Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


İnfeksion  xəstəlikdən  qorunmağın  əsas  yollarından  biri  şəxsi  gigiyena



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə157/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   153   154   155   156   157   158   159   160   ...   218
Mülki müdafiə (Mühazirələr)

İnfeksion  xəstəlikdən  qorunmağın  əsas  yollarından  biri  şəxsi  gigiyena 
qaydalarına riayət etməkdən ibarətdir: 

 
əllərin işdən sonra, yeməkdən əvvəl sabunla yuyulması 

 
bədənin  hamamda  duş  altında  yuyulması,  alt  paltarları  və  yataq  ağlarının 
vaxtaşırı dəyişilməsi 

 
üst paltarlarmın sistematik çırpılıb təmizlənməsi 

 
yaşayış və iş yerlərinin təmizlənməsi 

 
yalnız  yoxlanılmış  ərzaqlardan  istifadə  olunması,  su  və  südün  qaynadılması, 
meyvə  və tərəvəzlərin  qaynadılmış su  ilə yuyulması, ət və balıq  məhsullarının 
yaxşı qaynadılıb bişirilməsi, çörəyin odda qurudulması. 
İnfeksion ocağın ləğv edilməsində əhalinin aktiv və şüurlu hərəkət etməsinin rolu 
böyükdür.  Hər  bir  şəxs  işdə,  evdə,  küçədə  qoyulmuş  qayda  və  rejimə  riayət 
etməlidir.  Qida  hazırlanarkən  və  qəbul  edilərkən  qablar  dezinfeksiyaedici 
vasitələrlə yuyulmalı və ya qaynadılmalıdır. Yalnız bağlı qablarda, soyuducularda 
olan ərzaqlardan  istifadə  olunmalıdır. Otaqdan çıxarkən  tənəffüsü, dərini qoruyan 
fərdi  müdafiə  vasitələrini  taxmalı,  içəri  girərkən  isə  ayaqqabilar  bayırda  çıxarılıb 
dezinfeksiyaedici  vasitələrlə  təmizlənməlidir.  Xəstəliyin  ilk  əlamətlərini  müəyyən 
edən  zaman  dərhal  həkim  çağırmaq,  xəstəni  təcrid  etmək  lazımdır.  Xəstə  evdə 
müalicə  olunarsa  ayrı  otaqda  yerləşdirmək  və  ya  buna  imkan  yoxdursa  xəstənin 
çarpayısını ayırmaq lazımdır. Xəstənin qablarını ayırmaq, otaqda cari dezinfeksiya 
aparmaq,  sodalı,  sabunlu  su  və  ya  başqa  yuyucu  vasitələrlə  əşyaları  yumaq,  bəzi 
əşyaları  qaynatmaq  və  bu  xəstəyə  qulluq  mümkün  olarsa  bir  adam  tərəfindən 
aparılmalı  təhlükəsizlik  qaydalarına,  şəxsi  gigiyena  qaydalarına  cıddı  etmək 
lazımdır.  Xəstə  sağaldıqdan  və  ya  xəstəxanaya  yerləşdirdikden  sonra  son 
dezinfeksiya işləri aparılır. Xəstənin otağı,  ağları, əşyaları dezinfeksiya olunur. 


İnfeksion  xəstəliklər  ocağında  sakinlər  öz  mənzil  və  ev  əşyalarını  ezinfeksiya 
etməlidirlər. Bunun üçün müxtəlif maddələrdən (xlorlu əhəng, xloramin, qələvilər, 
formalin,  lizol)  istifadə  olunur.  Divarlar,  tavan,  döşəmə,  mebel  və  ağac  əşyalar 
dezinfeksiyaedici  maddələrlə  isladılmış  əskilərlə  silinir.  Yumşaq  mebel  əvvəlcə 
tozsoranla  təmizlənir,sonra  isə  3%-  li  xloramin  məhlulunda  isladılmış  əski  ilə 
silinir. Pambıq paltarlar 2% – li soda məhlulunda 2 saat ərzində qaynadılır, qaynar 
ütü  ilə  ütülənir.  Qaynatmaq  mümkün  olmayan  əşyalar,  ayaqqabılar,  xalça,  yastıq 
və  s.  dezinfeksiya  stansiyalarında  təmizlənir.  Yaşayış  mənzilləri,  fərdi  mühafizə 
vasitələri  də  dezinfeksiya  olunur.  İşlənmiş  əskilər,  materiallar  xüsusi  yerlərdə 
toplanılır  və  yandırilir.  Mənzilləri  dezinfeksiyaetmək  üçün  5%  –  li  xlorlu  əhəng 
məhlulundan  istifadə  olunur.  Dezinfeksiya  işləri  aparan  şəxslər  işdən  sonra  tam 
sanitar  təmizləməsindən  keçirlər.  Stasionar  yuma  məntəqələrində,  hamam  və  ya 
xüsusi  yaradılmış  yuma  meydançalarında  tam  sanitar  təmizləməsi  aparılır.  Bu 
meydançalarda  3  otaq:  soyunma,  yuyunma  və  geyinmə  otaqları  ayrılır.  Bundan 
başqa yoluxmuş əşyaları zərərsizləşdirmək üçün şöbə vardır. Soyunma otaqlarında 
üst  paltarlar,  baş  örtüyü,  dərini  qoruyan  vasitələr  çıxarılır.  Bu  paltarlar  xidməti 
işçilər tərəfindən zərərsizləşdirmək üçün xüsusi şöbəyə aparılır. Yuyunma otağına 
girişdə əleyhqaz çıxarılır, selikli qişalar 2% – li soda məhlulu ilə silinir, hər adama 
sabun  və  lif  verilir.  Yuyunma  otaqlarında  sabun  və  isti  su  ilə  əvvəcə  əllər 
sabunlanır,  üz, baş yuyulur, sonra  isə bütün bədən  yuyulur. Duş altında  yuyunma 
10  –  15  dəq.  davam  edir.  Geyinmə  otaqlarında  tam  sanitar  təmizləməsi  keçənlər 
tibbi baxışdan keçib ya təmizlənmiş öz paltarlarını ya da ehtiyat fonddan paltarlar 
geyinirlər. 
Bakterial  zədələnmə  ocağında  əhalinin  təcili  profilaktik  müalicəsi  aparılır.  Bu 
müalicəni  obyektə  təhkim  olunmuş  tibb  işçiləri,  sahə  tibb  işçiləri,  həmçinintibb 
birləşməsinin şəxsi heyəti aparır. Hər bir sanitar drujinasına müəyyən sahə ayrılır. 
Sutkada  2-3  dəfo  sanitar  drujinaçıları  ərazini  gəzir,  əhaliyə  müalicəvi  preparatlar 
paylayır. Profilaktika məqsədilə geniş spektrli antibiotiklər verilir. Aİ 2 aptekçədə 
olan  Idərmanlardan  insanlar  sərbəst  istifadə  edirlər.Törədici  məlum  olduqda  bu 
xəstəlik  üşün  spesifik  olan  antibiotik,  zərdab  və  s.  ilə  təcili  profilaktika  aparılır. 
Epidemik  prosesin  gedişinə  sosial  faktorlarm  təsiri  böyükdür.  Əhalinin  yaşayış 
şəraiti,əhalinin  sıxlığı,  sanitar  mədəniyyəti,  miqrasiya  prosesləri,profilaktik 
tədbirlərin vaxtında aparılması böyuk rol oynayır. İnfeksion xəstəliklərə qarşı tibbi 
tədbirlər  profilaktik  və  epidemiya  əleyhinə  olmaqla  2  yerə  bölünür.  Profilaktik 
tədbirlərin  məqsədi  infeksion  xəstəliyin  əmələ  gəlməsinin  qarşısını  almaqdır  və 
infeksion  xəstəliyin  olub  —  olmamasından  asılı  olmayaraq  aparılır.  Epidemiya 
əleyhinə  tədbirlər  epidmik  ocaqda  infeksiyanın  ləğvinə  yönələn  tədbirlər 
kompleksidir. Bu tədbirlər əsas 3 istiqamətdə aparılır: 

 
İnfeksiya mənbəyinə qarşı 

 
İnfeksiyanın ötürülmə yollarına qarşı 

 
İnfeksion xəstəliyə dözümlülüyün artırılması 
Bu tədbirləri həyata keçirmək üçün aşağıdakı işlər görülur: 



 
ilk infeksion xəstəni vaxtında təyin etmək 

 
xəstəni təcrid etmək, onunla kontaktda olanları təyin etmək 

 
xəstəlik haqqında təcili xəbərdarlıq 

 
təcridetmə və rejimli ( karantin) tədbirlərinin görülməsi 

 
xəstə ilə kontaktda olanla nəzarət, onların təcridi 

 
təcili və spesifik profilaktika 

 
dezinfeksiya, dezinseksiya və deratizasiya 

 
su, ərzaq məhsullarından nümunələr götürüb analiz olunması 
Bakterioloji zədələnmə ocağında infeksion xəstəliyin yayılmasının qarşısını almaq 
üçün xüsusi rejim – karantin rejimi qoyulur. 
Karantin  –  bakterial  zədələnmə  ocağını  tam  təcrid  etmək,  infeksion  xəstəliyin 
yayılmasının  qarşısını  almaq  və  yoluxmanı  aradan  qaldırmaq  məqsədilə  yerinə 
yetirilən  epidemiya  əleyhinə  rejimli  profilaktika  tədbirlər  sistemidir.  Karantinin 
məqsədi  zədələnmə  ocağını  tam  təcrid  etmık  və  xəstəliyi  aradan  qaldırmaqdır. 
Rejimli  tadbirlərə  aiddir:  zədələnmə  ocağını  təcrid  etmək,  əhalini  kiçik  qruplara 
bölmək,  ocaqda  komendant  xidməti  yaratmaq,  əraziyə  giriş  və  çıxışı  qadağan 
etmək,  ev  əşyalarının  və  heyvanlarının  ərazidən  çıxarılmasına  qadağan  qoymaq, 
ocağın içərisində hərəkəti məhdudlaşdırmaq. 
Epidemiya əleyhinə tədbirlər 
Epidemiya əleyhinə tədbirlərə aiddir: təcili  profilaktika,  xəstələrin  və şübhəlilərin 
müəyyən olunması, təcrid olunması, qospitala  göndərilməsi  və  müalicə  olunması, 
əhalinin  sanitar  təmizlənməsi,  Ərazinin,  nəqliyyatın,  əşyaların,  mənzillərin 
dezinfeksiyası. 
Karantin  qoyulan  ərazidə  bütün  müəssisələrdə  işlər  dayandırılır,  tədris 
müəssisələrində  dərslər  dayandırlır,  bazarlar  və  əhalinin  kütləvi  yığıldığı  yerlər 
bağlanılır.  Fəhlə  və  qulluqçular  profilaktik  sanitariya  təmizlənməsindən  keçirilir. 
Karantin  zonasına  giriş  mülki  müdafiə  qərargahı  rəisi  tərəfindən  yalnız  xüsusi 
birləşmələrə  verilir.  İşini  davam  etdirın  xalq  təsərrüfatı  obyektləri  xüsusi  rejimə 
keçirilir,  işçılər  kiçık  qruplara  bölünür,  onlar  arasında  kontakt  azaldılır. 
Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə evlərindən çıxmamaq 
tövsiyə olunur, ərzaq , su lazım gəldikdə xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır. 
Karantin  müddəti  son  xəstənın  təcridindən  sonra  xəstəliyin  inkubasiya  dövrü 
müddətinə  uyğun  vaxt  keşdikdən,  şəxsi  heyətin  tam  sanitariya  təmizlənməsi  və 
yoluxmuş  obyektlərin  dezinfeksiyası  başa  çatdıqdan  sonra  təyin  olunur.  Tibb 
xidmətinin  şəxsi  heyəti  xüsusi  təhlükəli  xəstəliklə  yoluxmuş  xəstələrə  xidmət 
zamanı taun əleyhi qoruyucu kostyumlarda işləyirlər. 
Xəstəlik xüsisi təhlükəli xəstəliklərə aid olmadıqda və kütləvi xəstələnmə təhlükəsi 
olmadıqda observasiya rejimi təyin olunur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin