Sosial idarəetmənin metodları ayrıca işçiyə, qrupa və bütöv kollektivə məqsədyönlü təsir metodlarının kompleksidir. Aydın məsələdir ki, idarəetmənin qeyd edilən səviyyələrindən hər birinin öz spesifık problemləri mövcuddur. Ona görə də tətbiq olunan metodlar bir-birindən fərqlənir. Bu metodların bəziləri bütün səviyyələri əhatə edir, bəzilərinin tətbiqi isə onların ancaq biri ilə məhdudlaşır. Məsələn, ayrıca bir işçiyə münasibətdə fərdin davranışına təsir göstərə bilən aşağıdakı metodları tətbiq etmək olar:
birbaşa təsir (işçiyə müəyyən iş icra etmək üçün əmr, sərəncam, tapşırıq vermək olar);
motivlər, mənafelər və tələbatlar vasitəsilə təsi (stimullaşdırma);
dəyərlər sistemi vasitəsilə təsir (tərbiyə, təhsil və s.);
ç) sosial mühit vasitəsilə təsir (əmək şəraitinin yeniləşməsi, inzibati və qeyri-formal təşkilatda statusun dəyişilməsi və s.).
Müəssisə kollektivinə daxil olan qrupa münasibətdə sosial idarəetmə metodları belə bölüşdürülə bilər:
a) qrupun tərkibinin məqsədyönlü formalaşdırılması (məsələn, qrupun peşə-ixtisas əlamətlərinə görə formalaşması, iş yerlərinin sayına və xüsusiyyətlərinə görə mobil qrupların yaradılması və s.); b) qrupun sıx vəhdətinin təmin edilməsi (sağlam rəqabətin təşkili, rəhbərlik üslubunun təkmilləşdirilməsi, sosial-psixoloji amillərdən istifadə olunması və s. vasitəsilə bunu həyata keçirmək mümkündür). Bütövlükdə kollektiv, təşkilat səviyyəsində aşağıdakı metodlardan istifadə oluna bilər:
formal və qeyri-formal strukturların uzlaşdırılması. Bu baxımdan planlaşdırılmış və həqiqi, real əlaqələr,
normalar arasındakı ziddiyyətlərin aradan qaldırılması xüsusi məna kəsb edir.
idarəetmənin demokratikləşməsi. Bu baxımdan ictimai təşkilatların rolunun yüksəldilməsi, ümumi qərarların işlənib hazırlanmasına işçilərin cəlb olunması, bəzi rəhbərlərin seçkili olması qaydasının tətbiqi, əmək fəallığının inkişaf etdirilməsi və s. özünü tamamilə doğruldur.
sosial planlaşdırma. İşçilərin ixtisasının artırılması və rifahının yaxşılaşdırılması, kollektivin sosial strukturunun təkmilləşdirilməsi, adamların sosial müdafiəsinə kömək edən tədbirlərin həyata keçirilməsi və s. kollektivin fəaliyyətinə səmərəli təsir göstərir. Müəssisədə sosial planlaşdırma sosial proseslərin inkişafının məqsəd, vəzifə və göstəricilərini, habelə onları həyata keçirmək vasitələrini müəyyənləşdirməyin elmi cəhətdən əsaslandırılmasını təmin etmək deməkdir.
Yeri gəlmişkən qeyd edək ki, elmi ədəbiyyatda təşkilatın idarə edilməsi baxımından xarakterinə görə aşağıdakı metodların ayırd edilməsinə tez-tez rast gəlmək mümkündür: