Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Mövzu  № 9. Bioloji  silahlar  və  onlardan  qorunma  üsulları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə151/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   147   148   149   150   151   152   153   154   ...   218
Mülki müdafiə (Mühazirələr)

Mövzu  № 9. Bioloji  silahlar  və  onlardan  qorunma  üsulları 
Plan: 
 
1.  Bioloji  silahların  əsas  xüsusiyyətləri 
2.  Bioloji  silahlardan  qorunma  üsulları 
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteria, virus və ya kif kimi 
mikroorqanizmlərdən  əldə  olunan  vasitələrə  və  onları  tətbiq  etmək  üçün  istifadə 
edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik 
törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir. 
Bioloji silahlar  insanların, heyvanların  və  bitkilərin  məhv edilməsi, eyni zamanda 
ərzaq  ehtiyatlarının  və  içməli  suyun  zəhərlənməsi  üçün  istifadə  edilir.  Bioloji 
vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik 
törədən,  profilaktikası  və  müalicəsi  çətin  olan  mikroblar  aid  edilir.  Onların 
insanlara,  heyvanlara  və  bitkilərə  zədələyici  təsiri  bir  sıra  fərdi  xüsusiyyətlərlə 
xarakterizə  edilir.  Xəstəlik  törədən  mikroblar  ən  kiçik  dozalarla  belə  yoluxucu 
xəstəlik  törədə  bilir  və  onların  toksinləri  müəyyən  müddət  xarici  mühitdə  və  ya 
yoluxmuş  həşərat,  gənə  və  gəmiricilərdə  qala  bilir.  Bioloji  vasitələrin  zədələyici 
xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır. 
Bioloji 
silahlarda, 
əsasən 
taunun

vəban
ın, 
Sibir 
yarasın
ın, 
tulyaremiyan
ın, 
brüselyozun,  melioidozanın  sarı  və  başqa  isitmə  növlərinin,  təbii  çiçəyin, 
psitmakozanın  (ornitlozanın),  səpmə  və  qarın  yatalağının,  qripin,  malyariyanın 
dizentiriyanın  və  b.  törədiciləri  olan  müvafiq  mikroorqanizmlərdən,  viruslardan, 
bakteriyalardan,  göbələklərdən  və  s.  istifadə  olunur.  Bioloji  silahlar  da,  eynilə 
kimyəvi  silahlar  kimi  hədəfə  müxtəlif  raket,  artilleriya,  fuqas,  mərmi,  mina, 
qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, 
rəqib  milli  valyutasını  və  s.  yoluxdurmaqla,  istehlak  bazarına  bu  maddələrlə 
yoluxdurulmuş  ərzaq  ixrac  etməklə,  ayrı-ayrı  təşkilatlarına  bu  maddələrlə 
yoluxdurulmuş  məktub  göndərməklə  və  s.  yolları  ilə  çatdırılır  ki,  sonrakı 
mərhələdə  artıq  o,  kimyəvi  silahdan  fərqli  olaraq  eskalasiya,  zəncirvari  reaksiya 
doğuraraq epidemiya şəklində yayılır. 
Bakterioloji silah
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin