4. Fövqəladə hallarda əhalinin mühafizəsini təmin edən mülki müdafiə
tədbirləri
4.1. Sülh və müharibə dövrlərindəki fövqəladə hallarında əhalinin
mühafizəsini təmin etmək üçün görülən mülki müdafiə tədbirləri
kompleksinə aşağıdakılar daxildir:
fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət
barədə ona müntəzəm məlumat verilməsi;
ətraf mühitin, ərzaq məhsullarının, suyun radioaktiv kimyəvi və
bakterioloji (bioloji) zəhərlənməsinə nəzarət edilməsi;
əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması);
müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;
əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;
müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə
edilməsi, mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə
təkliflərin hazırlanması;
zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza
işlərinin) yerinə yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin
həyat təminatının bərpa edilib saxlanması;
fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə
öyrədilməsi.
4.2. Fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və ya yaranmış
şərait barədə ona müntəzəm məlumat verilməsinə aşağıdakı yollarla nail
olunur:
əhalini xəbərdar edən mərkəzləşdirilmiş respublika və ərazi avtomat
xəbərdarlıq sistemlərini əvvəlcədən yaratmaq və daimi hazır vəziyyətdə
saxlamaqla;
mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrüfatı
obyektlərinin məhəlli xəbərdarlıq sistemlərini təşkilati-texniki cəhətdən bir-
birinə qoşub əlaqələndirməklə;
ehtimal olunan fəlakətli daşqın zonalarında, radiasiya və kimyəvi
zəhərlənmə təhlükəli müəssisələr və yüksək təhlükəli digər obyektlər
yerləşmiş fəaliyyət göstərən məhəlli xəbərdarlıq sistemləri yaratmaq və onları
təşkilati-texniki cəhətdən müşahidə və nəzarət sistemlərinə qoşmaqla;
ümumdövlət və sahə rabitə sistemlərindən, radio, televiziya verilişləri və
yerli radio şəbəkəsindən, digər texniki informasiya vasitələrindən
mərkəzləşdirilmiş surətdə xəbərdarlıq üçün istifadə etməklə.
4.3. Ətraf mühitə, ərzaq məhsullarına, suya müşahidə və nəzarət
aşağıdakı yollarla edilir:
sanitariya-epidemioloji stansiyaları, baytarlıq, aqrokimyəvi və obyekt
laboratoriyalarını, Dövlət Hidrometeorologiya Komitəsi müəssisələrini,
radiasiya və kimya müşahidəsi postlarını cəlb etməklə əvvəlcədən
ümumdövlət və sahə müşahidə və laboratoriya nəzarəti şəbəkəsi yaratmaq və
daim hazır vəziyyətdə saxlamaqla;
ətraf mühitin vəziyyəti barədə, eləcə də yeyinti məhsullarının və ərzaq
xammalının, əlafın, suyun radioaktiv, kimyəvi və bakterioloji (bioloji)
maddələrlə çirklənməsi haqqında məlumatları toplamaq, təhlil etmək və
yaymaqla.
4.4. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya
daldalanacaqları, sadə daldalanacaqlar - zirzəmilər və başqa yeraltı tikililəri)
respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir.
Mühafizə qurğuları fondu aşağıdakı qayda üzrə yaradılır:
şəhərlərdə və yaşayış məntəqələrində olan yeraltı qurğulardan kompleks
halında istifadə etmək hesabına; burada sosial-məişət, istehsal və təsərrüfat
təyinatlı otaqlar, binalar, yerləşdirmək, sülh və müharibə dövrlərindəki
fövqəladə hallarda onların bir qisminin əhalinin mühafizəsi üçün
uyğunlaşdırılması və istifadə edilməsini nəzərdə tutmaqla;
mühafizə üçün yararlı yeraltı və yerüstü bina və qurğuları, dağ-mədən
yerlərini, təbii kaha və mağaraları yoxlamaq və qeydə almaqla;
yaranmış vəziyyəti nəzərə alaraq, zirzəmiləri və digər yeraltı tikililəri
daldalanacaq kimi düzəltməklə;
xalq təsərrüfatı təyinatlı ayrıca yeraltı qurğular tikmək; lazım gəldikdə
onları mühafizə üçün uyğunlaşdırmaqla;
təhlükəli dövrdə kütləvi surətdə sadə daldalanma yerləri düzəltməklə
(tikməklə);
hökumətin qərarlarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya
daldalanacaqları tikməklə;
bütün mülki müdafiə mühafizə qurğularını əhalinin dərhal daldalanması
üçün texniki-istismar hazırlığı halında saxlamaqla.
Əhaliyə şəxsi və kooperativ mülkiyyət formasında mühafizə qurğuları
tikmək tövsiyə edilir. Belə hallarda mülki müdafiə orqanları lazımi metodiki
yardım göstərir.
Mülkiyyət formasından asılı olmayaraq, bütün mövcud mülki müdafiə
mühafizə qurğuları fondundan (sığınacaqlar və daldalanacaqlar) mülki
müdafiə orqanlarının müəyyən etdiyi qaydalar üzrə təsərrüfat, məişət və
mədəni məqsədlər üçün istifadə edilir, onların yenidən quraşdırılmasına icazə
verilmir.
4.5. Təhlükəli rayonlardan və zonalardan (karantin zonasından başqa)
əhali onun həyatı və sağlamlığı üçün qorxu yaranan hallarda köçürülür
(çıxarılır).
Təhlükəli rayonlardan bütün əhali və ya əhalinin ayrı-ayrı qrupları
(yaşına, məşğuliyyətinə görə) köçürülür.
Müharibə dövrü üçün səfərbərlik vərəqəsi olan şəxslər köçürülmür,
onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin sərəncamına gedirlər.
[6]
Əhali hər növ nəqliyyat vasitələrindən istifadə edilməklə qısa müddətdə
kütləvi şəkildə, ya da yaranmış vəziyyətdən asılı olaraq mərhələ-mərhələ,
həm bütün nəqliyyat vasitələrindən istifadə edilməklə, həm də piyada
surətdə köçürülə bilər.
Köçürmənin səmərəliliyi üçün:
köçürülmə planlarını əvvəlcədən tərtib etmək;
şəhərdənkənar zonanı və məskunlaşdırma rayonlarını köçürülən
əhalinin normal həyatını təmin etmək üçün hazırlamaq;
bütün nəqliyyat növlərini köçürmə işlərinə hazırlamaq;
köçürmə dövrü üçün lazımi idarəetmə strukturları və köçürmə orqanları
yaratmaq;
əhali arasında ictimai asayişin və mütəşəkkilliyin təmin edilməsi üzrə
tədbirlər kompleksi həyata keçirmək lazımdır.
Əhali yerləşdiriləcək rayonlar və köçürmə qaydası hərbi komandanlıq
orqanları və müvafiq idarə və müəssisələrlə razılaşdırılır.
Köçürmə tədbirlərinin təşkili və yerinə yetirilməsi qaydaları fövqəladə
hallarda əhalini mühafizə haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamı ilə müəyyən edilir.
4.6. Əhalinin mühafizəsi üzrə təbii tədbirlər - adamların zədələnməsinin
qarşısını almaq, yaxud zədələnməni zəiflətmək, zərərçəkənlərə vaxtında
yardım göstərmək və onları müalicə etmək, fövqəladə hallar yaranmış
rayonlarda epidemioloji təhlükəsizliyi təmin etmək işlərindən ibarətdir.
Bunun üçün:
sahə tabeliyindən asılı olmayaraq bütün mövcud səhiyyə orqanları
qüvvələrinin və vasitələrinin fəaliyyətini planlaşdırmaq və onlardan istifadə
etmək;
fövqəladə vəziyyət yaranarkən kifayət qədər tibb müəssisələri açmaq;
tibbi profilaktika vasitələrindən vaxtında istifadə etmək;
ərzaq mallarına və suya nəzarət etmək;
vaxtında ixtisaslı tibb dəstələri yaratmaq və onları fəaliyyətə hazırlamaq;
tibbi mühafizə vasitələri ehtiyatları, tibbi və xüsusi avadanlıq və texniki
ehtiyatları yaratmaq;
tibb işçiləri hazırlamaq və bütün əhaliyə tibbi sanitariya biliklərini
öyrətmək lazımdır.
4.7. Bioloji yoluxma vasitələrindən mühafizə - yoluxma təhlükəsinin,
yaxud faktının, yoluxmanın növü və miqyasının vaxtında aşkar
edilməsindən, habelə inzibati-təsərrüfat, rejimli-məhdudlaşdırma və xüsusi
tibb tədbirlərinin müəyyən edilməsindən ibarətdir.
Bioloji zədələnmə vasitələrindən mühafizə üçün:
kollektiv və fərdi mühafizə vasitələrindən vaxtında istifadə etmək;
karantin və observasiya rejimləri qoymaq;
yoluxma ocağını zərərsizləşdirmək;
təcili və xüsusi (spesifik) profilaktika keçirmək;
xalq təsərrüfatı obyektləri, tibb müəssisələri və əhali tərəfindən
epidemiya əleyhinə rejimə riayət edilməsinə nail olmaq lazımdır.
4.8. Əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi -
radiasiya və kimyəvi şəraiti aşkar edib qiymətləndirməkdən, radiasiyadan
mühafizə üzrə birtipli rejimlərin müəyyən edilməsindən, fərdi mühafizə
vasitələri ilə təchizat, xüsusi təmizləmə işlərinin təşkili və keçirilməsi
tədbirlərindən ibarətdir.
Əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi üçün:
əvvəlcədən fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və
dozimetrik nəzarət cihazları ehtiyatları yaratmaq, bunları qoruyub işə hazır
vəziyyətdə saxlamaq lazımdır. Həmin ehtiyatların həcmi və saxlanma yerləri
mövcud təhlükəli zonalara müvafiq olaraq fərqli surətdə müəyyən edilir. Bu
zaman həmin avadanlıqla ilk növbədə - mülki müdafiə dəstələrinin şəxsi
heyəti, zədələnmə ocaqlarında aparılan xilasetmə və təxirəsalınmaz işlərdə
iştirak edən qüvvələr, habelə radiasiya və kimya təhlükəli xalq təsərrüfatı
obyektlərinin işçiləri və belə obyektlərin ətrafındakı təhlükəli zonada yaşayan
əhali təmin edilir;
radioaktiv və kimyəvi zəhərlənmənin miqyasını, xarakterini və
nəticələrini aşkar etmək məqsədilə vaxtında kəşfiyyat aparmaq;
düşmənin kütləvi qırğın vasitələri işlətdiyini, həmçinin radiasiya və
kimyəvi zəhərlənmə təhlükəli xalq təsərrüfatı obyektlərində qəzaları
(dağıntıları) aşkar etmək, onların miqyasını və nəticələrini qiymətləndirmək
üçün ən müasir vasitələrdən və üsullardan istifadə etmək, o cümlədən
ərazidə havadan radiasiya kəşfiyyatı aparılması üçün mülki aviasiya
təyyarələrini (vertolyotlarını) bu işə cəlb etmək;
həm müharibə, həm də sülh dövrü üçün yararlı olan vahid növlü
(unifikasiya edilmiş) mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və
dozimetrik nəzarət cihazları və cihaz dəstləri (kompleksləri) yaratmaq;
əhaliyə müəyyən edilmiş qaydada şəxsi istifadə üçün fərdi mühafizə
vasitələri və dozimetrlər almağa imkan yaratmaq;
zəhərlənmiş ərazidə əhalinin radiasiyadan mühafizəsi və xalq təsərrüfatı
obyektlərinin fəaliyyəti üçün birtipli rejimlər işləyib hazırlamaq;
kommunal-məişət xidməti və nəqliyyat müəssisələrini adamların
sanitariya təmizlənməsi, paltarların, avadanlığın və nəqliyyatın xüsusi
təmizlənməsi işlərinə əvvəlcədən uyğunlaşdırmaq;
radioaktiv və kimyəvi zəhərlənmə ocaqlarını vaxtında ləğv etmək,
zəhərli tullantıları bu məqsədlə ayrılmış xüsusi yerlərdə basdırmaq lazımdır.
4.9. Zədələnmə ocaqlarında, qəza və təbii fəlakət rayonlarında xəsarət
almış adamlara vaxtında yardım göstərmək məqsədilə qısa müddətdə
xilasetmə və digər təxirəsalınmaz işlər təşkil edilir və yerinə yetirilir.
Bunlar aşağıdakılardan ibarətdir:
zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparmaq;
zədələnmə ocağını məhdudlaşdırmaq;
axtarış və xilasetmə kompleks tədbirləri görmək;
zərərçəkənlərə yardım göstərmək;
təhlükəli rayonlardan əhalini çıxarmaq və ya köçürmək;
karantin-observasiya tədbirləri, xilasetmə işləri aparılan rayonlarda
ictimai asayişi təmin etmək;
zərər çəkmiş rayonlarda əhalinin həyatının təmin edilməsi üzrə ilkin
tədbirləri həyata keçirmək;
epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirləri;
zərər çəkmiş rayonlardakı əhalinin ruhi sabitliyini təmin etmək üçün
kompleks tədbirlər həyata keçirmək.
Xilasetmə və təxirəsalınmaz işlərin səmərəliliyi bu tədbirlərlə təmin
edilir:
ixtisaslı mülki müdafiə qüvvələrini (qoşun hissələri, ştatda olan qəza-
xilasetmə, qəza-bərpa dəstələri və hərbiləşdirilməmiş dəstələr), habelə
ixtisaslı sahə dəstələrini, könüllü xilasetmə qüvvələrini əvvəlcədən yaratmaq
və fəaliyyətə hazırlamaq;
sahə tabeliyindən asılı olmayaraq digər qüvvələri, müəssisələri, habelə
lazım gəldikdə könüllüləri xilasetmə işlərinə cəlb etmək;
əvvəlcədən
əldə
edilmiş
razılaşmalar
əsasında
xarici
ölkə
mütəxəssislərini və xilasedicilərini işə cəlb etmək;
əvvəlcədən idarəetmə orqanlarını işə hazırlamaq, xüsusi fəaliyyət
planlarını tərtib etmək;
xilasetmə işləri və digər təxirəsalınmaz işlər aparmaq üçün xüsusi texniki
avadanlıq hazırlamaq və istehsal etmək;
zərərçəkənlərin ərzaqla, digər gündəlik tələbat əşyaları ilə təchizatını,
həyati təminatını təşkil etmək;
xilasetmə işlərində iştirak edən adamların təhlükəsizliyi üzrə tədbirlərə
ciddi riayət etmək, fəlakət zonasında əhalinin davranış rejimini
müəyyənləşdirmək;
fövqəladə halların xarakterini və miqyasını nəzərə almaqla xilasediçi
qüvvə və vasitələri tədricən artırmaq;
xilasetmə işlərində iştirak edən qüvvələrin mühəndis, kimyəvi, tibbi,
nəqliyyatla təminatını, maddi və texniki təminatını müntəzəm təşkil etmək.
4.10. Mühafizə üsulları və vasitələrindən istifadə etmək, yaralılara ilk
yardım göstərmək, xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək
bacarığı əhaliyə müəssisələrdə, idarə və təşkilatlarda, habelə yaşayış
yerlərində yarana biləcək real təhlükənin xarakterinə uyğun olaraq öyrədilir.
Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr alması üçün hər cür şərait
yaradılır.
Yerlərdə ehtimal olunan fövqəladə hallar zamanı fəaliyyət və davranış
qaydaları qabaqcadan kütləvi informasiya vasitələrilə, yaxud xüsusi yaddaş
kitabçaları paylamaqla bütün əhalinin nəzər-diqqətinə çatdırılır.
|