Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə149/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   145   146   147   148   149   150   151   152   ...   218
Mülki müdafiə (Mühazirələr)

Qəza təhlükəli kimyəvi maddələr  
 
 (Güclü təsirli zəhərləyici maddələr) 
 
Sənayenin  müxtəlif  sahələrində  kimyəvi  maddələr  və  materiallar  istehsalının 
həcmi  gündən-günə  artır.  Belə  bir  şəraitdə  bizi  istehsalatda  və  məişətdə  100-dən 
çox qəza təhlükəli kimyəvi maddələr (QTKM) əhatə edir. 
Respublikamızın  təsərrüfatının  xeyli  obyektlərində  güclü  təsirli  maddələrdən 
ya  bilavasitə  istehsalat  məqsədləri  üçün,  və  yaxud  da  istehsalatla  əlaqədar  olan 
müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir. 


 Qəza  təhlükəli  kimyəvi  maddələrin  saxlandıqları  tutarlardan  və  qablardan 
kənara axması - həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə 
partlayışının  zərbə  dalğasından,  adi  basqın  vasitələrinin  birbaşa  təsirindən  və  ya 
təxribatlar yolu ilə QTKM avadanlığının dağıdılması nəticəsində baş verə bilər. 
 Beləliklə,  düşmənin  nüvə  və  ya  adi  silahla  havadan  zərbələri  nəticəsində 
yaranan  qəzalar  zamanı  kimyəvi  obyektlərdə  QTKM-ın  ətrafa  yayılması  (axması) 
mümkündür. Belə hallarda ikili zədələnmə ocaqları yaranır. 
 Kimyəvi təhlükəli obyektlərə aşağıdakı obyektlər aid edilir: 

 
kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan    digər 
sənaye sahələrinin müəssisələri; 
-  suyu  təmizləmək  (dezinfeksiya  etmək)  üçün  xlordan  istifadə  edilən  su 
kəməri və su təmizləmə qurğuları; 
-  soyuducu  agent  (maddə)  kimi  ammonyakdan  istifadə  olunan  soyuducu 
qurğulara  malik  müəssisələr  və  ilk  növbədə  yeyinti,  meyvə-tərəvəz,  ət-yağ 
sənayesi,  balıq  sənayesi  sahələrinin,  ərzaq  ehtiyatlarını  saxlayan  idarələrin 
soyuducu qurğuları və bazaları; 
-  QTKM  daşınan  nəqliyyat  vasitələrinin  dayanması  üçün  xüsusi  yolları  olan 
dəmiryol stansiyaları; 
-  taxıl  və taxıl  məmulatı anbarlarının dezinfeksiya  və deratizasiya (həşərat  və 
gəmiricilərlə  mübarizə)  edilməsi  üçün  zəhərli  maddələr  ehtiyatı  saxlanılan 
xüsusi anbar və bazalar; 
-  kənd  təsərrüfatında  işlədilən  kimyəvi  təsirli  maddələr  ehtiyatı  saxlanılan 
anbarlar və bazalar. 
Ən çox  işlədilən bəzi  güclü təsirli-qəza  təhlükəli kimyəvi maddələri  nəzərdən 
keçirək. 
Ammonyak  boğucu,  kəskin  naşatır  iyli,  rəngsiz  qazdır,  dadı  çox  acıdır, 
havadan yüngüldür. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı 
təsir göstərir. Onun yüksək konsentrasiyaları gözlərdə ağrıya və güclü yaş axmaya, 
təngnəfəsliyə,  kəskin  öskürməyə,  başgicəllənməsinə,  mədə  ağrılarına,  qusmaya 
səbəb olur. Susuz, saf maye ammonyak dəridə ağır yanıqlar törədir, çünki o, nəinki 
qələvi kimi, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi 
təsir  göstərir.  Ammonyakı  zərərsizləşdirmək  üçün  1/20  nisbətində  sudan  istifadə 
edilir. 
Xlor  kəskin  boğucu  iyli,  göyümtül-sarı  qazdır.  Havadan  2,5  dəfə  ağırdır.  Su 
təchizatı  və  kanalizasiya  sistemlərinin  təmizləyici  qurğularında,  içməli  və  tullantı 
suların  təmizlənməsi  və  zərərsizləşdirilməsi  üçün  çoxlu  xlor  işlədilir.  Xlor  yuxarı 
tənəffüs  yollarına  kəskin  qıcıqlandırıcı  təsir  göstərir,  yüksək  konsentrasiyalarda 
təsir  zamanı  dərhal  ağciyər  ödemi  (şiş)  inkişaf  edir.  Xloru  neytrallaşdırmaq  üçün 
1/120  nisbətində  sudan  istifadə  olunur.  Xlorpikrin  kənd  təsərrüfatı  zərərvericiləri 
ilə mübarizə və dezinfeksiya məqsədləri üçün, taxıl, un və digər ərzaq anbarlarının 
təmizlənməsi,  habelə  əleyhqazların  sazlığının  yoxlanılması  üçün  işlədilir.  Saf 


xlorpikrin kəskin  iyli,  rəngsiz,  yağlı  mayedir. Xlorpikrin  buxarları  gözlərin selikli 
qişalarını,  ağciyərləri  güclü  surətdə,  yuxarı  nəfəs  yollarını  azacıq  qıcıqlandırır. 
Ümumi zəhərləyici təsirə də (xüsusən, kapillyar damarlara) malikdir. 
Sianid  turşusu  rəngsiz,  şəffaf  mayedir.  Acı  badam  iyinə  bənzər  bihuşedici  iyi 
var. Sianid turşusunun buxarları ilə nəfəs alarkən, o, dəri səthindən sorulmaqla və 
qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur. 
Fosgen çürük ot iyi verən rəngsiz qazdır. Fosgen torpağı, texnikanı, avadanlığı 
zəhərləyə  bilmir.  Fosgen  buxarları  ilə  nəfəs  alarkən  ağciyərlərin  spesifik 
zəhərlənməsi  baş  verir.  Bundan  başqa  o,  gözlərə  və  selikli  qişalara  zəif 
qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir. 
Kimyəvi  silah  tətbiq  olunan  və  ZM  dağılan  ərazilərdə  kimyəvi  zəhərlənmə 
ocağı  yaranır.  Kimyəvi  zəhərlənmə  ocağı  o  əraziyə  deyilir  ki,  orada  ZM-in təsiri 
nəticəsində  əhalinin,  heyvanların  və  bitkilərin  zədələnməsi  baş  verir.  Kimyəvi 
zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici  maddələrin  işlədilməsi  miqyasından, 
onların  növündən,  tətbiq  edilmə  üsulundan,  meteoroloji  şəraitdən  və  yerin 
relyefindən  asılı  olur.  Kimyəvi  zəhərlənmə  ocağı  iki  zonaya  -  ZM  ilə  bilavasitə 
zəhərlənən  əsas  zonaya  və  ZM–in  buxar  və  ya  aerozolları  yayılan  ikinci  zonaya 
ayrılır. 
QTKM-dən  mühafizə  olunmaq  üçün  sənaye  əleyhqazlarından  və  xüsusi 
respiratorlardan istifadə olunur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin