Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə42/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   38   39   40   41   42   43   44   45   ...   218
Mülki müdafiə (Mühazirələr)

Zəlzələlərin təsnifatı  
Zəlzələ  ocaqları  müxtəlif  dərinliklərdə  yerləşir.Onların  əksəriyyəti  yer  qabığında 
20-30  km dərinlikdədir. Bunula belə dərinliyi 700 km-ə çatan ocaqların da varlığı 
inkar edilmir. Belə ocaqlarla  əlaqədar zəlzələlər dərin  fokuslu adlanır. Zəlzələnin 
intensivliyi  yer  səthində titrəyişin  dərəcəsini  göstərir  və balla ölçülür. Ölkəmizdə 
12 bala bölünmüş  seysmik cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə 
zəif zəlzələlərin  intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 
7  bal,  dağıdıcı    zəlzələlərinki  8  bal,  viranedici  zəlzələlərinki  9-10  bal,  katastrofik 
zəlzələlərinki 11-12 bal  sayılır.   
Daha dəqiq desək:  
- 1 bal-    hiss olunmayan;  
- 2 bal-    çox zəif;  
- 3 bal-    zəif;  
- 4 bal-    orta mülayim; - 5 bal-    nisbətən güclü;  
- 7-bal-    çox güclü;  
- 8 bal-    dağıdıcı;  
- 9 bal-    viranedici;  
- 10 bal-  məhvedici;  
- 11 bal-  katastrofik;  
- 12 bal-  dəhşətli katastrofik zəlzələ sayılır.  
1 bal gücündə zəlzələni insanlar hiss etmir, ancaq seysmik cihazlar qeyd edir. 2 bal  
gücündə  zəlzələni  adi    şəraitdə  bəzi  adamlar  hiss  edir.  3  bal  zəlzələni  hərəkətdə 
olan   adamlar hiss etmir. Əhalinin ancaq sakit şəraitdə olan qismi hiss edir. 4 balı 
zəlzələdə  qab-qacaq, pancərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar 


tərpənir, mebel   hərəkətə gəlir, pəncərə şüşələri, divarların malası çatlayır, yatanlar 
oyanır. 6  balda  titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkillər və malalar 
qopur  yerə  düşür,binalar  zədələnir.  7  balda  daş  binaların  divarları  çartlayır, 
antiseysmik  və  taxta  binalar    zədələnmir.  8  balda  dağların  iti  yamacları çartlayır, 
heykəllər aşır, binalar möhkəm  zədələnir. 9 balda daş binalar bərk zədələnir və ya 
uçub  dağılır.  10  balda  torpaqda  iri    çatlar,  yarıqlar    əmələ  gəlir,  sürüşmə  və 
uçqunlar baş verir, daş binalar dağılır, dəmir  yollarda relslər  əyilir. 11 balda yer 
üzərində enli yarıqlar açılır, çoxlu sürüşmə, uçqun  hadisələri baş verir, daş binalar 
tam  dağılır.  12  balda  torpaq  son  dərəcə  parçalanır,  çoxlu    çatlar,  sürüşmələr, 
uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir,  
göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır.  
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin