Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə208/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   204   205   206   207   208   209   210   211   ...   218
Mülki müdafiə (Mühazirələr)

Suda boğulma zamanı:  
1.  dərhal ―təcili yardım‖ çağırmaq; 
2.  tibbi  yardım  göstərməzdən  əvvəl  zərərçəkənin  əynindəki  sıxıcı  paltarları  (qalstuk, 
kəmər və s.) çıxarmaq lazımdır; 
3.  cəld  hərəkətlə  zərərçəkənin  ağız  boşluğunu  barmağınızla  və  ya  dəsmalla  dəniz 
yosunlarından və digər yad cisimlərdən təmizləyin; 
4.  sonra  sağ  dizinizi  yerə  qoyaraq,  zərərçəkəni  üzüaşağı  və  qarnı  budunuza 
söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun; 
5.  əlinizlə  onun  kürəkləri  arasındakı  sahəyə  güclü  şəkildə  təzyiq  etməklə  tənəffüs 
yollarından suyu xaric edin; 
6.  zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün 
başını  yana  çevirin,  nəfəs  alıb-almamasını,  ürəyinin  döyünüb-döyünməməsini 
yoxlayın; 
7.  əgər  zərərçəkən  nəfəs  almırsa,  ona  süni  tənəffüs  vermək  lazımdır.  Əgər 
zərərçəkənin  ürəyi  dayanıbsa,  süni  tənəffüs  hərəkətləri  ilə  yanaşı  ürəyin  qapalı 
masajını  da  icra  edin.  Bu  reanimasiya  tədbirlərini  həkim  gələnədək  davam 
etdirmək  lazımdır.  Zərərçəkəni  tibb  müəssisəsinə  çatdırmaq  imkanı  olarsa,  bunu 
dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır. 
 
Əgər  zərərçəkən  huşunu  itirməmişdirsə,  tənəffüs  yollarından  suyu  xaric  etdikdən 
sonra  onun  əynindəki  yaş  paltarları  çıxarmaq,  bədənini  spirt  və  ya  quru  dəsmalla 
ovxalamaq,  içməyə  isti  maye  vermək,  onu  isti  bir  şeyə  bürümək,  ayaqlarını  bir 
qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır. 


 
Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım  
Dağıntılar  zamanı  meydana  çıxan  travmalardan  biri  uzunmüddətli  sıxılma 
sindromu-Kraş  sindromudur.  Kraş  sindromu  -uzun  müddət  böyük  mexaniki 
qüvvənin  təzyiqi  altında  bədənin  yumşaq  toxumalarının  zədələnməsi  nəticəsində 
inkişaf  edir.  Sindromun  meydana  çıxmasına  səbəb  muxtəlif  travmalar  ola  bilər. 
Daha  çox  zəlzələlər,  muasir  silahların  istifadəsi  zamanı  baş  verən  dağıntılarda, 
inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. 
Ağır  mexaniki  qüvvə  tərəfindən  sıxılan  yumşaq  toxumada  əzilmə,  dağılma  baş 
verir.  Meydana  çıxan  ağrı  zərərçəkmişin  sinir,  ürək-damar,  tənəffüs  sistemində 
ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Kraş 
sindromu zamanı ilk yardım kompleksşəkildə aparılır: 
1.  Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi; 
2.  Elastik 
kompressiya, 
zədələnmiş 
nahiyyənin 
soyudulması, 
ətrafların 
immobilizasiyası; 
3.  Travmatik şok əleyhinə tədbirlər; 
4.  Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması. 
 
Xəstəliyin ilk 2-3 günü ərzində ağrı ilə əlaqədar travmatik şok əlamətləri olur: ağrı, 
arterial  təzyiq  aşağı  düşür,  tənəffüs,  nəbz  tezləşir,  xəstədə  oynaqlıq  olur.  3-5-ci 
günlərində nisbi yaxşılaşma qeyd edilir. 4-7 gündən sonra sinir sistemi, böyrəklər 
zədələnir.  Sonuncu  dövrdə  isə  xəstənin  zədələnmiş  ətrafında  güclü  ağrılar, 
qanqrena, böyrək çatışmazlığı baş verir. 
Oynaq çıxıqları zamanı ilk tibbi yardım
[
  
Oynaq  çıxıqları  zamanı  oynaqda  olan  sümüklərdən  birinin  oynaq  kapsulasını 
yırtaraq  oynaq  boşluğu  daxilindən  xaricə  çıxması  hallarında  baş  verir.  Oynaq 
çıxıqlarının  ümumi  əlamətlərinə  oynağın  normal  formasının  dəyişməsi,  çıxan 
sümüyün  digər  yeni  sahədə  yerləşməsi,  ətrafın  ölçüsünün  qısalması  və  ya 
uzanması,  oynaq  nahiyəsində  olan  kəskin  ağrı  kimi  əlamətlər  daxildir.  Əgər 
travmaya  məruz  qalan  uşaqdırsa,  aşağıdakı  əlamətlər  oynaq  çıxığından 
şübhələnməyə  əsas  verə  birər:  uşaq  zədələnən  ətrafını  hərəkət etdirə  bilmir  və  ya 
onu çətinliklə hərəkət etdirir, o narahat olur, ağlayır, böyüklərə travma aldığı qola 
və  ya  ayağa  toxunmağa  imkan  vermir,  toxunduqda  isə  daha  bərkdən  ağlamağa 
başlayır.  Heç  bir  halda  nə  böyük  şəxsdə,  nə  də  uşaqda  oynaq  çıxığını  sərbəst 
şəkildə yerinə salmağa, və ya bu  məqsədlə xalq təbiblərinə  müraciət etməyə cəhd 
etməyin.  Travmadan  sonra  ilk  1-2  saat  ərzində  zərərçəkəni  mütləq  xəstəxanaya 
çatdırmaq  lazımdır  ki,  cərrah  çıxmış  ətrafı yerinə  salsın.  Yuxarı ətrafın  hər  hansı 
oynağı yerindən çıxdıqda, zədələnmiş ətrafı boyuna bağlanmış ləçəkdən sallamaq, 
zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoymaq, daha sonra isə xəstəni 
təcili şəkildə travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır. Aşağı 
ətrafdakı  oynaq  çıxığı  zamanı  zədə  alan  şəxsi  uzatmaq,  xəstə  ayağa  tam  rahatlıq 
vermək  üçün  onun  altına  yastıq  və  ya  mütəkkə  forması  verilən  dəsmal  qoymaq 
lazımdır. Zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoyun. 
 



 
Tibbi  mühafizə  vasitələri –  insana  fövqəladə halların zədədiyici amillərinin 
təsirini  zəiflədən  və  ya  qarşısını  alan  tibbi  preparatlar  və  ya  maddələrdir. 
Onlar  FH zamanı  ilkin öz-özünə  və qarşılıqlı  tibbi  yardım  məqsədilə  tətbiq 
edilir. 
Fərdi tibbi mühafizə tabel vasitələri aşağıdakılardır: 

 
fərdi apteçka Aİ-2, Aİ-4; 

 
mühafizə  qurğuları  üçün  kollektiv  apteçka—100-150  nəfərlik  və  400-600 
nəfərlik; 

 
İPP—11 tipli fərdi kimyəvi paket; 

 
İPP-1, PPİ AB-3 tipli fərdi sarğı paketi; 

 
P-10 profilaktik antidot; 

 
Sanitar xərəkləri; 

 
xüsusi qablaşdırılmış sanitar çantası; 

 
«Kvars» tipli taunəleyhinə kostyum. 

 
FH baş verən ocaqda aparılan tibb tədbirlərinə aiddir: 

 
tibbi kəşfiyyat; 

 
zərərçəkmişlərin axtarışı və xilas edilməsi, tibbi kateqoriyalara ayrılması; 

 
zədələnmişlərə və xəstələrə ilkin tibbi və həkim yardımının göstərilməsi; 

 
tibb müəssisələrinə köçürülmə və müalicə. 
Bilavasitə  ocaqda  zədələnmişlərə  ilkin  tibbi  və  həkim  yardımı  edilir,  ocaqdan 
kənarda  yerləşən  tibb  müəssisələrində  isə  ixtisaslaşdırılmış  və  təkmilləşdirilmiş 
tibbi  yardım  edilir.  İlkin  tibbi  yardım  zədələnmə  ocağında  xilasetmə  dəstələri 
tərəfindən öz-özünə və qarşılıqlı edilir. 
FH  zonasında  əhalinin  kütləvi  zədələnməsi  zamanı  tibbi  xidmət  dəstələrində 
aşağıdakılar təşkil olunur: 

 
daxil  olan  zədələnmişlərin  qəbulu  və  tibbi  çeşidlənməsi,  əvvəlcədən  tibbi 
yardım  edilməmişlərə  ilkin  həkim  yardımının  edilməsi  və  təxirəsalınmaz 
ixtisaslandırılmış tibbi yardımın edilməsi; 

 
zədələnmişlərin  müvəqqəti  qospitalizasiyası  və  infeksion  xəstələrin  və 
psixikası pozulmuş xəstələrin izolyasiyası 

 
zədələnmişlərin  tam  sağalana  qədər  stasionar  tipli  müalicə  müəssisələrinə 
təxliyə edilməsi. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin