Müharibə dövrünün fövqəladə һalları. Hərbi xarakterli fövqəladə hadisələr - döyüşlərin aparılması ilə əlaqədar və ya
onların nəticəsində əmələ gəlmiş fövqəladə hadisələrdi.
Döyüşlərin aparılması ilə əlaqədar olan fövqəladə hadisələr bölünürlər:
- Adi qırğın vasitələrdən istifadə etməklə;
- Kütləvi qırğın vasitələrindən istifadə etməklə.
Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər: Geofiziki fövqəladə hadisələr: Zəlzələ- yerin dərinliklərində, tərkində dağ suxurların yerdəyişməsindən, kəskin
surətdə dağılmasından, yer qabığının müəyyən səthinin titrəməsi nəticəsində yerin
altında və üstündə çatların əmələ gəlməsindən ibarətdir. Bu zaman yaranan
təkanlar və titrəyişlər binalara öz təsirini göstərir. Zəlzələ ocağı həndəvərində
yeraltı təkanın gücü ən çox olan sahəyə zəlzələ mərkəzi deyilir.
Zəlzələ 12 ballıq Rixter cədvəli (şkalası) ilə ölçülür.