Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


İctimai rəyin mahiyyəti 2. İctimai rəyin ifadə olunma vasitələri



Yüklə 1,1 Mb.
səhifə67/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   63   64   65   66   67   68   69   70   ...   114
SOS KONSP 2021

1. İctimai rəyin mahiyyəti

2. İctimai rəyin ifadə olunma vasitələri

3. Kütləvi informasiya vasitələri ictimai rəyin

formalaşmasının qüdrətli amilidir



İctimai rəyin mahiyyəti


İctimai rəy ictimai şüurun elə təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual hadisələrə münasibəti (yaxud onları qiymətləndirilməsi) əks olunur. Adətən belə hadisələr ciddi ictimai maraq doğuran, ictimai mənafelərə toxunan hadisələr olur. Ətraf gerçəkliyin qiymətləndirilməsi müxtəlif qrup və təbəqələrin mövqeyini əks etdirir. Həmin qrup və təbəqələr ictimai rəyin ifadəçiləridir.
Bu bir həqiqətdir ki, istənilən sosial və ya sosial-ərazi birliyinin normal fəaliyyəti ictimai işlər haqqında kollektiv təsəvvürlər, mühakimələr işlənib hazırlanmadan mümkün deyildir. Hər hansı hadisənin ictimai cəhətdən işlənib hazırlanmış qiymətləri olmasa, davranış normaları müəyyənləşdirilməsə, ümdə problemlərin praktik yolları axtarılıb tapılmasa, cəmiyyət bütöv sosial orqanizm kimi, bütöv sosial sistem kimi fəaliyyət göstərə bilməz.
Hər bir cəmiyyətdə ictimai rəyin təşəkkül tapması və inkişafı mürəkkəb xarakterə malikdir. Ona görə də «təşəkkül tapmış ictimai rəy ayrı-ayrı rəylərin mexaniki cəmi deyil, qarşılıqlı mübadilə olunması və zənginləşməsinin, bir-birinə nüfuz etməsinin nəticəsidir, bir növ kollektiv zəkanın təmərküzləşmiş ifadəsidir. İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvi vəhdətindən ibarət olduğundan üç səviyyədə təzahür edə bilər: mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsilə), mənəvi-praktik münasibət (emosional-iradi meyllər, səylər, niyyətlər və s. vasitəsilə) və praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə)».23
İctimai rəyin nüfuz gücü əksəriyyətin şüuruna əsaslanması ilə şərtlənmişdir. Burada çox əhəmiyyətli məsələ həmin əksəriyyətin düzgün nöqteyi-nəzərdə, düzgün mövqedə olub-olmamasıdır. Əgər əksəriyyət düzgün nöqteyinəzərdədirsə, düzgün mövqedə dayanırsa, o zaman ictimai rəy əksəriyyətin yetkin rəyi kimi çıxış edir ki, bu da onun sosial əhəmiyyətini və praktik təsirini artırır. Kütlələrin şüurunun azdırılması ictimai rəyin funksional imkanlarını azaldır.
Konkret ictimai rəyin əlamətlərinə onun intensivliyini və sabitliyini aid edirlər. İctimai rəyi kütləvi şüurun mövcudluğu və təzahürü üsullarından biri hesab edirlər. Bu şüurda, məlum olduğu kimi, xalqın, sinfin, sosial qrupun əksəriyyətinin onların tələbat və mənafelərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real münasibətləri ifadə olunur.
İctimai rəy sosial nəzarətin, geniş kütlələrin davranışını və praktik fəaliyyətini nizama salmağın səmərəli vasitəsidir, xalqın özünüidarəetmə sisteminin ayrılmaz ünsürüdür.
Kütlələrin tarixi prosesdə rolu artdıqca, cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında fəallığı yüksəldikcə, onların təhsil, mədəniyyət, məlumatlılıq səviyyəsi genişləndikcə ictimai rəyin sosial əhəmiyyəti və idarəetmə dəyəri də yüksəlir. Demokratiyanın inkişafı və təkmilləşməsi ictimai rəyin formalaşmasına, öyrənilməsinə və nəzərə alınmasına səmərəli təsir göstərir.
İctimai rəy cəmiyyəti idarəetmənin demokratik vasitəsi olub, əhalinin müxtəlif qruplarının mənafelərinin, əhval-ruhiyyəsinin konkret sosial-psixoloji formada ifadəsi kanalıdır. Ona görə də demokratiyanın inkişaf etdiyi ölkələrdə ən müxtəlif ictimai problemlərin həllində ictimai rəyin müntəzəm surətdə nəzərə alınması vacib prinsiplərdən biri sayılır.
İctimai rəyin mahiyyətini, formalaşmasını, təkamülünü müxtəlif cür izah edirlər, yəni bu məsələdə vahid rəy yoxdur. Araşdırmalar göstərir ki, müxtəlif bilik sahələrini təmsil edən tədqiqatçıların bu sahədə maraqlı konsepsiyaları, nəzəriyyələri, baxışları mövcuddur. Filosoflar, sosioloqlar, politoloqlar, sosial psixoloqlar və başqaları ictimai rəy problemləri ilə daha ciddi məşğul olmuşlar. Ona görə də ictimai rəy nəzəriyyələrini məhz həmin bilik sahələrini təmsil edən tədqiqatçıların işləyib hazırladıqları konsepsiyaların, irəli sürdükləri baxışların spesifık kompleksi hesab etmək olar.24 Bu kompleksdə gerçəkliyin hadisələrinə, faktlarına, problemlərinə münasibətdə insan qruplarının qiymətləndirmə mühakimələrinin təbiətini, cəmiyyətdə rolunu və əhəmiyyətini nəzərdən keçirməyə cəhd edilir.
İctimai rəy, demək olar ki, tarixi inkişafın bütün dövrlərində mövcud olsa da, onun bir anlayış kimi ifadəsi XII əsrdə İngiltərədə özünü göstərmişdir. Sonralar bu termin tədricən başqa ölkələrə də nüfuz etmiş, XVIII əsrin sonlarından etibarən isə geniş yayılmağa başlamışdır.
İctimai rəy insanların şüur və davranışının spesifik təzahürü kimi bütün ictimai şüur formaları və səviyyələri ilə sıx surətdə bağlıdır. O, eyni zamanda reallığa həm mənəvi, həm də praktik təsir göstərə bilməsi ilə səciyyələnir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin