Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Sosial idarəetmənin xarakter xüsusiyyətləri və struktur ünsürləri



Yüklə 1,1 Mb.
səhifə63/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   59   60   61   62   63   64   65   66   ...   114
SOS KONSP 2021

2. Sosial idarəetmənin xarakter xüsusiyyətləri və struktur ünsürləri


Yuxarıda qeyd etdiyimiz kimi, idarəetmənin sosiologiyası sosioloji biliyin spesifik sahəsidir; o, idarəetmənin sosial əsaslarını, dinamik sistemini, proseslərini, onların sosial funksiyalarını və prinsiplərini, idarəetmə qərarlarının xüsusiyyətlərini, idarəetmə fəaliyyətinin sosial tərəflərini, onların təşkilatlarda və cəmiyyətdə effektivlik dərəcəsini, idarəetmə sahəsindəki münasibətləri öyrənir.
Sosiologiya başlıca diqqəti sosial sistemlərin idarə olunması, başqa sözlə, sosial idarəetmə üzərində cəmləşdirir.
Sözün geniş mənasında sosial idarəetmə birliklərin, habelə müəyyən çərçivədə sosial hadisə və proseslərin idarə olunması deməkdir. Sözün məhdud mənasında isə o, idarəetmə subyektinin müəyyən fəaliyyət prinsiplərinə əsaslanmaqla idarəetmə obyektinin qarşısında məqsəd və vəzifələrin qoyulmasına, həmin obyektə təsirin rəngarəng vasitə, üsul və metodlarından istifadə etməklə onların həllini təşkil etməyə istiqamətləndirmək deməkdir.
Bioloji və texniki sistemlərin idarə olunmasından fərqli olaraq, sosial idarəetmə ən əvvəl qarşıya şüurlu surətdə məqsədlər qoyulması ilə səciyyələnir; həmin məqsədlər idarəetmə obyektinin səviyyə və miqyaslarından asılı olaraq diferensiallaşır. Məsələn, cəmiyyəti idarəetmə onun keyfiyyət spesifikasını saxlamaqla, onun sabit fəaliyyət göstərməsini, təkmilləşməsini, inkişafını təmin etməklə əlaqədardır. Təşkilatları idarəetmənin məqsədi ən əvvəl struktur bölmələrin ümumi vəzifələrin həllinə yönəlmiş səylərini əlaqələndirməkdən, onların fəaliyyətinin səmərəsini yüksəltməkdən ibarətdir. Fərdi səviyyədə isə idarəetmənin məqsədi işçilərin öz funksional vəzifələrini daha yaxşı həyata keçirməsinə şərait yaratmaqdır.
İdarəetmə cəmiyyətə onun istənilən inkişaf pilləsində daxilən xas olan xassədir; o, ən ümumi xarakter daşıyır, cəmiyyətin sistemli təbiəti, insan əməyinin ictimai kollektiv xarakteri, əməkdə və həyatın digər sahələrində qarşılıqlı təsirdə, ünsiyyətdə olmaq, öz fəaliyyət məhsullarını mübadilə etmək zərurəti ilə şərtlənir.
Adətən kortəbii və şüurlu idarəetmə mexanizmlərini fərqləndirirlər. Kortəbii idarəetmə bir-biri ilə kəsişən müxtəlif qüvvələrin, təsadüfi faktların, amillərin sistemə təsirinin nəticəsidir. Şüurlu idarəetmə isə idarəetmə subyektləri (ictimai institutlar, təşkilatlar - ayrı-ayrı rəhbərlər) tərəfindən həyata keçirilir. Sosial idarəetmə öz obyektinin spesifıkası ilə şərtlənən bir sıra xüsusiyyətlərlə səciyyələnir:

  1. Sosial idarəetmə insanların birgə fəaliyyətinin müxtəlif variantı mövcud olduğu şəraitdə meydana gəlir, bu fəaliyyətin normal axarını təmin edir, adamların davranışına nizamlayıcı təsir göstərir.

  2. Sosial idarəetmə idarəetmənin həm obyektini, həm də subyektini, ictimai münasibətlərin xüsusi növünü - idarəetmə münasibətlərini nəzərdə tutur. Bu münasibətlər inteqral xarakter daşıyır; onlara obyektiv - subyektiv xüsusiyyətlər xasdır;

  3. Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamları nəzərdə tutur.

  4. Sosial idarəetmə insan fəaliyyətinin bir növü, onun ətraf mühitə fəal münasibətlərinin bir forması olduğundan həmin fəaliyyətin məqsəd və vəzifələrini, gedişini, vasitələrini də əhatə edir.

  5. Müasir dünyada sosial idarəetmə siyasi xarakter daşıyır. İdarəetmədə insanların ictimai həyatının və fəaliyyətinin təkcə obyektiv tələbatları yox, həm də onların mənafeləri, maraqları nəzərə alınır. Bu mənafelər cəmiyyətdə qərarlaşmış mövqelərin saxlanılmasına yaxud yeniləşməsinə, dəyişilməsinə istiqamətlənə bilər.

Sosial idarəetmənin bilavasitə vəzifəsi sosial sistemdə, təşkilatda sosial nizam yaratmaqdır. Sosial nizam sosial sistemin mütəşəkkilliyini, sosial hərəkətlərin qaydaya salınmasını ifadə edir. Bu o deməkdir ki, sosial nəzarət mövcuddur, müəyyən məhdudiyyətlər, sanksiyalar, normalar fəaliyyətdədir, sosial hərəkətlərin uyğunluğu, əlaqələndirilməsi, sabitliyi təmin edilmişdir. Sosial nizam yaratmaq kimi mürəkkəb vəzifəni yerinə yetirmək üçün idarəetmə orqanı (idarəedici sistem) idarə olunan sistemlə müqayisədə daha yüksək sosial nizam səviyyəsinə malik olmalıdır. Bu, idarəetmənin ən ümumi qanunlarından biridir.
Beləliklə, sosial idarəetmədə sosial nizamın üç mənbəyinə uyğun olaraq, idarəetmənin üç növündən bəhs etmək olar: a) idarə olunan sistemə bilavasitə idarəedici təsir; b) təşkilati qaydanı idarəetmə; c) özünüidarə.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin