Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə162/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   158   159   160   161   162   163   164   165   ...   218
Mülki müdafiə (Mühazirələr)

3. Əhalinin mühafizəsi sistemi 
3.1. Əhalinin mühafizəsi məsələlərini daha səmərəli həll etmək məqsədilə 
ümumdövlət  və  ərazi  mühafizə  sistemləri  yaradılır  ki,  onlar  aşağıdakı 
tədbirləri  həyata  keçirirlər:  ehtimal  olunan  fövqəladə  halların  və  onların 
nəticələrinin  proqnoz  və  təhvil  edilməsi;  onların  baş  verməsi  barədə 
əvvəlcədən  xəbərdarlıq;  basqın  vasitələri  işlədilməsinin,  həmçinin  güclü 
qəzalar  və  təbii  fəlakətlərin  nəticələrini  zəiflədən  qabaqlayıcı  tədbirlər; 
mühafizə  üsulları  və  vasitələrinin  hazırlanması  və  vaxtında  istifadə  edilməsi 
üzrə  mülki  müdafiə  tədbirləri;  fövqəladə  hallar  yaranmış  rayonlarda 
xilasetmə və təxirəsalınmaz bərpa işlərinin təşkili və yerinə yetirilməsi. 
3.2.  Fövqəladə  halların  nəticələrini  və  təhlükənin  dərəcəsini  zəiflədən 
qabaqlayıcı  tədbirlər  əhalinin  etibarlı  mühafizəsi  üçün  böyük  əhəmiyyətə 
malikdir. Belə tədbirlərdən ən vacibləri aşağıdakılardır: 
yaşayış məntəqələrinin salınması və şəhər tikintisi üzrə baş planlar tərtib 
edilərkən  təhlükə  ehtimallı  bölgələrdə  və  sahələrdə  yerli  xüsusiyyətləri 
nəzərə almaq; 
təhlükə  potensiallı  obyektlərdə  ehtimal  olunan  qəzaların  nəticələrindən 
əhalinin  və  ətraf  mühitin  təhlükəsizliyini  təmin  etmək  üçün  belə  obyektlərin 
səmərəli yerləşdirilməsi; 


binaların, 
qurğuların, 
mühəndis 
şəbəkələrinin, 
nəqliyyat 
kommunikasiyalarının  müəyyən  edilmiş  təhlükəsizlik  normalarına  müvafiq 
tikilməsi; 
təhlükə potensiallı obyektlərin qəzasız fəaliyyətini təmin edən tədbirlərin 
görülməsi; 
yaşayış  məntəqələrinin  və  xalq  təsərrüfatı  obyektlərinin  təhlükəli  təbii 
hadisələrdən kompleksli mühafizə sxemlərinin işlənib hazırlanması; 
yerlərdə  fövqəladə  halların  qarşısını  almaq  və  nəticələrini  aradan 
qaldırmaq  məqsədilə  müvafiq  planların  işlənib  hazırlanması  və  həyata 
keçirilməsi; 
xüsusi  mühəndis  qurğularının  (sel,  sürüşmələr  və  s.  əleyhinə) 
əvvəlcədən tikilməsi; 
respublika  ərazisində  sanitariya  mühafizəsi  tədbirlərinin  yerinə 
yetirilməsi. 
Bütün  bunlar  müvafiq  səlahiyyətli  təşkilatlar  tərəfindən  yerinə  yetirilir, 
həmin işlərin icrasına mülki müdafiə orqanları nəzarət edirlər. 
  

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin