Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Mövzu  №  11. Fərdi mühafizə  vasitələri  və  onlardan  istifadə  qaydaları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə167/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   163   164   165   166   167   168   169   170   ...   218
Mülki müdafiə (Mühazirələr)

Mövzu  №  11. Fərdi mühafizə  vasitələri  və  onlardan  istifadə  qaydaları 
Plan: 
1.  Əhalinin  mühafizəsinin  təmin  olunması  ilə  bağlı  mülki  müdafiə  
tədbirlərinin  görülməsi 
2.  Fərdi  mühafizə  vasitələrinin  təsnifatı 
3.  Əleyhqazların  tətbiqi, quruluşu  və  onlardan  istifadə  qaydaları 
4.  Respiratorlar  və  onlardan  istifadə  qaydaları 
5.  Dəri  səthinin  mühafizə  vasitələri 
6.  Mühafizə  dəstlərinin  tətbiq  sahələri, quruluşu  və  istifadə  qaydaları 
7.  Kimya  əleyhinə  fərdi  paket  və  onlardan  istifadə  qaydaları 
 
 
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında 
daldalandırılması,  təhlükəli  sahələrdən  köçürülməsi  ilə  yanaşı,  fərdi  mühafizə  və 
tibbi  mühafizə  vasitələrindən  əhalinin  vaxtında  və  düzgün  istifadə  etməsi  də  çox 
vacib  əhəmiyyətə  malikdir.  Bu  mühafizə  vasitələrindən  istifadə  edilməsi  lüzumu 
onunla  izah  edilir  ki,  nüvə,  kimyəvi  və  ya  bakterioloji  silah  işlədilərkən  əhali, 
mülki  müdafiə  dəstələrinin  şəxsi  heyəti  müəyyən  müddət  radioaktiv  maddələr 
(RM),  zəhərləyici  maddələr  (ZM),  yaxud  bakterial  vasitələrlə  (BV)  zəhərlənmiş 
sahələrdə  və  ya  atmosferdə  qalmalı,  ya  da  burada  xilasetmə  işləri  aparmalı 
olacaqlar. 
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir: 
a)  tənəffüs üzvlərinin mühafizə vasitələri; 
b)  dəri səthini mühafizə vasitələri; 
c)  tibbi mühafizə vasitələri. 
Tənəffüs  üzvlərini  mühafizə  vasitələrinə  əleyhqazlar,  respiratorlar  və  əhalinin 
özü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir. 


 Əleyhqazlar.  Müasir  əlehqazlar  adamın  tənəffüs  üzvlərini  və  gözlərini  havadakı 
zəhərləyici  maddələrin  (buxar,  duman,  qaz,  tüstü,  ZM  damcılarının),  radioaktiv 
maddələrin  təsirindən,  aerozol  halındakı  yoluxdurucu  patogen  mikroorqanizm  və 
toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoryuycu xassələrə və 
istismar göstəricilərinə malikdir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin