Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən, mütəxəssislərindən
yaradılırki, buda obyekt rəhbərinin əmri ilə həyata keçirilir.
Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən, habelə
işçilərin sayından asılıdır.
Obyektin MM qərargahının rəisinin vəzifəsi: 1. Yaranmış vəziyyət haqqında məlumatlar toplamaq, onları analiz edib
öyrənmək, obyektin rəhbərinə və yuxarı qərargahlara çatdırmaq.
2. MM tədbirlərini təşkil edib həyata keçirmək, üçün zəruri hesablamalar və
təklifləri hazırlamaq.
3. Qarşıda duran tədbirləri həyata keçirmək üçün, MM qüvvələrini zəruri
vasitələrlə təmin etmək və qərargahın vəzifələrini tabeliyində olan şəxsi
heyətə çatdırmaq.