ  – 2  aptekçədə  olan  bakteriya  əleyhinə  dərmandan 
istifadə  olunur.  Bakterial  silahdan  effektiv  müdafiə  məqsədilə  epidemiya 
əleyhinə və sanitar – gigiyenik tədbirlər həyata keçirilir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin