Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə154/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   150   151   152   153   154   155   156   157   ...   218
Mülki müdafiə (Mühazirələr)

Göbələklər – çox müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir. 
Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş 
şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz, kriptokokkoz və s. 
kimi xəstəlikləri törədir. 
Toksinlər  bir  sıra  mikroorqanizmlərin  həyat  fəaliyyəti  nəticəsində  əmələ  gələn, 
canlılara  yüksək  toksiki  təsir  göstərən,  bəzi  hallarda  ölümə  səbəb  olan  zülali 
maddələrdir.  Botulizm,  difteriya,  tetanus  toksinləri  təmiz  halda  alınmışdır.  Hərbi 
məqsədlə  ən  çox  botulizm  toksini  və  stafilokok  enterotoksini  diqqəti  cəlb  edir, 
bunlar  kimyəvi  silah  növünə  daxildir.  Toksinlər  yüksək  bioloyi  aktivliyə 
malikdirlər,  belə  ki,  botulizm  toksininin  0,005  –  0,008  mq  dozası  ölümə  səbəb 
olur. 
Kənd  təsərrüfatı  bitkilərinə  təsir  edən  kimyəvi  vasitələr  –  toksinlər,  herbisidlər, 
defoliantlar və desikantlar istifadə olunur. Bu kimyəvi vasitələr alaq otlarının məhv 
edilməsi,  yarpaqların  tökülməsi  və  bitkilərin  qurudulması  məqsədilə  istifadə 
olunur.  Bu  maddələrin  kütləvi  istifadəsi  torpağın  sterilizasiyasına,  bitkilərin 
ölməsinə,  heyvan  və  insanların  zəhərlənməsinə  səbəb  olur.  1963-cü  ildə 
Vyetnamda  herbisidlərin  külli  miqdarda  istifadə  olnması  2000  insanın 
zəhərlənməsinə  (80  ölüm),  1969-cu  ildə  isə  28500  insanın  zəhərlənməsinə  (500 


ölüm)  səbəb  olmuşdur.  Bakterioloji  silah  kimi  kənd  təsərrüfatı  bitkilərinə  zərər 
vuran həşəratlardan istifadə olunur. Kolorada böcəyi, sarança, hessen milçəyi belə 
həşəratlardandır.  Kolorada  böcəyi  kartof,  pomidor,  kələm  vəs.  kimi  kənd 
təsərrüfatı məhsullarına ziyan vurur. Sarança böyük ərazilərdə bitki örtüyünə zərər 
vurma  qabiliyyətinə  malikdir.  Hessen  milçəyi  buğda,  arpa,  çovdar  kimi  dənli 
bitkilərə ziyan vurur. 
Bakterioloji  silah  məqsədilə  taun,  vəba,  sibir  yarası,  botulizm,  təbii  çiçək, 
tulyaremiya kimi xəstəliklərin törədicilərindən istifadə olunur. 
Taun – kəskin infeksion xəstəlikdir. İnkubasion dövrü 1-3 gündür. Xəstəlik kəskin 
başlayır:  ümumi  zəiflik,  titrətmə,  baş  ağrısı,  yüksək  hərarət,  huşun  alaqaranliğı 
qeyd  olunur.  Xəstəliyin  ağciyər  forması  daha  ağırdır.  Bu  zaman  ağır  ümumi 
əlamətlərə  döş  qəfəsində  ağrı,  bəlğəmli  öskürək  qoşulur.  Xəstə  tez  zamanda 
gücünü və huşunu itirir. Artan kəskin ürək-damar çatmamazliği nətucəsində ölüm 
baş verir. Xəstəlik 2 gündən 4 günədək davam edir. 
Vəba  ağir  gedişli,  tez  yayılan  kəskin  infeksion  xəstəlikdir.  Xəstəliyin  törədicisi 
vəba  vibrionları  xarici  mühit  amillərinə  qarşı  davamlıdır,  suda  bir  neçə  ay  qala 
bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1-3 gündür. Əsas 
əlamətləri – qusma, ishal, qıcolmalərdır. Qusuntu və nəcis düyü həlimini xatırladır. 
Orqanizm sürətlə mayesini və çəkisini itirir, temperatur 350-dən aşağı düşür. Ağır 
hallarda ölüm baş verir. 
Sibir  yarası  əsasən  kənd  təsərrüfatı  heyvanlarının  yoluxduğu  kəskin  infeksion 
xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu 
ilə  yoluxur  və  müvafiq  olaraq  xəstəliyin dəri, ağciyər  və bağırsaq  formaları ayırd 
edilir.  Sibir  yarasının  ağciyər  forması  ağciyərlərin  spesifik  iltihabı,  hərarətin 
yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olunur. Ürək fəaliyyəti zəifləyir 
və müalicə olunmadıqda 2-3 gündən sonra ölüm baş verir. Sibir yarasının bağırsaq 
formasında  bağısaqda  xoralar  əmələ  gəlir,  qarında  kəskin  ağrılar,  qanlı  qusma, 
ishal qeyd olunur. 3-4 gündən sonra ağır hallarda ölüm baş verir. Dəri formasında 
əsasən  dərinin  açıq  hissələri  (əl  ,  üz,  boyun,  ayaqlar)  zədələnir.  Mikrobların 
düşdüyü  yerdə  qaşınan  ləkələr  əmələ  gəlir.  Bu  ləkələr  12-  15  saatdan  sonra 
içərisində  bulanıq  və  ya  qanlı  möhtəviyyat  olan  suluqlara  çevrilir.  Bu  suluqlar 
partlayır  və  onların  yerində  dərin  qara  xoralar  əmələ  gəlir.  Bu  xoraların  diametri 
bəzən 6-9 sm-ə çatır. Xoralar çox ağrılı olur, ətrafında ödem əmələ gəlir. Əlverişli 
hallarda 5-6 gündən sonra sağalma baş verir, hərarət aşağı düşür. 
Botulizm  müasir  dövrdə  güclü  zəhər  sayılan  botulizm  toksini  tərəfindən  törədilir. 
Yoluxma  zədələnmiş  dəridən,  tənəffuüs  yollarından,  həzm  kanalından  və  selikli 
qişqlardan  baş  verir.  İnkubasiya  dövrü  2  saatdan  1  sutkayadək  olur.  Toksin 
mərkəzi  sinir  sistemini,  azan  siniri  və  ürəyin  sinir  aparatını  zədələyir.  Əvvəlcə 
ümumi  zəiflik,  başgicəllənməsi,  qarında  ağrılar,  mədə-bağırsaq  yolunda 
pozğunluqlar əmələ gəlir. Sonra əsas əzələ qruplarının: dil, yumşaq damaq, qırtlaq, 
üz  əzələlərinin  iflici  baş  verir.  Mədə-bağırsaq  əzələlərinin  iflici  nəticəsində 
meteorizm və davamlı qəbizlik yaranır. Tənəffüs üzvlərinin iflici nəticəsində ölüm 
baş verir. 


Tulyaremiya  töradicilari  suda,  torpaqda,  tozda  uzun  müddət  sag  qala  yoluxma 
tənəffüs  yolları,  həzm  sistemi,  selikli  qişalar  və  dəridənbaş  verir.  Hərarətin 
yüksəlməsi, baş ağrıları, əzələ ağrıları ilə başlayır. Xəstəliyin ağciyər, bağırsaq və 
tifoz forması ayırd edilir. 
Təbii çiçək viruslar tərəfindən törədilən, qızdırmavə özündən sonr çapıqlar qoyan 
səpkilərlə xarakterizə olunan xəstəlikdir. Hava və əşya ar vasitəsilə yoluxdurulur. 
Bakterioloji  silah  bakterial  vasitələrə  və  onları  tətbiq  etmək  üçün  istifadə  olunan 
döyüş sursatlarına, cihaz və tərtibatlara (raket, aviasiya bombaları və konteynerlər, 
artilleriya vasitələri) deyilir. Bakterioloji silahın əsas xüsusiyyətləri: 

 
Infeksion  xəstəlik  törədicilərinin  epidemiya  əmələ  gətirməsi,  qısa  müddətdə 
müəyyən ərazidə eyni xəstəliklə kütləvi xəstəlik əmələ gətirməsi. 

 
Çox az miqdarda törədicinin xəstəlik törətmə qabiliyyətinin olması 

 
Inkubasiya ( gizli) dövrünün olması. 

 
Xarici  mühitdə  mikroblar  və  onların  toksinlərinin  çətin  təyin  olunması. 
Müxtəlif mikroorqanizmlərin təyini yalnız laborator şəraitdə mümkündür. 

 
Seçıci  və  məqsədyönlü  təsir  etməsi.  Yalnız  bitkilərin  yoluxması  məqsədilə 
(fitoftoraz), heyvanların yoluxması məqsədilə (iribuynuzlu heyvanların taunu), 
yalnız  insanların  yoluxması  məqsədilə  (təbii  çiçək,  vəba)  istifadə  olunan 
bakteriyalar  mövcuddur. Düşmən öldürücü təsirə malik (taun, təbii çiçək, sibir 
yarası) və ya canlı qüvvəni müvəqqəti sıradan çıxarma (tulyaremiya) qüvvəsinə 
malik törədicilər istifsdə edə bilər. 

 
Güclü psixoloji təsiri insanlar arasında təşviş yaradır. 

 
Bakterioloji silahın nüvə və kimyəvi silahlara nisbətən ucuz başa gəlməsi. 

 
Bioloji  törədicilərin  çox  müxtəlif  olması  –  eyni  zamanda  bir  neçə  xəstəlik 
törədicisi istifadə oluna bilər. 

 
Təsirinin uzun müddət davam etrnəsi, məs. sibir yarası sporları xəstəlik törətmə 
təsirini bir neçə il saxlaya bilir. 

 
Xəstəlik  törədicilərinin  və  onların  toksinlərinin  hava  vasitəsıiə  hermetik 
olmayan yerlərə daxil olub insanları yoluxdurrnaq qabiliyyətinin olması. 

 
Xəstəlik  törədiciləri  insan  orqanizminə  müxtəlif  yollarla  düşə  bilər.  Ən  geniş 
yayılmış  üsul  hava  vasitəsilədir.  Su  və  qida  ilə,  açıq  yara  və  yanıq  yerlərinə 
mikrob  düşməsi,  yolxucu  həşəratlarln  dişləməsi  ilə,  kontakt  yolu  ilə,  bioloji 
vasitələrlə  yoluxdurulmuş  hərbi  sursatlar  vasitəsilə  yoıuxma  mümkündür. 
Qansoran  həşəratlar  xəstəliyi  xəstə  insan  və  heyvanlardan  sağlam  fərdlərə 
ötürür. Bu həşəratlər: bit, birə, 

 
ağcaqanadlar,  gənələr,  se-se  milçəkləri  və  s.  səpkili  yatalaq,  hemorragik 
qızdırma  kimi  xəstəliklərin  ötürücüsüdür.  Xəstə  heyvanlardan  insana  keçən 
xəstəliklərə  zoonozlar  deyilir  (brusellyoz,  sibir  yarası).  Xəstəliklərin  yayılma 
yollarından biri də qida yoludur. Yoluxmuş ət və ət məhsullarından sibir yarası, 
tulyaremiya,  salmonellyoz  və  parazit  xəstəlikləi,  tərəvəzlərdən  vəba, 
dizenteriya, qarın yatalağı və s. ötürülur. 



 
Epidemik təhlükəliliyinə görə bakteriya və viruslar yoluxdurucu olmayan, zəif 
yoluxdurucu  və  güclü  yoluxdurucu  olmaqla  3  qrupa  bölünür.  İstifadə  olunan 
mikroorqanizmlərin  hansı  qrupa  aid  olmasından  asılı  olaraq  zədələnmə 
ocağının  epidemioloji  xüsusiyyətləri  və  epidemiya  əleyhinə  tədbirlərin 
xarakteri  dəyişir.  Törədicisi  yüksək  yolxucu  olan  xəstəliklər  sürətlə  yayılaraq 
epidemiyalar  əmələ  gətirir. Epidemiya–  ümumi  infeksiya  mənbəyi,  ümumi 
yoluxma  yolu  olan  bir infeksion xəstəliyin  müəyyən  ərazidə  geniş  yayılmasına 
deyilir. Pandemiya– bir ölkə və qitənin sərhədlərini aşan, böyük insan kütləsini 
əhatə  edən  güclü  epidemiyadır.  Hər  hansı  bir  xəstəliyin  müəyyən ərazidə 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin